Янв 11, 2023 | 14:17 / Образование
İnstitutun direktoru akademik Dilqəm Tağıyevin 05 yanvar 2023-cü il tarixli 1 №-li əmri ilə yaradılmış Attestasiya komissiyasının iştirakı ilə 11 yanvar 2023-cü il tarixində İnstitutun fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiyası keçirilmişdir.
Cəmi 51 nəfər (elmlər doktoru hazırlığı üzrə -25, fəlsəfə doktoru hazırlığı üzrə - 26 attestasiya olunmuşdur.
İnstitutun doktorant və dissertantlarının fərdi iş planlarını yoxlayıb, onların çıxışlarını,verilən suallara cavablarını dinləyib,dərc olunmuş elmi əsərləri haqqında məlumat alıb, elmi rəhbər və məsləhətçilərin fikrini öyrəndikdən sonra Attestasiya komissiyası doktorant və dissertantların apardıqları elmi-tədqiqat işlərini qənaətbəxş hesab edilmişdir.