Новости
Фото
KQKİ-də "Kimyəvi kinetika və kataliz" ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir.
Сен 30, 2021 | 16:00 / Конференции, собрания
Прочитано 2861 раз (-а)

30.09.2021-ci il tarixində AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində 2316.01- “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir. Elmi seminarda AMEA-nın M.Nağıyev adına Kataliz və Qeyri üzvi Kimya İnstitutunun dissertantı Ağayev Vüsal Şəfahət oğlunun 2316.01 “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə «Toluolun benzola və ksilollara dismutasiyası reaksiyası üçün modifikasiya edilmiş seolit əsasında katalizatorun seçilməsi, kinetika və mexanizmin öyrənilməsi» mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işininin təqdimatı olmuşdur. Dissertantın elmi məsləhətçisi akademik Ağadadaş Əliyev və k.ü.f.d., dos. Ülviyyə Məmmədovadır.

Dissertasiya işinin təqdimatından və rəyçilər k.e.d., dos. Mina Munşiyeva və k.ü.f.d., dos. Bilqeyis İsmayılovanın çıxışlarından sonra iddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır. Sonra dissertantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermə keçirilmişdir. Səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.