Июн 14, 2023 | 13:30 / Образование
14 iyun 2023 cü il tarixində saat 11:00-da ETN-nin akad. M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun 11 saylı laboratoriyasının sabiq doktorantı İsmayılova Səbinə Zahid qızının 2307.01- «Fiziki-kimya» ixtisası üzrə “Aromatik diaminlər əsasında elektrikkeçirici polimerlərin sintezi və tədqiqi” mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. Müzakirədə institutun 11, 24, 25 və 26 saylı laboratoriyalarının əməkdaşları iştirak etmişlər.
Elmi rəhbər: akademik Ə.Ə.Məcidov
Dissertasiya işinin təqdimatından və rəyçilər k.ü.f.d., dosent, a.e.i. Vüsalə Məcidzadə və k.ü.e.d., lab.müdiri Fəxrəddin Mahmudovun çıxışından sonra iştirakçılar tərəfindən iddiaçıya verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır.
Sonda doktorant İsmayılova Səbinə Zahid qızının dissertasiya işinin elmi seminara təqdim edilməsi qərara alınmışdır.