Июн 24, 2023 | 10:00 / Важные события
Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda - Kiçik Akademiyalarla iş çərçivəsində tədqiqatlar aparan T.İsmayılov adına 6 saylı məktəb liseyin şagirdi Ayla Ağayeva həyata keçirdiyi tədqiqatları yekunlaşdırıb. İnstitutun 13 saylı “Ekoloji Kataliz” laboratoriyasının əməkdaşları: aparıcı elmi kimya üzrə fəlsəfə doktoru, dosent Adilə Əliyeva və kimya üzrə fəlsəfə doktoru Elmir Babayevin rəhbərliyi ilə “Karbon qazının utilizasiyası və dimetil karbonatın (DMK) alınması” istiqamətində tədqiqatlar aparılmışdır. Tədqiqatın işinin nəticələri 2023-cü ilin may ayındaBakı Ali Neft Məktəbində keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Tələbələrin və Gənc tədqiqatçıların IV Beynəlxalq Elmi konfransında” təqdim olunmuş və sertifikatla təltif olunmuşdur.
Bundan başqa, aparılan tədiqatların nəticəsi 2023-cü ilin iyun ayında ABŞ-da keçirilən beynəlxalq “Genius Olympiad”-da “TeaLab Project – Utilization of CO2 using tea waste biomass” mövzusunda təqdim edilib və təqdimat yüksək qiymətləndirilərək, International High School Project Fair on Environment tərəfindən Fəxri diplomla mükafatlandırılıb.