Новости
Фото
Kimya elmləri üzrə problem şurasının növbəti iclası keçirilmişdir.
Мая 17, 2023 | 15:00 / Конференции, собрания
Прочитано 1513 раз (-а)

Mayın 17-də akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikasi Elmi Tədqiqatlarin Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem Şurasının 2023-cü ildə növbəti iclası keçirilmişdir. İclası Kimya Elmləri üzrə Problem Şurasının sədr müavini, k.e.d., professor Akif Əliyev açaraq şuranın üzvlərini, gələn iddiaçıları, onların elmi rəhbər və məsləhətçilərini salamlayaraq, dissertasiyaların aktual problemlərin həllinə həsr olunmasının, dissertasiya mövzularının adlarının onların məzmununu tam əks etdirməsi məsələlərinın vacibliyi haqqında məlumat verdi. O qeyd etdi ki, bu, doktorant və dissertantların gələcəkdə müdafiə mərhələlərində problemlərlə qarşılaşmaması üçün mütləqdir. O cümlədən, təklif etdi ki, dissertantura və ya doktoranturaya yeni qəbul olunmuş doktorantların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsi daha məqsədəuyğundur. Çünki, tədqiqatın gedişindən asılı olaraq, bəzən nəticələr müxtəlif olur, mövzunun adı bu zaman nəticə və ya ixtisasla uzlaşmır. Akif Əliyev iddiaçılara və elmi rəhbərlərə mövzuların addlarını yazarkən azərbaycan dilinin qrammatikasına da riayət etməyi məsləhət gördü. Sonra, şura üzvləri də çıxış edərək, bu məsələyə öz müsbət münasibətlərini bildirdilər.

İclasda 2391.01 – Ekoloji kimya, 2304.01- Makromolekullar kimyası, 2307.01 – Fiziki kimya, 2314.01- Neft kimyası, 2306.01 – Üzvi kimya ixtisasları üzrə 7 dissertasiya mövzusu ətraflı müzakirə edildi. Sonda təqdim edilən 5 dissertasiya mövzusunun adı redaktə olunaraq, 2 dissertasiya mövzusunun adı isə təqdim edildiyi adla Kimya elmləri üzrə Problem Şurasında təsdiq üçün qəbul edildi.