Новости
“Horizon Europe” üzrə vebinar keçiriləcək
Мар 20, 2021 | 12:00 / Конференции, собрания
Прочитано 2131 раз (-а)

24 mart 2021-ci il tarixində saat 13:00-19:30-da Avropa Komissiyası tərəfindən “Horizon Europe üçün uğurlu layihələri necə hazırlamalı” mövzusunda vebinarın təşkili nəzərdə tutulub. Tədbirin məqsədi potensial müraciətçilərin layihə təkliflərini hazırlamaq üzrə məlumatlandırılmasıdır.

Tədbirin proqramı iki əsas məqamı əhatə edəcək: “Təqdimat və qiymətləndirmə” və “Model qrant sazişi” (proqram əlavə olunur).

Horizon Europe üzrə vebinar YouTube vasitəsilə yayımlanacaq. Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.