Sen 19, 2023 | 09:34
21 sentyabr 2023-cü il tarixində saat 10.30-da akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun ED 1.15 Dissertasiya Şurasının nəzdində olan 2303.01–“Qeyri–üzvi kimya” ixtisası üzrə Elmi Seminarın yığıncağı keçiriləcək.
Gündəlik məsələ
Gəncə Dövlət Universitetinin fəlsəfə doktoru proqramı üzrə dissertantı Zeynalova Günel Samir qızının 2303.01–“Qeyri–üzvi kimya” ixtisasında “Bi-Bi2Se3-Bi2Te3 sistemində topoloji izolyator xassəli fazaların alınması və fiziki-kimyəvi tədqiqi” mövzusunda dissertasiya işinin müzakirəsi.
Elmi rəhbər: Gəncə Dövlət Universitetinin rektoru, prof. Yusif Əmiralı oğlu Yusibov.
Elmi məsləhətçi: AMEA-nın müxbir üzvü, prof. Məhəmməd Baba oğlu Babanlı.
Rəyçilər: k.e.d., prof. Fuad Sadıqov, k.ü.f.d. Şərafət Məmmədov
İclas akt zalında keçiriləcəkdir (3-cü mərtəbə).









