May 08, 2026 | 15:17
18.05.2026-cı il tarixində saat 11:00-da AR ETN “Kimya İnstitutu” PHŞ-da fəaliyyət göstərən FD 1.15 Dissertasiya Şurasının nəzdində yaradılmış Elmi Seminarın yığıncağı keçiriləcək.
Gündəlik məsələ
AR ETN “Kimya İnstitutu” PHŞ-nın “Nanokatalizatorlar iştirakı ilə oksidləşmə prosesləri” laboratoriyasının sabiq dissertantı Mustafayeva Nərmin Ələsgər qızının 2316.01 – “Kimyəvi kinetika və kataliz” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Propan qazından karbon nanoborularının sintezi və onların karbohidrogenlərin katalitik oksidləşmə proseslərində tədqiqi” mövzusunda dissertasiya işinin müzakirəsi.
Elmi rəhbər: AMEA-nın müxbir üzvü, professor Eldar Bahadır oğlu Zeynalov
Rəyçilər:
k.e.d., dos. Şəhla Firuddin qızı Tağıyeva
k.ü.f.d., dos. Lətifə Müslüm qızı Həsənova









