Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi Web of Science bazasına daxil olan jurnalda dərc olunub.
İyl 13, 2023 | 10:31 / Nəşrlər
Oxunub 3069 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri - akademik Dilqəm Tağıyev, kimya elməri doktoru, professor Elza Salahova, böyük elmi işçi Kələntərova Pərvanə və s. məqaləsi Web of Science və Scopus beynəlxalq bazalarına daxil olan J.Electrochem. Sci. Eng. jurnalında dərc olunub.

Məqalə elektrokimyəvi yolla sulfat elektrolitindən yarımkecirci xassəyə malik Re-Mo  nano təbəqələrinin alınmasına və müxtəlif faktorların (cərəyan sixligi, temperatur, komponentlərin cəm qatiliginın, komponentlərin qatlıgının, məhlulun turşulugunun və s.) ərintiləırin tərkibinə, keyfiyyətinə təsirinə həsr edilmişdir. Elektrokimyəvi üsulla alınmış yarımkeçirici nano təbəqələr müasir texnikada xüsusi yer tutur və onların alınması, fiziki - kimyəvi xassələrinin tədqiqi aktual məsələlərdən biridir. İlk dəfə olaraq elektrokimyəvi yolla sulfat məhlullarından Re-Mo sistemi tədqiq edilmiş, aparılan təcrübələrə əsasən sulfat  elektrolitlərindən keyfiyyətli, yarımkeçirici xassəli nazik təbəqələrin alınması üçün optimal şərait və elektrolitin tərkibi təklif edilmişdir. Bundan əlavə, qalvanostatik metoddan istifadə edərək platin elektrodları üzərində alınan  Re-Mo nümunələri skanəedici elektron mikroskopu (SEM) və rentgen faza analiz metodları ilə tədqiq edilib.Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, sulfat məhlullarından elektrolitik çökdürülmə üsulu ilə katod səthində narın kristallik , qalınlıgı 80-150 nm olan  Re-Mo təbəqəsi almaq ümkündür .

J. Electrochem. Sci. Eng. ; http://dx.doi.org/10.5599/jese.1696  (13-3-2023)

Electrochemical obtaining of rhenium-molybdenum alloys

Elza Salakhova*, Dilgam Tagiyev, Parvana Kalantarova, Kamala Ibragimova, Yilmaz Alizade, Ramila Huseynova and İrana Cabbarova

 

JURNALLAR
Faydalı linklər