News
Alimlər nadir rast gəlinən yeni qara dəlik kəşf ediblər
May 31, 2023 | 09:34 / Interesting information
Read 594 time (-s)

Alimlər Hubble teleskopu vasitəsilə yeni qara dəliyi kəşf ediblər. Kəşf edilmiş yeni qara dəlik Yer kürəsinə nisbətən yaxın məsafədə yerləşir və onu əhatə edən ulduzlarda xaosa səbəb olur. Bu yeni qara dəlik Yer kürəsindən 6000 işıq ili uzaqlığında Əqrəb bürcündəki M4 adlı ulduz qruplaşmasında yerləşir. Onun kütləsi Günəşin kütləsindən sadəcə 800 dəfə böyükdür. Onun kütləsinin bizim Günəşin kütləsindən sadəcə 800 dəfə böyük olması onu unikal qara dəlik edir.

Bu cür qara dəliklərə nadir hallarda rast gəlinir. İndiyənə kimi yalnız bir neçə bu cür kosmik obyekt kəşf edilib. Qara dəliklərin əksəriyyəti 10-100 və ya milyonlar və milyardlarla Günəş kütləsinə sahib olur. Alimlərin fikirlərinə əsasən orta ölçülü qara dəliklər böyük olmayan qalaktikaların mərkəzlərində yerləşirlər və onlar öz ətraflarında olan ulduzların udulması ilə məşğul olurlar. Bu cür qara dəliklərin mövcudluqlarını təyin etmək çox qəliz məsələdir. Lakin buna baxmayaraq 2014-cü ildə alimlər sübut etmişdilər ki, Yer kürəsindən 12 milyon işıq ili uzaqlığında bu cür kosmik obyekt mövcuddur.

JOURNALS
Useful links