İNSTİTUTUN 2023-CÜ İLDƏ TƏTBİQ OLUNAN İŞLƏRİ
– 2020-ci ildən başlayaraq AMEA-nın Geologiya və Geofizika, Kataliz və Qeyri-üzvi Kimya, Torpaqşünaslıq və Aqrokimya İnstitutları arasında imzalanmış müqaviləyə əsasən yerli xammal (vulkan palçığı, yanar şist), məişət və sənaye tullantıları əsasında alınmış kompleks gübrə Azərbaycanın bir sıra pambıq rayonlarında tətbiqi davam edir. Cari ildə Saatlı və Səlyan rayonlarının fermer təsərrüfatında pambıq bitgisi üzərində kompleks gübrə sınaqdan keçirilmişdir.
– Azərbaycan Respublikasında olan hidrotexniki qurğuların metal avadanlıqlarının istismar şəraitində korroziya vəziyyətinin tədqiqi və mühafizə üsullarının seçilməsi üçün tədqiqat işləri davam etdirilir.
– İşğaldan azad olunmuş Suqovuşan SES-in metal avadanlıqlarının korroziya vəziyyəti öyrənilib və sularda korroziya nöqteyi nəzərdən aqressiv olan ionların (CI-, SO-24, HCO3- və s.) qatılığı çox kiçik olduğundan onlar korroziya prosesində demək olar ki, iştirak etmirlər.
– İnstitutun Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən Azərbaycanda sovet ordusundan qalan və yararsız vəziyyətə düşmüş raket yanacaqlarının oksidləşdirici komponentlərinin zərərsizləşdirilməsinə dair tədqiqat işləri davam edir.
İNSTİTUTUN 2022-Cİ İLDƏ TƏTBİQ OLUNAN İŞLƏRİ
1.Şəmkir və Yenikənd SES-lərdə aparılan sistematik elmi-tədqiqat işləri nəticəsində adı çəkilən SES-lərin hidrotexniki qurğularının (HQ) su mühitində korroziya sürətləri təyin olunmuş, SES-lərin su hövzələrinin kimyəvi və bakterioloji tərkibi müəyyənləşdirilmişdir. Məlum olmuşdur ki, hər iki SES-in sularında sulfat reduksiyaedici bakteriyalar mövcuddur ki, onların həyat fəaliyyəti HQ-ların avadanlıqları üçün real təhlükə yaradır. Aparılmış elmi-tədqiqat işlərinin əsasında qeyd olunan HQ-ların korroziyaya qarşı katod mühafizəsi üsulu təklif edilmiş (katod cərəyanının sıxlığı İk=(3¸4)×10-5A/sm2 ) və onların istismar müddəti müəyyənləşdirilmişdir.
2.Kataliz və Qeyri-üzvi Kimya, Geologiya və Geofizika, Torpaqşünaslıq və Aqrokimya İnstitutları arasında imzalanmış müqaviləyə görə yerli xammal (vulkan palçığı, yanar şist), məişət və sənaye tullantıları əsasında alınan üzvi kompleks gübrə Saatlı rayonunun pambıq sahələrində tətbiq edilmişdir. Tədqiqat zamanı məlum olmuşdur ki, gübrənin istifadəsində 1 (bir) hektardan 3500 kq pambıq, məlum gübrənin istifadəsindən isə 1 (bir) hektardan 2800 kq pambıq alınmışdır. Belə ki, bitkinin boyu 115sm, qozaların sayı 21 ədəd olduğu halda üzvi-mineral kompleks gübrə tətbiq ediləndə bitkinin boyu 130sm, qozaların sayı isə 32 ədəd olmuşdur.
