Şöbə müdiri vəzifəsini icra edən Məmmədova Ülviyyə Əhməd qızı
Tel: (+994 050) 590 76 74 (164)
Şöbənin əsas fəaliyyəti: 2014-ci ildə İnstitutda sintez və yüksək texnologiyalar, enerji resursları və katalitik proseslər üçün yeni funksional materialların tədqiqi sahəsində dünyanın bir sıra aparıcı elmi mərkəzləri ilə elmi əlaqələr qurulmuşdur. Bu il İnstitutun əməkdaşları Donostia Beynəlxalq Fizika Mərkəziinə (İspaniya) ezam olunmuşdurlar, həmçinin, Fransanın Montpelye II Universitetində dəvətli alimlər qismində birgə elmi tədqiqatlar aparmışdırlar. Bir əməkdaşımız elmi tədqiqatlar aparmaq üçün Nottinqem Universitetinə (İngiltərə) dəvət almışdır. Bundan əlavə, Tvente Universiteti nəzdində olan “Advnanofibes” şirkəti ilə elmi əlaqələr yaradılmışdır, funksional nanomaterialların alınması və tədqiqi sahəsində əməkdaşlıq haqqında təqribi sözləşmə əldə edilmişdir.