Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə” laboratoriyasının müdiri Eldar Zeynalovun 70 illiyinə həsr olunan biblioqrafiyası nəşr olunub. Kitabın tərtibçi və redaktoru k.ü.f.d. Elçin Hüseynovdur
Окт 01, 2018 | 11:52 / Публикации
Окт 01, 2018 | 11:52 / Публикации
Прочитано
4820 раз (-а)
Bu biblioqrafik göstərici Eldar Bahadur oğlu Zeynalovun həyat və fəaliyyətinin əsas tarixlərini, elmi və pedaqoji fəaliyyətini, elmi əsərlərinin biblioqrafiyasını, həmçinin alim haqqında yazılmış mənbələri əks etdirir.
Biblioqrafik göstərici kimya, kimyəvi kinetika və kataliz, yüksək molekullu birləşmələr və neft kimyası sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.