3.Bəzi d- və f- elementlərinin tereftal turşusu ilə əmələ gətirdikləri nanoquruluşlu kompozitlərin neftin reoloji xassələrinə təsiri araşdırılmışdır. Bu tədqiqat işləri “Balaxanıneft” NQÇİ-nin nefthasiledici quyusundan və “Siyəzənneft” NQÇİ-nin “Ata-çay” neft yığım məntəqəsindən götürülmüş neft nümunələri üzərində aparılmışdır. Belə ki, tədqiqatlar nəticəsində kinematik neftin özlülüyün ~65-70%, qətranın miqdarı isə 50% aşağı düşdüyü müəyyən edilmişdir.
İNSTİTUTUN 2021-Cİ İLDƏ TƏTBİQ OLUNAN İŞLƏRI
Tətbiqə təqdim olunmuş 3 elmi işdən ən mühümü:
“Baku Steel Company” MMC-nin və AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Keçid elementlərinin xalkogenidləri” laboratoriyasının əməkdaşlarinin birgə apardıqları elmi-tədqiqat işi nəticəsində xaricdən gətirilib şirkətin yayma istehsalatında istifadə olunan valların innovativ metallurgiya texnologiyası əsasında daxili resurslar hesabına hazırlanarkən işçi hissəsi üçün keçid elementləri ilə legirlənmiş funksional xassəli çuqun alınmışdır. Həmin çuqunun iştirakı ilə işlənmiş bimetallik valların yayma prosesində tətbiqi müəssisəyə böyük iqtisadi səmərə verir. (Akt və iqtisadi səmərənin hesabatı əlavə olunub).
Tətbiq olunan digər işlər
– 2020-ci ildən başlayaraq AMEA-nın Geologiya və Geofizika, Kataliz və Qeyri-üzvi Kimya, Torpaqşünaslıq və Aqrokimya İnstitutları arasında imzalanmış müqaviləyə əsasən “Yerli xammal (vulkan palçığı, yanar şist), məişət və sənaye tullantıları əsasında kompleks gübrənin hazırlanma texnologiyasının işlənilməsi” mövzusunda elmi-tədqiqat işinin tətbiqi haqqında akt hazırlanıb. Alınan üzvi mineral kompleks gübrə Səlyan rayon Xələc kəndində tətbiq edilib.Tədqiqat zamanı məlum olmuşdur ki, gübrənin istifadəsində 1 (bir) hektardan 3500 kq pambıq, başqa növ gübrənin istifadəsindən isə 1 (bir) hektardan 2800 kq pambıq alınmışdır. Müqavilə təqdim olunub.
– 2021-ci ildə bu müqavilə çərçivəsində yuxarıda gğstərilən “Elmi-tədqiqat institutları” müxtəlif mənşəli xammallar əsasında hazırlanan kompleks üzvi mineral gübrənin sınaqdan keçirilməsi ilə əlaqədar Saatlı rayonunun Azadkənd kəndində yerləşən “Fermer təsərrüfatı” ilə əməkdaşlıq edir. Qeyd olunan ərazidə üzvi mineral kompleksin müxtəlif norma və nisbətlərdə pambıq bitkisinə veriləcək fenoloji müşahidələr aparılmışdır.
– AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən yararsız raket yanacaqlarının zərərsizləşdirilməsi, bu prosesdən qalan tullantıların daşınması və utilizasiyası xidmətlərini yerinə yetirir.
İNSTİTUTUN 2020-Cİ İLDƏ TƏTBİQƏ TÖVSİYƏ OLUNAN İŞLƏRİ
- Alunit istehsalı prosesində yaranmış qırmızı şlam tullantısının təkrar emalı üçün aparılan tədqiqatlar nəticəsində onun tərkibində olan nadir metalların qatılaşdırılıb çıxarılmasının yeni innovativ üsulu işlənib hazırlanmışdır.
- Xörək duzunun alınması üçün Neftçala Yod-Brom Zavodu ilə danışıqlar əsasında prosesin tam texnologiyası və lahiyə sənədləri hazırlanıb.
