Gənc Alim və Mütəxəssislər Şurası

GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASI

2023 

 

İnstitutumuzda ümumilikdə 85 gənc fəaliyyət göstərir. Onlardan 67 nəfərini akademik heyət, 18 nəfərini texniki heyət təşkil edir.  6 nəfər fəlsəfə doktorudur.

Qrant layihələrində iştirak

Yerli qrant layihəsində 2 gənc əməkdaşımız iştirak edir. Gənclərimizdən Günel Əzimova beynəlxalq layihə olan Horizon-2020 layihəsinin icraçılarından biridir.

Yerli və Beynəlxalq konfranslarda  iştirak

Gənclərimizdən Günel ƏzimovaAygün İsazadə Bakı Dövlət Universitetində keçirilən Bakı və Region Gənclərinin I Elmi Konfransında çıxış etmişlər.

Günel Əzimova 04-05 may 2023-cü il tarixlərində Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş doktorant, magistrant və gənc tədqiqatçıların “Kimya və Kimya texnologiyası” adlı  II Respublika elmi konfransında məruzə ilə çıxış etmişdir.

İnstitutumuzun aparıcı elmi işçisi Elmir Babayev Mingəçevirdə keçirilən Rusiya-Azərbay­can gənclərinin təşəbbüsləri adlı 3-cü Forumda, Özbəkistan Respublikasının müxtəlif şəhərlərində təşkil olunan elm həftəliyində iştirak etmiş, ölkəmizi layiqincə təmsil etmişdir.

 08.07.2023-cü  ildə Günel Əzimova Türkiyənin İstanbul şəhərində, İstanbul Texniki Uni­ver­s­iteti, Süleyman Demirel adına Kültür Mərkəzində keçirilmiş “19th Asian Chemical Congress” ində iştirak etmiş və “Effect of Preparation Methods on Structure of MnOx-Na2 WO4/SiO2 Catalysts and Their Activity in the Oxidative Condensation of Methane” mövzu­sunda məruzə ilə çıxış etmiş, sertifikata layiq görülmüşdür.

Gənc alimlərimiz müxtəlif təlimlərdə iştirak etmiş və sertifikatlara layiq görülmüşlər. Gənclərimizdən Nigar İbrahimova və Günel Əzimova "Virtual -El Educator“ proqramında iştirak edərək, 12 və 11 həftəlik ingilis dili kursunu uğurla bitirmişlər.

Elmir Babayev Avropa İttifaqı və Azərbaycan arasında Tədqiqat və İnnovasiya Əmək­daşlığı çərçivəsində Avropa Komissiyası (AK) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən Bakıda keçirilmiş “Horizon Avropa” həftəsində “Writing campda” iştirak etmiş, sertifikata layiq görülmüşdür.

“Scopus” və “ScienceDirect” bazalarının istifadəsi ilə bağlı keçirilən beynəlxalq təlimçilər tərəfindən verilən təlimdə informasiya şöbəsinin əməkdaşları ilə yanaşı institutmuzun 4 gənci iştirak etmişdir.

Gənclərimizin təşkilatçılığı və iştirakı ilə baş tutan tədbirlər

Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə gənc alimlərimiz bir sıra vətənpər­vərlik ruhunda olan tədbirlərin keçirilməsində, (“Xocalı Soyqırımı”, 20 Yanvar, 26 İyun-“Silahlı Qüvvələr Günü”) iştirak etmiş,  həmçinin şəhidlərimizin məzarını ziyarət etmişlər.

Elmin kütləviləşdirilməsi

Elm və təhsilin inteqrasiyası, gənclərin elmə stimullaşdırılması məqsədilə görülən tədbirlər çərçivəsində Elmir Babayev Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində elmi-populyar məruzə ilə çıxış etmiş, kimya elminin müasir yeniliklərindən, o cümlədən gələcə­yin materialları sayılan maqnetoreoloji, elektorxrom, piezoelektrik, “geckoskin”, topoloji izol­­yatorlar kimi smart materiallar barəsində dinləyicilərə ətraflı məlumat vermişdir.

Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) tərəfindən “Kiçik akademi­ya”larla əməkdaşlıq çərçivəsində 246 nömrəli məktəb-liseydə kimya fənni­nə həsr olunmuş görüş keçirilmişdir. Görüşdə k.ü.f.d Nigar İbrahimova və Ülviyyə Qurbanova iştirak etmişlər. 19 may 2023-cü il tarixində Bakı şəhəri, Süleyman Sani Axundov adına 172 nömrəli tam orta məktəbdə müxtəlif peşə nümayəndələrinin şagirdlərlə görüşündə “Kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi” laboratoriyasının doktorantı Fatma Şıxıyeva çıxış etmişdir.

Gənc Alim və Mütəxəssislər Şurasının üzvü Günel Əzi­mo­va gənc tədqiqatçıların elmi təqdimat bacarıq­larının və beynəlxalq bazalarda indeksləşən jurnal­lar­da çap olunmanın artırılması məqsədilə “Elmi mə­qa­ləni necə yazmalı” adlı seminar keçirmişdir.

Açıq qapı günləri

Evrika liseyinin şagirdləri institutumuzun laborato­riya­la­rında maraqlı təcrübələrlə tanış olmuş, buradakı təcrübələrin aparılmasında yaxından iştirak etmişlər. Həmçinin, Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələri və AzTU-nun magistrları institumuzda elmi-təd­qiqat təcrübəsi keçmişlər.

Sosial-İctimai

Elmir Babayev AMEA RH-da və Molekulyar biologiya və biotexnologiyalar institutunda, Cəfər Cabbarlı adına Azərbaycan Dovlət Teatr Muzeyində keçirilən konfrans və dəyirmi masalarda məruzə ilə çıxış etmişdir.

Asudə vaxtın səmərəli təşkili

Gənclər və İdman Nazirliyi, Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Şəki və Tovuzda gənclərin asudə vaxtının səmərəli təşkilini təmin etmək  məqsədilə yay düşərgələri təşkil olunmuş və hər birində institutumuzun gəncləri aktiv iştirak etmiş, serti­fikata layiq görülmüşlər.

Həvəsləndirmə və mükafatlar

2023-cü ildə İnstitutumuzun  bir sıra gəncləri ictimai və elmi fəaliyyətdə fərqləndiklərinə görə mükafatlandırılmış və fəxri fərmana layiq görülmüşlər. Gənclərimizdən Elmir Baba­yev AMEA-da “İlin gənc alimi” diplomu ilə,  “Heydər Əliyev ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyaları və milli dəyərlərimizin təbliği istiqamətində göstərdiyi aktiv fəaliyyətinə görə Günel Əzimova AMEA-nın fəxri diplomu ilə təltif olunmuşdur.

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq institutumuzda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müsabiqə keçirilmişdir. Həmin müsabiqəyə əsasən gənclərimizdən Günel Əzimova I yerə, Sevinc Cavadova və Aytən Ağazadə II yerə, Fidan İbrahimova, Aygün İsazadə, Samirə Süleymanova III yerə, Fatma Şıxı­yeva, Nigar İbrahimova, Elvin Əhmədov və Şəfiqə Əliyeva həvəsləndirici müka­fata layiq görülmüşlər.

 

 

GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASI

 

2022

 

İnstitutumuzda ümumilikdə 97gənc fəaliyyət göstərir. Onlardan 68 nəfərini akademik hey­ət təşkil edir. Qalanları doktorant, magistrant, dissertant və digər vəzifələrdə çalışan­lardır.

 

Qrant layihələrdə iştirak

Hesabat ilində 10 layihədə 18 qrant iştirakçısı təmsil olunmuşdur. Onlardan 1-i beynəlxalq, 9-u yerli qrant layihəsidir. Gənclərimizdən Günel Əzimova beynəlxalq layihə olan Horizon-2020 layihəsinin icraçılarından biridir.

 

Patent, İxtira və Monoqrafiya

Ümumilikdə hesabat ilində gənclərin iştirakı ilə 8 patent yazılıb, onlardan ikisi çap olunmuş, 6-na isə müsbət rəy alınmışdır. Gənc alimlərin 130 elmi əsəri dərc olunub. Onlardan 21-i yerli, 56-sı beynəlxalq tezis, 29-u yerli, 24-ü beynəlxalq jurnallarda çap olunan məqalə­lər­dir.

