News
Photo
Gənc alim və mütəxəssislər şurasının üzvləri seminarda iştirak etmişlər
Jun 07, 2023 | 11:00 / Conferences, assemblies
Read 1853 time (-s)

05 iyun 2023-cü il tarixində institutumuzun 1 saylı və 7 saylı laboratoriyasının elmi işçiləri Günel Əzimova və Vüsal Əhmədov “CBM Engineering” Məhdud Məsuliyyətli Cəmiyyəti və “META-CHROME” Elmi-İstehsalat Şirkətinin təşkilatçılığı ilə “JW Marriott Absheron Baku Hotel” də keçirilən “Azərbaycanda müştərək istehsal olunan “NUR GC” Xromatoqraf avadanlığının təqdimatı” adlı seminarda iştirak etmişlər.

Seminar zamanı “Neft-kimya və kimya sənayesində xromatoqrafların tətbiqi”, “Ekologiyada xromatoqrafların tətbiqi”, “Qida sənayesində xromatoqrafların tətbiqi”, “Farmokologiyada xromatoqrafların tətbiqi”, “Kənd təsərrüfatında xromatoqrafların tətbiqi”, “Standartların və digər mövcud normativ sənədlərin hazırlanması barədə məlumat” və s. kimi maraqlı mövzulara toxunulmuşdur.

Seminarda doktorantlar və eyni zamanda bir sıra ayrı-ayrı müəssisələrin təcrübəli əməkdaşları da iştirak etmişlər. Sonra auditoriya tərəfindən mövzu haqqında verilən suallara ətraflı cavab verilmiş və təqdimat dinləyicilər tərəfindən maraqla qarşılanmışdır.

JOURNALS
Useful links