- Azərbaycan Dövlət Neft Şirkətinin “Azəri Kimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda etilen istehsalında xammaldan asılı olaraq 3-10% ağır piroliz qətranı alınır. Onun tərkibində 30-35% naftalin olur. Ağır qətrandan təmizliyi 98,9% olan naftalinin və ağır qətranda olan bəzi tsiklik birləşmələrində naftalinə çevrilməsi prosesləri işlənib hazırlanmışdır.
– AMEA-nın Geologiya və Geofizika, Kataliz və Qeyri-üzvi Kimya, Torpaqşünaslıq və Aqrokimya İnstitutları arasında imzalanmış müqaviləyə əsasən “Yerli xammal (vulkan palçığı, yanar şist), məişət və sənaye tullantıları əsasında kompleks gübrənin hazırlanma texnologiyasının işlənilməsi” mövzusunda layihə hazırlanıb.
İNSTİTUTUN 2019-CU İLDƏ TƏTBİQƏ TÖVSİYƏ OLUNAN İŞLƏRİ
– Etilen istehsalında əmələ gələn yüngül və ağır qətranların emalı sxemlərinin işlənib hazırlanması (2018-2020);
– Çən dibi neft şlamlarının təmizlənməsi üçün deasfaltenləşdirici reagentlərin alınması və tətbiqi (2018-2020);
– Klatrat əmələgətirmənin neft qurğularının hasilatının artırılmasında tətbiqi (2018-2020);
– Hidrotexniki qurğularda polad avadanlıqlarının istismar şəraitində korroziyasının tədqiqi və mühafizə üsullarının seçilməsi (2019-2020);
– Alümosilikatlar və polimerlər əsasında nanokompozit materialların alınması və tətbiqi (2019-2020).
AMEA-nın akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 2018-cı ildə nəzərdə tutulmuş innovasiya xarakterli işlərin yerinə yetirilməsi haqqında hesabat
Tətbiq olunan iş
– Polietilen-bitum modifikasiyası əsasında hidrofob-elastik hermetiklərin alınması (tətbiq aktları var). İş 2014-cü ildən hal-hazıradək davam edir.
Tətbiqə tövsiyə olunan işlər
– Dəmir yol qəzası nəticəsində fenolla çirklənmiş Padar məntəqəsi ərazisinin ekoloji monitorinq və bərpa layihəsi; (2014 il)
– Neft şlamları və neftlə çirklənmiş torpaqqruntların utilizasiya texnologiyası; (2014 il)
– Metalüzvi karbinol birləşmələri əsasından hazırlanmış kompozit məhlullarından istifadə etməklə müxtəlif təyinatlı tutumlarda formalaşan dib neft şlamlarından təmizlənməsi texnologiyasının işlənib hazırlanması; (2016 il)
– Klatrat əmələ gətirmənin neft qurğularının hasilatlarının artırılmasında tətbiqi; (2016-2018 illər)
– Kimya sənayesində əmələ gələn yan məhsulların emal texnologiyasının işlənib hazırlanması. (2017 il)
AMEA-nın akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 2017-cı ildə nəzərdə tutulmuş innovasiya xarakterli işlərin yerinə yetirilməsi haqqında hesabat
Polietilen-bitum modifikasiyası əsasında hidrofob-elastikhermetiklərin
alınması
Texniki şərtlər və tövsiyyələr Meliorasiya və Su təsərrüfatı ASC tərəfindən qəbul edilmiş və təqdim edilən hidrofob hermetik nümunəsi “Xan Arxı” kanalının təmir işlərində tətbiq edilmişdir (aktlar təqdim olunub)
Məsul şəxs: t.ü.f.d. Talıb Hüseynzadə
Metalüzvi karbinol birləşmələri əsasından hazırlanmış kompozit məhlullarından istifadə etməklə müxtəlif təyinatlı tutumlarda formalaşan dib neft şlamlarından təmizlənməsi texnologiyasının işlənib hazırlanması
Ferrosen törəmələri əsaslı nanokompozit məhlullarından istifadə etməklə müxtəlif təyinatlı tutumlarda formalaşan şlamların təmizlənməsi üçün Bakı ş. “EKOL Mühəndislik Xidmətləri” QSC-nın Ekoloji Monitorinq Departamentinin Kompleks Tədqiqatlar laboratoriyasında sınaq tədqiqatları aparılmış və göstərilmişdir ki, kompozitin təsiri ilə emal şlamlarından qum və mexaniki qarışıqlar çöküntü şəklində ayrılır.
