Новости
Beyinin funksional imkanlarını genişləndirən KAKAO bitkisi
Ноя 30, 2020 | 11:27 / Интересная информация
Прочитано 2349 раз (-а)

Birminhem və İllinoys universitetləri kakaonun beyinə təsirini tədqiq ediblər. 

meddaily.ru-ya istinadən xəbər verir ki, tədqiqatlara əsasən, kakaoda olan flavanolların beyinə oksigen axınını gücləndirdiyi məlum olub. Bu isə, insanın koqnitiv qabiliyyətlərinə müsbət təsir edir. 

Flavanollar, həmçinin tərəvəzlərdə və meyvələrdə (onlara parlaq rəng verir) tapmaq olar. Bu birləşmələr ürək-damar sisteminin işini yaxşılaşdırır. 

Alimlər onun beyinə təsirini 18 könüllünün cəlb olunduğu sınaq çərçivəsində yoxlamağa qərar veriblər. 

Sınağlar zamanı flavanolların yüksək konsentrasiyasına malik kakao içən könüllü qrupda aşağı konsentrasiyalı kakao içən qrupa nisbətən beyinə qanın axınında artım müşahidə olunub. 

Oksigenasiya sürətinə görə beyinin damar şəbəkəsinin funksiyası qiymətləndirilib. Bunun üçün könüllülər mürəkkəb məsələləri həll ediblər, mütəxəssislər isə beyin qabığının oksigenasiyasındakı dəyişiklikləri qiymətləndiriblər. Nəticədə flavanolların yüksək konsentrasiyasına malik kakaonun istifadəsindən sonra 18 könüllüdən 14-ü məsələləri 11% daha sürətli həll edərək mürəkkəb koqnitiv testlərin öhdəsindən daha yaxşı gəliblər.