Сен 12, 2023 | 15:24 / Образование
12.09.2023-cü il tarixində, saat 1100-da AR ETN-nin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Nanoelektrokimya və elektrokataliz” laboratoriyasının sabiq doktorantı Qurbanova Ülviyyə Maqsud qızının kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 2316.01 – “Kimyəvi kinetika və kataliz” və 2308.01 – “Elektrokimya” ixtisasları üzrə “Suyun elektrolizi üçün Ni – Mo əsaslı aktiv elektrokatalitik sistemlərin sintezi” mövzusunda təqdim etdiyi dissertasiya işi müzakirə edilmiş və elmi seminarın sonunda bu işin növbəti mərhələyə keçirilməsinə yekdilliklə müsbət səs verilmişdir.
“Kimyəvi kinetika və kataliz” ixtisası üzrə elmi seminarın sədri k.e.d., prof. Arif Əfəndi, elmi katib k.ü.f.d. Bilqeyis İsmayılovadır.
Elmi rəhbərlər: akad. Dilqəm Bəbir oğlu Tağıyev və k.e.d., prof. Akif Şıxan oğlu Əliyev
Rəyçilər : AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, k.e.d. Mina Munşiyeva.