Xəbərlər
Foto
AR ETN Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda məktəblilər üçün ekskursiya təşkil olunmuşdur
May 21, 2024 | 15:26 / Təhsil
Oxunub 1654 dəfə

May ayının 22-də Mehdi Hüseynzadə adına 19 saylı tam orta məktəbdə təcrübə keçən ADPU-nun Kimya-biologiya fakultəsinin bir qrup tələbəsi həmin məktəbin şagirlərini Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna ekskursiyaya gətirmişdir. 

Tədbir çərçivəsində şagirdlərin "Analitik kimya", “Funksional qeyri-üzvi maddələrin termodinamikası”, “Əlvan metal tərkibli mineral xammalın emalı”, “Keçid elementlərinin xalkogenidləri” və s. laboratoriyalarına ekskursiyaları təşkil olunub və onlar üçün “Analitik kimya” laboratoriyasında bir sıra maraqlı elmi-əyləncəli təcrübələr əyani olaraq göstərilib. Eyni zamanda şagirdlərə institutun yaranma tarixi, burada çalışmış görkəmli Azərbaycan kimyaçıları, onların həyat və elmi fəaliyyətləri haqqında ətraflı məlumat verilmişdir. Müəllim və şagirdlər bu tədbirin onlarda böyük təəssürat yaratdığını, nəzəri öyrəndikləri biliyin bilavasitə təcrübədə əyani gördüklərinin çox xoş olduğunu vurğulamışlar.

Qeyd etmək lazımdır ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi həm elmin təbliği, həm də şagirdlərdə elmi-tədqiqat işlərinə marağın artırılması və yaradıcılıq fəaliyyətlərinin üzə çıxarılaraq inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən bu kimi tədbirlər elm və təhsilin inteqrasiyası istiqamətində görülən işlərə mühüm töhvədir.

JURNALLAR
Faydalı linklər