News
PhotoVideo
Kataliz və Qeyri-üzvi kimya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş konfrans keçirilmişdir.
Mar 06, 2023 | 16:36 / Conferences, assemblies
Read 1596 time (-s)

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi kimya İnstitutunda Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev-Azərbaycan qadınlarının elmdə rolu” adlı  konfrans keçirilmişdir.

Öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Konfransı giriş sözü ilə açan İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev qeyd etdi ki, Azərbaycanın müstəqilliyinin  əldə olunması, qorunması, güclənməsi və dünya dövlətləri arasında yer tutması  Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Ulu Öndər xalqın yaddaşında böyük siyasətçi, dahi şəxsiyyət, təcrübəli bir dövlət xadimi kimi qalmışdır. Heydər Əliyev  dövlətçiliyimizin möhkəmləndirilməsi, inkişafı, ölkədə demokratiyanın bərqərar olunması istiqamətində əhəmiyyətli və misilsiz işlər görmüşdür.  O, müstəqil Azərbaycanın memarı kimi ən uca missiyanı gerçəkləşdirərək bu şanlı tarixi öz əlləri ilə yazmışdır. Akademik Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində ərazi bütövlüyünün bərpa olunduğunu, ictimai-siyasi sabitliyin və əmin-amanlığın daim qorunduğunu, əhalinin sosial rifahının yüksəldilməsininin dövlətin siyasətində xüsusi istiqamət olduğunu vurğuladı və bundan sonra da İlham Əliyevin rəhbərliyi ilə yeni şanlı səhifələrin yazılacağını, daha yüksək zirvələr fəth ediləcəyini qeyd  etdi.

Sonra Institutun Qadınlar Şurasının sədri, k.ü.f.d. Esmira Quluzadə “Azərbaycan qadınlarının Heydər Əliyev siyasətində roluı” adlı məruzə ilə çıxış etdi. Məruzəçi qeyd etdi ki, böyük  şəxsiyyət,  görkəmli dövlət xadimi, fitri istedada malik siyasi lider, Azərbaycan xalqının əvəzedilməz oğlu Heydər Əliyevin  Azərbaycana rəhbərlik etdiyi illərdə  digər sahələrlə yanaşı qadın probleməlrinin həlli istiqamətində də keyfiyyət etibarı ilə yeni bir mərhələ başlanmışdır. Belı ki, bu mərhələdə qadınların üzləşdikləri çətinliklərin, problemlərin həllinə yenidən dövlət səviyyəsində diqqət və qayğı göstərməyə başlanılmış,  dövlət başçısı tərəfindən  qadın problemlərinin dövlət səviyyəsində həlli üçün mühüm fərman və sərəncamlar imzalanmış, Azərbaycan 1995-ci il iyunun 30-da Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürmüş, eyni zamanda, qadınların cəmiyyətin bərabərhüquqlu üzvü kimi yaradılan bütün imkanlardan istifadə etmələri, dövlət idarəçiliyində önə çəkilmələri, onlara qarşı diskriminasiyanın bütün formalarının aradan qaldırılması istiqamətində mükəmməl hüquqi baza formalaşdırılmışdır. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olması danılmaz faktdır.

Sonra laboratoriya müdiri, k.e.d.  Elza Salahovanın  “Azərbaycan qadınlarının elmdəki  mövqeyi”, İnstitutun Gənc alim və mütəxəssislər  Şurasının üzvü, e.i. Günel Əzimova “İctimai-siyasi həyatda qadınlar”, k.ü.f.d., b.e.i. Rəna Vəkilovanın  “Ailə və qadın”  mövzularında çıxışları dinlənildi. Məruzəçilər elmdə və  cəmiyyətin ictimai həyatında qadınların rolundan, uğurlarından, Ulu Öndərin Azərbaycan qadınına verdiyi yüksək dəyərdən, dövlətin bu sahədəki siyasətindən danışdılar, möhtərəm Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu vurğuladılar.

Konfransın sonunda akademik Dilqəm Tağıyev tədbirdə iştirak edən və İnstitutda çalışan bütün qadınları 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə institut rəhbərliyi adından təbrik etdi, xoş arzularını çatdırdı.

JOURNALS
Useful links