Новости
Фото
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda gənc alimlər arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan müsabiqə keçiriləcək.
Мая 18, 2023 | 15:00 / Конференции, собрания
Прочитано 1464 раз (-а)

18 may 2023-cü il tarixində AR ETN Kataliz və Qeyri – üzvi Kimya Institutunda Elmi Şuranın iclası keçirilmişdir. İclasın gündəliyinə müəssisənin 2023-cü ilin birinci yarısında aparılan elmi-tədqiqat işlərinin hesabatına hazırlıq, 2023-cü ildə elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul, doktorluq minimum imtahan proqramlarının təsdiqi və s. məsələlər daxil edilmişdir.

İclası açıq elan edən İnstitutun baş direktoru akademik Dilqəm Tağıyev bildirdi ki, yarımillik hesabatların dinlənilməsi cari ilin iyun ayında baş tutacaq və buna ciddi hazırlaşmaq lazımdır. Akademik qeyd etdi ki, iqtisadi tutumlu perspektivli innovativ elmi –tədqiqat işlərinin  genişləndirilməsi və səmərəliliyinin artırılması əsas hədəflərimizdən biridir. Bu baxımdan  elmi-tədqiqat işlərinin səmərəliliyi artırılmalı, gənc kadrların potensialından səmərəli istifadə olunmalıdır.

Akademik bildirdi ki, beynəlxalq bazalarda indeksləşən jurnallarda nəşr olunan elmi məqalələrə görə institutun fəaliyyəti qənaətbəxşdir. Belə ki, ötən ay “National H-index Ranking” tərəfindən 2023-cü ilin ikinci rübünün elmi nəticələri əsasında Azərbaycanda fəaliyyət göstərən elmi qurumların və universitetlərin Hirş indeksinə (H-index) görə reytinq sıralaması - “Azeri National H-index Ranking-2023” açıqlanmışdır. “Web of Science”, “Scopus” və “Google Scholar” göstəriciləri əsasında hesablanmış Hirş indeksinə (H-index) görə, Azərbaycanın 83 elmi təşkilatının və universitetinin elmi fəaliyyəti analiz edilmiş, institutumuz bu siyahıda ilk onluqda qərarlaşmışdır. Lakin,  institutun mövcud potensialını nəzərə alsaq bu istiqamətdə daha da irəliləmək mümkündür.

Sonra akademik qeyd edib ki, məlum olduğu kimi Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi barəsində cənab prezidentin sərəncamı vardır. Bununla əlaqədar İnstitutda bir sıra tədbirlər, o cümlədən 2 konfrans keçirilmiş, institut əməkdaşlarının mətbuatda Ulu Öndər haqqında publisistik məqalələri çap olunmuşdur. Bu tədbirlərin davamı kimi noyabr ayında  gənclər arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan müsabiqənin keçirilməsi nəzərdə tutulur.

Sonra gündəlikdə olan digər məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.