 

Yerli və Beynəlxalq tədbirlərdə iştirak

Bu il üçün gənclərimiz müxtəlif tədbir və konfranslarda iştirak etmişlər. Gənclərimizdən k.ü.f.d Elmir Babayev Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş Respublika konfransında plenar məruzə ilə, 2-ci kurs magis­trantı Aygün Səfərli Bakı Dövlət Universitetində Akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş beynəlxalq konfransda məruzə ilə, həmçinin  Sevinc Cavadova Türki­yə­nin Ağrı vilayətində keçirilən kon­frans­da onlayn məruzə ilə, Günel Əzimova AMEA-nın Gəncə bölmə­sində keçi­rilən Respublika konfran­sın­da məruzə ilə çıxış etmişlər. 

 

Eyni zamanda gənc alimlərimizin müxtəlif ölkələrdə beynəlxalq sferada çıxışıları olmuşdur. İnstitutumuzun aparıcı elmi işçisi Elmir Babayev Bişkek, Moskva, Minsk, Nijni-Nov­qorod şəhərlərində beynəlxalq forumda iştirak etmiş, ölkəmizi layiqincə təmsil etmiş, alimlərlə elmi əlaqələri daha da möhkəmləndirmişdir.

Gənc alimlərimiz müxtəlif təlimlərdə iştirak etmiş və sertifikatlara layiq görülmüşlər.

 

Gənclərimizin təşkilatçılığı və iştirakı ilə baş tutan tədbirlər

Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə gənc alimlərimiz bir sıra vətənpər­vərlik ruhunda olan tədbirlərin keçirilməsində iştirak etmişlər.

 

(“Xocalı Soyqırımı”, 20 Yanvar, 26 İyun-“Silahlı Qüvvələr Günü”, 27 sentyabr-“Anım Gü­nü”,  8 noyabr-“Qələbə Günü”, H.Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olun­muş tədbir və s.).

 

Mədəniyyət günləri

Bu məqsədlə institutumuzun gəncləri Milli Azərbaycan Tarixi Muzeyi, H.Z.Tağıyevin ev muzeyi, Qobustan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat muzeyində olmuş və Azərbaycan Atabəylər dövləti sərgisində iştirak etmiş, milli-mədəni, tarixi irsimiz və dəyərlərimiz ilə yaxından tanış olmuşlar.

Vebinarlar

İnstitutumuzda Gənc Alim və Mütəxəssislər Şurası və Azərbaycan Kimya Cəmiyyətinin təşkilatçılığı ilə bir sıra vebinar və seminarlar keçirilmişdir. Onlardan “Sənayedə İnnovativ Kimya Texnologiyaları”, “Nanokimya və İnsan orqanizmində nanohissəciklərin müasir üsul­larla təyini” vebinarlarını, “Elektron Paramaqnit Rezonans Spektroskopiyası” adlı sem­inarı misal göstərmək olar. Vebinarlarda xaricdə yaşayan və elmdə öz sözünü demiş alimlərimiz gənclərə elm yolunda öz töhfələrini vermiş, öz bilik, bacarıqlarını gənclərimizlə bölüşmüş və qoyulan mövzu ətrafında geniş müzakirələr aparmışlar.

Açıq qapı günləri

Xətai rayon 249 nömrəli məktəbin şagirdləri institutumuzun laboratoriyalarında maraqlı təcrübələrlə tanış olmuş, təcrübələrin aparılmasında yaxından iştirak etmişlər. Həmçinin, Bakı Dövlət Universitetinin 4-cü kurs tələbələri institutumuzda gənc alimlərimizin rəhbərliyi ilə istehsalat təcrübələri keçmişlər.

Sosial layihələr

1 iyun “Uşaqların Müdafiəsi Günü” münasi­bətilə Uşaq sığınacağı-Reinteqrasiya Mərkə­

zin­­də və 2 Saylı uşaq evində yerləşdirilmiş kimsəsiz və valideyn himayəsindən məhrum

olan uşaq­larla elmi yaradıcı görüş keçir­mişlər. 

