Xəbərlər
Foto
AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi seminar keçirilmişdir.
May 20, 2024 | 11:59 / Konfranslar, iclaslar
Oxunub 1524 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində olan 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir. Prof. Akif Əliyevin sədrliyi və dos. Leyla Məşədiyevanın elmi katibliyi ilə keçirilən elmi seminarda İnstitutun “Əlvan metal tərkibli mineral xammalın emalı” laboratoriyasının elmlər doktoru proqramı üzrə dissertantı Sevil Tağı qızı Cəfərovanın “Metantərkibli qazlardan hidrogenin alınması prosesinin əsas mərhələləri üçün qeyri-üzvi nanokompozit materialların işlənib hazırlanması” mövzusunda 2303.01 “Qeyri-üzvi kimya” ixtisasında kimya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işinin müzakirəsi keçirilmişdir. Dissertasiya işi AMEA-nın müxbir üzvü, prof. Mübariz Məcid oğlu Əhmədovun elmi məsləhətçiliyi ilə yerinə yetirilmişdir. Dissertasiya işinin təqdimatından və rəyçilər k.e.d., prof. Əli Zalov, k.e.d. Nağı Yaqubov və k.e.d., prof. Vaqif Bağıyevin çıxışlarından sonra dissertanta elmi seminarın iştirakçıları tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən dolğun cavablandırılmışdır. Dissertantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermnin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.

JURNALLAR
Faydalı linklər