Новости
Фото
İtaliya və Azərbaycan alimlərinin birgə elmi seminarı keçiriləcək
Апр 09, 2018 | 14:00 / Важные события
Прочитано 8040 раз (-а)

Bu gün AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilmişdir. İclası AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev açdı. Akademik gündəlikdə duran məsələlərlə Elmi Şuranın üzvlərini tanış etdi və  bildirdi ki, ilk məsələ fəlsəfə doktorluğu üzrə doktoranturaya qəbul olunanların təsdiqidir. Məsələ ilə bağlı akademik Dilqəm Tağıyev qeyd etdi ki, bu il qəbul planına uyğun olaraq institutun doktoranturasına fəlsəfə doktorluğu hazırlığı üzrə 5 yerə qarşı 11 nəfər sənəd vermiş və onlardan 7 nəfəri müvəffəq qiymət almışdır. Sonra  fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olunmuş doktorantların  mövzuları elmi rəhbər və məsləhətçilərin iştirakı ilə müzakirə olunaraq təsdiq olundu. Akademik Dilqəm Tağıyev təklif olunan mövzularla  bağlı təklif və tövsiyələrini verdi.

Sonra “AMEA-nın beynəlxalq elmi layihələrində iştirakı haqqında” danışan akademik Dilqəm Tağıyev bildirdi ki, institut əməkdaşları 3 beynəlxalq layihədə qalib gəlib və bu həm elmi, həm də beynəlxalq əməkdaşlıq baxımından mühüm addımdır.

Daha sonra akademik bildirdi ki, 15 aprel İtaliya Respublikasında Elm günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq, İtaliyanın Azərbaycandakı səfirliyi AMEA Rəyasət Heyətinə müraciət etmiş və bu tarixlə əlaqədar olaraq Respublikamızda elmi seminar keçirilməsini xahiş etmişdir. Bu təklifə cavab olaraq 18 aprel 2018-ci il tarixində İtaliya Elm gününə həsr edilmiş elmi seminar olacaq və dinləniləcək  4 məruzədən ikisi İnstitumuzun əməkdaşları olan AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının və professor Nizami Zeynalovun məruzələridir.

Daha sonra növbəti məsələyə keçid alan Dilqəm Tağıyev bildirdi ki, AMEA-nın müxbir üzvləri Ə.Nuriyevin 90 illiyi və E.Zeynalovun 70 illiyi ilə əlaqədar olaraq AMEA Kimya Elmləri Bölməsinə təqdimat verilməlidir.

Sonda müsabiqə məsələlərinə baxıldı və institut əməkdaşlarından 5 nəfərə dosent elmi adının verilməsi barəsində Ali Attestasiya Komissiyası qarşısında vəsadət qaldırılması haqqında qərar qəbul edildi.