
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir
İyn 19, 2025 | 15:00
İyn 19, 2025 | 15:00
Oxunub
158 dəfə
30.06.2025-ci il 14.00-da 2307.01 - “Fiziki kimya” ixtisası üzrə AR ETN-nin akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun sabiq doktorantı Aytəkin Rahim qızı Ağayevanın “Bəzi metalların pniktidlərinin və onlar əsasında Dirak materiallarının alınması və termodinamik tədqiqi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir.
Elmi rəhbər: k.e.d., dos. Dünya Babanlı
Rəyçilər: AMEA-nın müxbir üzvü, k.e.d., prof. Tofiq Əliyev, k.ü.f.d. Səbinə İsmayılova
İçlasın sədri: AMEA-nın müxbir üzvü Eldar Zeynalov, katib: k.ü.f.d. İlahə Hüseynova