  

Maarifləndirmə

Gənc alimlərimiz Səttar Bəhlulzadə adına Xari­ci Dillər Təmayüllü Gimnaziyada məktəb­lilər üçün “Zərərli Vərdişlərlə Mübarizə”yə həsr olunmuş maarifləndirici görüş keçir­miş­lər. Alim­­lərimiz zərərli vərdişlərin insan orqa­niz­­minə təsirindən, həmçinin ətrafında olan insan­lara vurduğu ziyandan, eyni zamanda onun yaratdığı psixoloji təsirdən danışmışlar.

Asudə vaxtın səmərəli təşkili

Gənclər və İdman Nazirliyi, Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Lənkəran, Qusar və Mingəçevirdə gənclərin asudə vaxtının səmərəli təşkilini təmin etmək  məqsədilə yay düşərgələri təşkil edilmiş və hər birində institutumuzun gəncləri aktiv iştirak etmiş, sertifikata layiq görülmüşlər.

Həvəsləndirmə və mükafatlar

2022-ci ildə İnstitutumuzun  bir sıra gəncləri ictimai və elmi fəaliyyətdə fərqləndiyinə görə mükafata layiq görülmüş və fəxri fərmanla təmin olunmuşlar. Gənclərimizdən Elmir Babayev Gənclər günü münasibətilə 2021-ci ildə  elmdə fərqləndiyinə görə Gənclər və İdman Nazirliyi, həmçinin Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və mükafata layiq görülmüşdür. Gənc alim Nigar İbrahimovaElnur Oruclu institutumuz tərəfindən elmdə fərqləndiyinə görə Fəxri Fərmana layiq görülmüşlər. Eyni zamanda Nigar İbrahimova AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

 

2022-ci il dekabrın 9-da Elmi Şuranın iclasında “ Şuşa İli”nə həsr olunmuş Gənc Alim və Tədqiqatçıların müsabiqəsində yüksək nəticə göstərdiklərinə k.ü.f.d. Elnur Oruclu və e.i. Günel Əzimova sertifikatla təltif olunmuşlar.

 

 

 

GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASI 

 

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası cari ildə bir sıra tədbirlər keçirmişdir. 

Cari ilin may ayında UFAZ-ın magistrantları ilə görüş keçirilmişdir. Görüşdə institutun qısa tarixi, əsas elmi istiqamətləri, aparılan tədqiqat işləri və əldə olunan nailiyyətləri haqqında, eləcə də burada çalışmış görkəmli alimlər haqqında magistrantlar məlu­matlandırılmış, institutun laboratoriyalarında  istifadə olunan müasir cihaz və avadanlıqlarla və onların  iş pinsipləri ilə, həmçinin İnstitut əməkdaşları tərəfindən aktuallıq kəsb edən istiqamətlər üzrə yerinə yetirilən və əldə edilən elmi nəticələrlə yaxından tanış olmuşlar.

25.11.2021-ci il tarixində AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və Azərbaycan Kimya Cəmiyyətinin (Azerbaijan Chemical Soci­ety) təşkilatçılığı ilə “Elmdə müvəffəqiyyətə səbəb olan əsas faktorlar: multidissiplinarlıq, əməkdaşlıq və effektiv ünsiyyət” mövzusunda vebinar keçirilib. Vebinarda ABŞ-da yaşa­yan, Emori Universiteti “Emerson adına Elmi Hesablamalar Mərkəzi”nin direktoru professor Camal Musayev “Elmdə müvəffəqiyyətə səbəb olan əsas faktorlar: multidissiplinarlıq, əməkdaşlıq və effektiv ünsiyyət” mövzusunda təqdimatla çıxış edib. Alim şəxsi təşəbbüsü ilə yaradılmış elmi mərkəzdən və orada həyata keçirilən müxtəlif istiqamətli tədqiqatlardan söz açıb.C.Musayev tədqiqat mərkəzinin nəzəri və kompüter kimyası, C-H rabitəsinin fəza funksionallaşdırılması, alternativ enerji, suyun katalitik çevrilməsi, fotokataliz sahəsində alınan nəticələrini auditoriyanın nəzərinə çatdırıb. Qeyd edək ki, professor Musayevin rəhbərliyi ilə aparılan tədqiqatların nəticələri hərbi sənayedə, farmakologiyada, alternativ və bərpaolunan enerji sahələrində geniş şəkildə tətbiq olunmaqdadır. C.Musayev birgə tədqiqat imkanları və gənclərin xaricdə təhsili barədə fikirlərini bölüşüb.