Məsul şəxslər: k.ü.e.d., prof. Gülməmməd Süleymanov
k.ü.f.d., ap.e.i. Rövşən Muradxanov
Klatrat əmələ gətirmənin neft qurğularının hasilatlarının artırılmasında tətbiqi
Keçid metalların komplekslərinin Azərbaycanın ağır neftlərinin hasilinə və nəqlinə təsiri öyrənilib. Bu komplekslər əsasında hazırlanmış kompozit asfalten və qətranların miqdarı çox olan Muradxanlı neftinin dinamik özlülüyünü 60% azaldır. Neftlə birlikdə çıxan lay sularının codluğunu kompozit aşağı salaraq, onu ekoloji təmiz suvarma su səviyyəsinə qədər təmizləyir.
Məsul şəxs: k.ü.e.d., Mina Munşiyeva
Kimya sənayesində əmələ gələn yan məhsulların emal
texnologiyasının işlənib hazırlanması
EP-300 qurğusunda (Sumqayıt şəh.) etilen istehsalının yan məhsulu – ağır qətranın emalı nəticəsində yüksək təmizliyi olan (98,9%) naftalinin alınma prosesi işlənilmişdir. Prosesin mahiyyəti ondan ibarətdir ki, karbohidrogenlərin pirolizində istifadə edilən xammaldan asılı olaraq tərkibində 36%-ə qədər naftalin olan məqsədyönlü məhsulun çıxımı və təmizliyi texnoloji cəhətdən əlverişli sadə üsulla yüksək dərəcədə artırılır.
Məsul şəxs: t.ü.e.d., prof. Fikrət Sadıqov
AMEA-nın akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 2016-cı ildə nəzərdə tutulmuş innovasiya xarakterli işlərin yerinə yetirilməsi haqqında hesabat
1. 2016–cı ildə işlənib hazırlanmış korroziya əleyhinə “Polietilen –Polistirol Bitum modifikasiyası əsasında hidrofob hermetiklər” elmi – texniki şərtlər və tövsiyyələr Quba rayonu Suvarma sistemləri idarəsinin “Xan arxı” kanalının təmir işlərində 1800 pn.M həcmində və “Şəmkir maşın kanalının (II növbəsi)” tikintisində 4000 pn.M həcmində tətbiq olunub.(Tətbiq aktı var)
Məsul şəxslər: t.ü.f.d. T.Hüseyinzadə
k.ü.f.d. H.Tahirli
k.ü.f.d. Ş.Bağırov
2. Mingəçevir su anbarının sualtı polad qurğularında mikrobioloji bakteriayların və onların həyat fəaliyyətinin nəticəsi olan hidrogen sulfid korroziyası aşkar edilmişdir. Bu mikroorqanizmlərin anaerob xassəli olub sudakı SO-24 ionları ilə qidalanaraq H2S ifraz etməklə, pittinq korroziyasına səbəb olması təsdiq edilmişdir. Aşkar olunmuş korroziya prosesinin qarşısını almaq üçün göstərilən hidrotexniki qurğuların katod mühafizəsini təşkil etmək tövsiyə olunmuşdur. Bu istiqamətdə elmi-tədqiqat işlərinin davam etdirilməsi nəzərdə tutulur. (İnnovasiya xarakterli iş)
Məsul şəxslər: k.ü.f.d. H. Tahirli
k.ü.f.d. S.Verdiyev
İnstitutun Tətbiq işləri - 2015
Tətbiq üçün İnnovasiya mərkəzinə təqdim edilmiş işlər
İşin rəhbəri: akademik Ağadadaş Əliyev
Proses aşağı temperaturda aktiv seolit katalizatorlarının iştirakı ilə aparılır. Bunun üçün katalizatorlar sintez olunmuş, reaksiyaların kinetikası və mexanizmi öyrənilmiş və proseslərin sənayedə optimal layihələşdirilməsinin elmi əsasları işlənib hazırlanmışdır. Alınan tsiklik dienlər fizioloji aktiv maddələrin, polimer sənayesində, təbii birləşmələrin analoqlarının alınmasında və dərman preparatlarının məqsədli sintezində istifadə olunur.
