Xəbərlər
Foto
BDU-nun Kimya fakültəsinin IV kurs tələbələri İnstitutun bir sıra laboratoriyalarında istehsalat təcrübələri keçirlər
Mart 11, 2026 | 11:58 / Təhsil
Oxunub 188 dəfə

“Kompozit materiallar və korroziyadan mühafizə” laboratoriyasında tələbələr reniumun ikili və üçlü ərintilərinin nazik təbəqələrinin elektroliz üsulu ilə alınması prosesi ilə tanış olmuşlar.

Tələbələrə həmçinin, “Biomimetik katalizatorlar” laboratoriyasında Biomimetik katalizatorun monooksigenaz aktivliyinin tədqiqinin aparıldığı qurğunun iş prinsipi və fotoelektrokolorimetr cihazında məhlulların optiki sıxlığının ölçülməsi və optiki sıxlığa əsasən məhlulların qatılığının təyini üsulları haqqında geniş məlumat verilmişdir.

Sonra tələbələr, “Nanoelektrokimya və hidrogen enerjisi“ laboratoriyasında hidrogen enerjisi, suyun elektrokimyəvi parçalanması və bu prosesdə istifadə olunan nanokatalizatorların alınması, müxtəlif  yarımkeçirici təbəqələrin çökdürülməsi ilə də tanış olmuşlar.

Sonda tələbələrə “Keçid elementlərinin xalkogenidləri” laboratoriyasının differensial termiki analiz üsülunun istifadəsi qaydaları, termiki analizdə istifadə olunan Almaniyanın NETZCH firmasının istehsalı olan STA 449F3 cihazın işləmə prinsipləri və tədqiqat imkanları haqqında geniş məlumat verilmiş, laboratoriyada sintez olunan ərintilərdən bir neçəsinin termiki analizi onların iştirakı ilə aparılmış və nəticələr müzakirə edilmişdir.

JURNALLAR
Faydalı linklər