Elanlar
II kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi 16.05.2023-cü il tarixində İnstitutun AKT zalında keçiriləcək.
May 04, 2023 | 10:09
Oxunub 489 dəfə

II kurs magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi “Qeyri-üzvi funksional materiallar”, “Koordinasiya birləşmələri”, “Nano- və elektro­kataliz” və “Kohorent sinxronlaşdırılmış oksidləşmə reaksiyaları” şöbələrinin iştirakı ilə 16.05.2023-cü il tarixində İnstitutun AKT zalında keçiriləçək.

 

“Qeyri-üzvi kimya” ixtisaslaşması üzrə  

- Bayramova Flora Şəmsəddin qızı k.ü.f.d.,dos. Leyla Məşədiyevanın rəhbərliyi ilə “Argirodit minera­lının sintetik analoqları əsasında yeni dəyişən tərkibli fazaların alınması və tədqiqi” mövzusu üzrə;

- Səfərli Aygün Natiq qızı k.ü.f.d.,dos. Şahnaz Qəhrəmanovanın rəhbərliyi ilə “Cu (II), Mn (II) metal duzlarının müxtəlif  donor əsaslı liqandlarla komplekslərinin sintezi və katalitik xüsusiyyətlərinin öyrənilməsi”  mövzusu  üzrə;

- Quluzadə Aysel Xaqani qızı  k.ü.f.d.,dos. Aygün Rüstəmovanın  rəhbərliyi  ilə “Dəmir və manqanın oksid səthlərə çökdürülmüş metal-tsiklopentadien komplekslərinin termiki xassələrinin tədqiqi” mövzusu üzrə;

 

“Kimyəvi kinetika və kataliz” ixtisaslaşması üzrə

- Ağamalıyeva Bəsti Elçin qızı k.ü.f.d.,dos.Ulduz Məmmədovanın rəhbərliyi ilə “Koherent-sinxron-laşmış reaksiyalar aspektində kiçik molekullu alkenlərin hidrogen peroksidlə biomimetik monooksidləşməsi”  mövzusu  üzrə;

- Kərimli Gülnar Habil qızı k.ü.f.d.,dos. Sevinc Osmanovanın rəhbərliyi ilə “Fe(Co)-La-Bi-O tərkibli üçlü oksid katalizatorlar üzərinə adsorbsiya olunmuş metanolun izotermik və dinamik rejimlərdə  termodesorbsiyasının  tədqiqi” mövzusu  üzrə;

- Babayev Elçin Hüseyn oğlu  k.ü.f.d.,dos. Ülviyyə Məmmədovanın rəhbərliyi  ilə “Benzolun selektiv hidrogenləşməsi üçün kvaternizə olunmuş poli-4-vinilpiridin və Ni əsaslı nanokatalizatorların yaradılması”  mövzusu üzrə;

 

“Kompozisiya materialları  kimyası” ixtisaslaşması üzrə

- Quliyeva Lalə Şahin qızı k.ü.f.d.,dos. Hilal Tahirlinin rəhbərliyi ilə “Səthilegirləmə üsulu ilə karbonlu poladlar üzərində xrom karbitlərinin formalaşdırılmasının tədqiqi” mövzusu üzrə;

- Museyibli Könül Qənbər qızı k.ü.f.d.,dos. Hilal Tahirlinin rəhbərliyi ilə “Termodif­fuziya  üsulu  ilə  azkarbonlu poladlar üzərində korroziyaya davamlı titan karbid örtüklərinin formalaşdırılmasının  tədqiqi”  mövzusu  üzrə;

- Əliyeva Elmira Fehruz qızı k.ü.f.d.,dos. Sevda Fətullayevanın rəhbərliyi ilə “Modifikasiya olunmuş xitozan və nikel əsasında polimer sorbentlərin yaradılması” mövzusu üzrə;

JURNALLAR
Faydalı linklər