Cari ilin dekabr ayında İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilat­çılığı ilə “Davamlı inkişaf və ekologiya” mövzusunda vebinar təşkil olunub. Tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vebinarda Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d. Elmir Babayev Heydər Əliyevin ekoloji siyasətinə dair ilk sənəd - Dayanıqlı inkişaf prinsiplərinə əsaslanan Azərbaycan Respublikasının ekoloji konsepsiyası barədə məlumat verib. O, konsepsiyada yer alan və respublikamızda ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplərdən bəhs edib. Daha sonra tədbirdə Almaniyanın “Helmholtz Munich” elmi-tədqiqat mərkəzinin əməkdaşı Dr. Gülçin Abbaszadə Alma­niyada çalışdığı mərkəz haqqında məlumat verib, daha sonra qlobal davamlılıq, iqlim dəyişikliyi, plastik tullantılar mövzusu ətrafında çıxış edib. Məruzəçi ekoloji problemləri və həmin problemlərin səbəb ola biləcəyi fəlakətləri xüsusi vurğulayıb, hər bir kəsin bu mövzuya həssas yanaşmalı olduğunu və üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetir­məli oldu­ğunu bildirib. AMEA-nın Kimya Elmləri Bölməsinə daxil olan Kimya İnstitutlarının və ölkənin müxtəlif elm-təhsil ocaqlarından gənc alim, tədqiqatçı, tələbə və hətta məktəbli həmvətənlərimizin iştirakı ilə keçirilən tədbir Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Cari ildə İnstitutun doktorantı Aynurə Rzayeva Azərbaycan Milli Elmlər Akademiyası və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq sazişi çərçivəsində birgə doktorantura üzrə təqaüd proqramının qalibi olmuşdur. Həmin proqram çərçivəsində Aynurə Rzayeva iki il müddətində  Monpelye Universitetinin Aqro polimer mühəndisliyi və yeni texnologiyalar birgə tədqiqat birliyi laboratoriyasına ezam olunmuşdur.

Cari ilin dekabr ayında Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin gənclik, təhsil və elm ənənələri” mövzusunda tədbir keçirilmişdir.

Bundan başqa il ərzində İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası “20 yanvar”,  ”Xocalı soyqırımı “ kimi respublika əhəmiyyətli anım günlərinin İnstitutda qeyd edilməsi­nin təşki­lində aktiv iştirak etmişdir. 

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Həmrəylik Gününə həsr olunmuş

“Gənc Kimyaçıların Görüşü” adlı tədbir keçirilmişdir. 

27.12.2021-ci ildə AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnsti­tu­tunda bu təşkilatın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 31 dekabr Dü­n­ya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Gənc Kimyaçıların Görüşü” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Dilqəm Tağıyev açaraq gəncləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Akademik AMEA Gənc Alim və Mütəxəssislər Şurasının indiyə qədərki fəaliyyətinin qənaətbəxş oldu­ğunu vurğulayaraq bildirdi ki, yeni seçilən idarə heyəti və onun sədrindən daha yüksək nəticələr gözlənir. Dilqəm Tağıyev qeyd edib ki, hazırda elmə marağı olan gənclərin yetişdirilməsində AMEA geniş imkanlara malikdir, institutda gənc tədqiqatçıların yüksək səviyyədə elmi araş­dırmalar aparmaları üçün onlara hər cür şərait yaradılıb. Akademik ölkə başçısının gənclər siyasətinə uyğun olaraq respublika səviyyəsində gənclərə göstərilən hərtərəfli diqqət və qayğının, onlara verilən geniş imkanların gənclərin inkişafına, onların potensial qüvvə­sindən səmərəli istifadə olunmasına, hər gün yeni nailiyyətlər qazanılmasına geniş şərait yaradır. Akademik gənclərə yaradılan şəraitdən maksimum yararlanmağı, qrant layihə­lərində, xaricdə təhsil proqramlarında iştirak etməyi, xarici dilləri yüksək səviyyədə mənim­səməyi tövsiyə etdi.