Сен 18, 2020 | 13:04 / Важные события
08 sentyabr 2020-ci il tarixdə Rusiya Elmi İstinadların İndeksləşməsi (ingiliscə RSCI) bazası 2019-cu il üçün RSCI-yə daxil olan jurnalların impakt faktorunu və 40-dan çox parametr üzrə hər bir jurnalın bibliometrik nəticələrini elan etmişdir.
“Kimya Problemləri” (“Chemical Problems”) jurnalı 2015-ci ildən RSCI bazasına daxil olmuş və 2017-ci ildən bu bazada indeksləşdirilir.2018-ci ildən isə RSCI-nin nüvəsinə daxil olmuşdur. RSCI-nin nüvəsinə REA-nın, MDU, Şərqi Avropa və MDB-nin bəzi nüfuzlu elmi jurnalları daxildir. 2020-ci ildə RSCI-nin elan etdiyi nəticələrə geniş şərh vermədən “Kimya Problemləri” jurnalının RSCI analiz parametrləri üzrə nəticələrini əks etdirən cədvəl təqdim olunur. (https://www.elibrary.ru/title_profile.asp?id=58063).
RSCI-nin 2020-ci ildə 2019-cu il üçün elan etdiyi jurnalların müqayisəli təhlili ilə aşagıdakı linkdə tanış ola bilərsiniz. RSCI-yə daxil olan Kimya jurnalları sırasında “Kimya Problemləri” jurnalın inkişaf dinamikası aşağıdakı cədvəldə verilmişdir (https://www.elibrary.ru/titles_compare.asp).
Qeyd etmək lazımdır ki, 2018-ci ilə nisbətən 2019-cu ildə “Kimya Problemləri” jurnal 30 pillə irəliləyərək, 77-ci yerdən 47-ci yerə yüksəlmişdir.
İllər | RSCI nin nüvəsinə daxil olan jurnalların sayı | Chemical Problems jurnalının bu sırada yeri | İmpakt faktor |
2017 | 83 | 76 | 0,103 |
2018 | 87 | 77 | 0,110 |
2019 | 81 | 47 | 0,306 |