Sen 27, 2024 | 14:40
04 oktyabr 2024-cü il tarixində saat 1030-da AR ETN akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək.
Gündəlik məsələ
ARETN akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Oksidləşdirici heterogen kataliz” şöbəsinin 1 saylı “Katalizatorların hazırlanması” laboratoriyasının elmi işçisi, sabiq doktorant Günel Ramiz qızı Əzimovanın 2316.01–«Kimyəvi kinetika və kataliz» ixtisasında “FERRİT KATALİZATORLARININ KARBON MONOOKSİDİN AŞAĞI TEMPERATURLU OKSİDLƏŞMƏSİ ÜÇÜN ZOL-GEL YANMA VƏ MİKRODALĞALI ŞÜALANMA İLƏ SİNTEZİ VƏ TƏDQİQİ” mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək.
İclasın sədri: k.ü.e.d., Fəxrəddin Mahmudov
Elmi katib: k.ü.f.d., Nuranə Məlikova
Elmi rəhbər: k.ü.f.d., dosent Sima Zülfüqarova
Elmi məsləhətçi: akademik Dilqəm Tağıyev
Rəyçilər: 1. k.ü.f.d., dos Ulduz Məmmədova
2. k.ü.f.d., dos Gülmirə Əlizadə