Новости
BMT növbəti 5 il ərzində olacaq ekstremal temperatur yüksəlişi barəsində xəbərdarlıq edib
Июн 01, 2023 | 09:46 / Интересная информация
Прочитано 587 раз (-а)

BMT-nin yeni hesabatındakı proqnozlara əsasən qlobal temperaturun yüksəlməsi 66%-lik ehtimal ilə temperaturun növbəti 5 il ərzində Paris sazişindəki 1.5 dərəcə Selsi göstəricini keçəcəyinə imkan verəcək. Bu isə öz növbəsində iqlim dəyişikliklərinə və ekstremal hava şəraitinə səbəb olacaq. BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (WMO) məlumatlarına əsasən orta illik qlobal temperatur 66%-lik ehtimal ilıə növbəti 5 il ərzində müvəqqəti olaraq 1.5 dərəcə Selsi göstəricini keçəcək. Bu, insanlıq tarixində qeydə alına biləcək ilk belə temperatur yüksəlişi ola bilər. Alimlər xəbərdarlıq ediblər ki, qlobal temperatur göstəricisinin 1.5 dərəcə Selsini keçməsi bərpası qeyri-mümkün olan iqlim dəyişikliklərinə gətirəcək səbəblər yarada bilər.

Buna misal olaraq Qrenlandiya və Qərbi Antarktida buzlaqlarının əriməsini, ekstremal yüksək temperatur göstəricilərini, müxtəlif regionlarda olacaq quraqlıqları və dünyaın bir çox yerində olacaq ekstremal hava şəraitini gətirmək olar. Bu, yaxın aylar ərzində El-Ninyo adlı qlobal okean atmosfer hadisəsinin baş verməsi ilə əlaqəlidir. Qlobal iqlimə təsir göstərən bu hadisə öz növbəsində iqlim dəyişiklikləri prosesini işə salacaq. El-Ninyo adətən Cənubi Amerikadan Asiya istiqamətində ilıq suyu Sakit okeandan qərb hissəyə keçirən passat küləklərinin zəifləməsi səbəbilə yaranır. Nəticədə ilıq su olduğu yerdə qalır. Bu isə Cənubi Amerika regionunu daha nəm hala salaraq və Avstraliya, İndoneziya, Şimali Çin və Şimal-şərqi Braziliyada quraqlıqlara səbəb olaraq bütün iqlimə təsir göstərir.

Ümumdünya Meteorologiya Təşkilatının son hesabatı 2023-cü ildən 2027-ci ilə qədər olan zamanı əhatə edir. Hesabatda qeyd edilib ki, qlobal temperatur göstəricilərinin dəyişmə riski getdikcə artır. Qlobal temperatur göstəricisinin 1.5 dərəcə Selsini keçməsi ehtimalı 2015-ci ildə sıfıra bərabər idi. 2022-ci ildə bu ehtimal 48%-ə, indi isə 66%-ə yüksəlib. Qlobal istiləşmənin böyük hissəsi bərabər şəkildə paylanmayacaq. Məsələn Antarktidada temperatur 3 dəfə böyük amplitud göstəricidə dəyişəcək. Bu isə buzlaqlqrın əriməsini sürətləndirəcək və həmin regionda temperaturu nizamlayan hava sistemlərinə təsir göstərəcək. Bununla yanaşı Mərkəzi Amerika, Avstraliya, İndoneziya və Amazon çayı regionlarında yağışların sayı kəskin şəkildə azalacaq.