Новости
Фото
İnstitutumuzun əməkdaşı elmi konfransda məruzə ilə çıxış etmişdir
Мая 08, 2023 | 10:15 / Конференции, собрания
Прочитано 1478 раз (-а)

1 saylı laboratoriyanın elmi işçisi Günel Əzimova 04-05 may 2023-cü il tarixində Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş doktorant, magistrant və gənc tədqiqatçıların “Kimya və Kimya texnologiyası” adlı  II Respublika elmi konfransında iştirak etmişdir.

Günel Əzimovaelmi konfransda “SYNTHESİS OF NİCKEL FERRİTE BY SOL-GEL AUTO COMBUSTİON METHOD” mövzusu üzrə məruzə ilə çıxış etmişdir. Gənc alim institutda bu istiqamətdə apardığı tədqiqat işləri barədə, o cümlədən zol-gel yanma, onun üstünlükləri, mexanizmi haqqında geniş məlumat vermişdir. Sonra auditoriya tərəfindən mövzu haqqında verilən suallara ətraflı cavab vermiş və apardığı tədqiqat işlərinin nəticələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.