Dec 20, 2019 | 16:00 / Meetings
Dekabrın 20-də AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda ABŞ-ın mərkəzi Florida Universitetinin “Florida Günəş Enerjisi Mərkəzi”nin professoru Nazim Muradovla görüş keçirilmişdir.Görüşdə AMEA-nın vitse prezidenti, institutun direktoru akademik Dilqəm Tağıyev, Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri,AMEA-nın müxbir üzvü İslam Mustafayev, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun laboratoriya müdiri, k.e.d. Akif Əliyev iştirak etmişlər. Görüşdə günəş enerjisinin çevrilməsi, hidrogen energetikasının aktual problemləri istiqamətində müzakirələr aparılmışdır.
Müzakirələrin nəticəsi olaraq hidrogenin alınması istiqamətində birgə elmi layihələrin və tədqiqatların, eləcə də hər iki təşkilat arasında qarşılıqlı təcrübə mübadilələrinin aparılmasına dair razılıq əldə edilmişdir.