Alimlər folqanın bir parça sahəsini monokristala çevirdilər
Oct 26, 2018 | 11:43 / Interesting information
Oct 26, 2018 | 11:43 / Interesting information
Read
4268 time (-s)
Cənubi Koreyalı alimlər yastı metal monokristalların yetişdirilməsi texnologiyasını işləyib hazırlamışlar.
Alimlər atmosfer şəraitində metalın ərimə temperaturuna yaxın temperaturda hidrogenin kontaktsız “otjiq” üsulunu tətbiq etdilər.
“Otjiq” prosesi zamanı polikristalik təbəqədə kristalitlərin istiqamətləndirilmiş orientasiyası baş verir. Nəticədə, dənəvərlərarası sərhədlərin yox olması ilə folqanın bir parça sahəsi monokristala çevrilir.
Qeyd olunur ki, yeni üsulla alınan monokristal nazik təbəqələrin sahəsi bir neçə kvadrat santimetr (sm2 ) təşkil edir. Maksimal sahə 32 kvadrat sm-dir.
Bu barədə Science jurnalında məlumat verilir.