Новости
Akademik Tofiq Nağıyev “9th World Congress on Green Chemistry and Technology” adlı beynəlxalq konfransda iştirak etmişdir
Сен 20, 2018 | 15:12 / Важные события
Прочитано 4295 раз (-а)

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Koherent - sinxronlaşdırılmış oksidləşmə reaksiyalari” şöbəsinin müdiri, akademik Tofiq Nağıyev 17-19 sentyabr tarixlərində Amsterdamda “9th World Congress on Green Chemistry and Technology” adlı beynəlxalq konfransda “Mechanism of biomimetic monooxidation of cyclohexane by hydrogen peroxide” mövzusu üzrə məruzə ilə iştirak etmişdir.

Alim, məruzəsində biomimetik katalizator üzərində tsikloheksanın hidrogen peroksidlə selektiv oksidləşməsi, alınan reaksiya məhsullarının kimyəvi əhəmiyyəti, həmçinin prosesin mexanizmi haqqında ətraflı məlumat vermişdir.