Новости
Smartfonlardan aşırı istifadə uşaqların inkişaflarını ləngidir
Авг 30, 2023 | 11:43 / Интересная информация
Прочитано 830 раз (-а)

Yaponiyanın Tohoku Universitetinin tədqiqatçıları aşkar ediblər ki, 1 yaşa kimi olan uşaqların cizgi filmlərinə baxmaları və smartfonlarla qarşılıqlı əlaqədə olmaları onlara mənfi təsir göstərir. Bu halda uşaqlarda inkişaf, sosial və özəl bacarıqlarla bağlı problemlər yaranır. Aparılmış tədqiqat çərçivəsində alimlər 2013-cü ildən 2017-ci ilə kimi 7000 körpənin bacarıqlarını analiz ediblər. Həmin körpələrin valideynləri hər gün öz övladlarının neçə saat televizora baxdıqlarını, smartfon və ya planşetdə oyun oynadıqlarını qeyd ediblər.

Valideynlər arasında aparılmış sorğu nəticəsində məlum olub ki, onların 48.5%-i gün ərzində öz övladlarına 1 saat ərzində smartfondan istifadəyə icazə veriblər. Sorğuda iştirak etmiş valideynlərin 29.5%-də bu göstərici 1-2 saat, 17.9%-də 2-4 saat, 4.1%-də isə 4 və daha artıq saat təşkil edib. Bütün körpələrin inkişaf səviyyələrini müqayisə edəndən sonra alimlər belə nəticəyə gəliblər ki, 1 yaşına kimi olan uşaqların smartfon və ya planşetlərdən uzun müddət istifadə etmələri öz növbəsində onların inkişaflarının ləngiməsinə səbəb olur. Həmin uşaqlarda hərəkət bacarıqları daha pis inkişaf edir və onlar oyunlar zamanı digər uşaqlarla daha aşağı ünsiyyət səviyyəsində olurlar.