Jul 27, 2020 | 12:00 / Publications
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının həmmüəllif olduğu “MnGaInSе4 monokristalının dəyişən sahədə elektrikkeçiriciliyi ” adlı elmi məqalə “Web of Science” bazasında indeksləşən, İsveçrədə “Springer Nature Switzerland” nəşriyyatının
“Technical Physics Letters” jurnalında dərc olunub. Məqalə müasir elektrotexnika üçün perspektivli maqnit materialı sayıla bilən MnGaInSе4 monokristalının fiziki xassələrinin, o cümlədən elektrikkeçiriciliyinin temperaturdan və tezlikdən asılılığı, aktivləşmə enerjisinin təyinini əhatə etməklə materialşunaslığın müasir problemlərinə həsr olunmuşdur.
N.N. Niftiev ,F.M. Mammdov, М.B. Мuradov. AC Electrical Conductivity of MnGaInSe4 single crystals //Technical Physics Letters, 2020, V.46, pp. 536-539. Springer Nature Switzerland AG 2020. https://link.springer.com/article/10.1134/S1063785020060103