İşin rəhbəri: t.e.d. Fikrət Sadıqov
Pirolizə verilən benzinin, xammalın tərkibindən asılı olaraq naftalinin miqdarı 30%-ə qədərdir. Naftalinə kimya, o cümlədən lak-boya məhsulları istehsalında, əczaçılıqda, müdafiə sənayesində tələbat olduğu üçün onun istehsalı aktualdır. Yüksək təmizliklə naftalinin alınmasında əvvəlcə ağır qatrandan naftalin fraksiyası ayrılır, sonra isə rektifikasiya yolu ilə təmiz naftalin alınır.
İşin rəhbəri: Akademiyanın müxbir üzvü Qüdrət Kərbəliyev
Çirkab sularının təmizlənməsi üçün texnoloji qurğu 3 pilləli maye fazalı ekstraksiya qovşağından, faza ayrılmaları qovşağından və rektifikasiya yolu ilə komponentlərin ayrılması və onların prosesə qaytarılması qovşağından ibarətdir.
İşin rəhbəri: Gülməmməd Süleymanov
Proses aktivləşdirilmiş monotsiklopentadienlə solvatlı dəmir iki-xloridin qarşılıqlı təsir reaksiyasına əsaslanır. Ferrosen yanacaq–energetika komplekslərində oktan qaldırıcı və tüstü azaldıcı kompozisiyaların hazırlanmasında əsas komponent kimi istifadə edilir. Texnologiyanın üstünlüyü ondadır ki, onun istehsalı zamanı asan alışan və partlayışa səbəb olacaq kimyəvi reagentlərdən istifadə olunmur.
İşin rəhbəri: akademik Tofiq Nağıyev
Prosesin üstün cəhəti ondan ibarətdir ki, atmosfer azotunun oksidləşmə fiksasiyası prosesi axar reaktorda katalizator istifadə olunmadan aparılır. Fiksasiya qurğusu 3 seksiyadan ibarətdir:
- İlkin maddələrin saxlanma və verilməsi seksiyası
- Reaktor seksiyası
- Alınan məhsulun soyuması və toplanması zonası
Sənayedə tətbiq olunan işlər
İşin təhbəri: t.ü.f.d. Talıb Hüseynzadə
Korroziya əleyhinə modifikasiya olunmuş bitum-polimer kompozisiya örtüyü “Bikoplast” meliorasiya və su təsərrüfatı sistemində magistral su kəməri və hidro texniki qurğuların tikintisində deformasiya olunmuş kanal bəndi və korroziya əleyhinə hermetiklər kimi, polad borular üçün polimer örtüklər kimi tətbiq olunur. Müvafiq tətbiq aktları alınmışdır.
Keçici işlər
Işin rəhbəri: k.e.d., professor Gülməmməd Süleymanov.
Dizel yanacaqlarının 75-94%-nin tam yanmasını təmin edən ferrosen və onun bəzi törəmələrinin istifadə imkanları müəyyən edilmişdir.
Tətbiq olunan işlərin siyahısı
1971-2015
Tətbiq üçün hazırlanan innovasiya xarakterli işlər.