Xəbərlər
Foto
BDU-nun Kimya fakültəsinin IV kurs tələbələri İnstitutun bir sıra laboratoriyalarında istehsalat təcrübələri keçirlər:
Fev 25, 2025 | 14:59 / Təhsil
Oxunub 2449 dəfə

“Funksional qeyri-üzvi maddələrin termodinamikası” laboratoriyasının böyük elmi işçisi Elvin Əhmədov tələbələrlə birlikdə Amscope NE520T mikroskop cihazı vasitəsilə 60%BiSJ - 40% BiSeJ tərkibli nümunənin səthini tədqiq edərək nümunənin bir fazalı olduğunu müşahidə etdilər.

Tələbələr “Analitik kimya” laboratoriyasında kompleks birləşmələrin alınmasında tətbiq olunan üzvi maddələrin sintezi prosesi ilə tanış oldular və təcrübələrin aparılmasında iştirak etdilər. “Molekulyar maqnetiklər və keçiricilər” laboratoriyasında Co(II) duzunun azot tərkibli liqandlarla qarşılıqlı təsiri ilə kompleks birləşmələrin sintezi, alınmış kompleksin ayrılması üzrə təcrübələr apardılar. Həmçinin tələbələr “Katalizatorların hazırlanması” laboratoriyasında karbon nanooksidin ferrit katalizatorlarının iştirakı ilə oksidləşməsi təcrübəsini apardılar. K.ü.f.d., Vüsal Əhmədov laboratoriya şəraitində əldə olunmuş katalizatorların tədqiqi haqqında geniş məlumat verdi və tələbələr əyani olaraq asetonun hidrogenləşməsi reaksiyasında xromotoqrafik nəticələrin alınması prosesini izlədilər. 

Tələbələr “Nadir metalların kompleks birləşmələri laboratoriyası” da kobalt asetatla (Co(CH3COO)2) L-alanin (liqand) arasında 1:2 nisbətində reaksiya apardıqda alınan maddənin bənövşəyi rəng aldığını, nikel asetatla L-valin (liqand) 1:2 nisbətində reaksiya aprıldıqda isə (su –spirt şəraitində) yaşıl rəng aldığını müşahidə etdilər.

JURNALLAR
Faydalı linklər