Новости
Фото
AMEA-nın magistraturasını bitirən tələbələrin “Məzun günü” keçirilib
Июл 07, 2023 | 13:38 / Образование
Прочитано 1958 раз (-а)

İyulun 7-də 2022/2023-cü tədris ilində AMEA-nın magistraturasını bitirən tələbələrin “Məzun günü” keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasında magistratura təhsilinin ölkə başçısının Fərmanı ilə 2015-ci ildə yaradıldığını xatırladıb. Diqqətə çatdırıb ki, bu günədək akademiya üçün ümumilikdə 749 plan yerinin ayrılıb və yerlərə 649 nəfər qəbul olub. Ötən illər ərzində akademiyada gəncləşmə siyasətinin həyata keçirilməsində magistraturanın böyük rolu olub.

Daha sonra “Elm məbədi” filmi nümayiş etdirilib.

Tədbirdə, həmçinin çıxış edən AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri texniki elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov akademiyadan bu günədək ümumilikdə 479 nəfərin məzun olduğunu, onlardan 45 faizinin, yəni 216 nəfərin AMEA-da qalaraq öz elmi fəaliyyətlərini davam etdirdiklərini söyləyib. 2015-2023-cü illərdə məzunların bölmələr üzrə statistikasını təqdim edən H.Hüseynov 176 nəfərin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsindən, 115 nəfərin Biologiya və Tibb Elmləri Bölməsindən, 81 nəfərin Kimya Elmləri Bölməsindən, 51 nəfərin Yer Elmləri Bölməsindən, 30 nəfərin İctimai Elmlər Bölməsindən, 26 nəfərin isə Humanitar Elmlər Bölməsindən məzun olduğunu diqqətə çatdırıb. Həmçinin ötən illərdəki məzunlardan KEB üzrə 74, BTEB üzrə 53, FRTEB üzrə 51, YEB üzrə 21, HEB üzrə 10, İEB üzrə isə 7 nəfərin sözügedən bölmələrə daxil olan və əhatə etdikləri müəssisələrdə elmi fəaliyyətlərini davam etdirdiklərini bildirib.

Məruzəçi 2023-cü il üzrə 102 məzundan 74-nün fərqlənmə diplomuna layiq görüldüyünü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölmələri üzrə 15 nəfər məzundan 6-nın təhsilini davam etdirmək üçün akademiyanın doktoranturasına sənədlərini təqdim etdiyini söyləyib: “2015-2023-cü illərdə AMEA-nın magistraturasında təhsil alıb məzun olan 479 magistrdən 103 nəfəri hazırda fəlsəfə doktoru hazırlığı üzrə təhsilini davam etdirir. Üç nəfər dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib, onlardan ikisi Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrlarıdır və biri isə artıq elmlər doktoru hazırlığı üzrə təhsilini davam etdirir. Həmçinin məzunlarımızdan 14 nəfəri təhsilini xaricdə davam etdirir”.

Tədbirdə, həmçinin Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva, akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik akademik Vaqif Fərzəliyev və məzunlar çıxış ediblər.