Doktoranturaya qəbul qaydalarında dəyişiklik edilib
Мар 10, 2023 | 13:33 / Образование
Мар 10, 2023 | 13:33 / Образование
Прочитано
907 раз (-а)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, dissertasiyanı Azərbaycan dilində yazan və müdafiə edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fəlsəfə doktoru üzrə doktoranturada və dissertantlıq yolu ilə təhsil müddətində “Azərbaycan dili” fənnindən əlavə doktorluq imtahanı verirlər.