Elmi ezamiyyət

2024

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi  işlər üzrə direktor müavini AMEA müxbir üzvü, prof. Məhəmməd Babanlının ezamiyyəti haqqında məlumat

İnstitutun icraçı direktoru , AMEA müxbir üzvü Məhəmməd Babanlı bu il aprel ayının 22-dən 26-dək İspaniyanın San Sebastyan şəhərində Donostia Beynəlxalq Fizika Mərkəzində elmi ezamiyyətdə olmuşdur. Ezamiyyə dövründə o, həmin mərkəzin aparıcı mütəxəssisi prof. Evqeniy Çulkovla birgə tədqiqatlarının nəticələrini və gələcək elmi əməkdaşlıq məsələlərini müzakirə etmişdir. O, həmçinin İnstitumuzda alınmış bir sıra yeni topoloji izolyator xassəli materialların nümunələrini fiziki tədqiqatlar üçün mərkəzə tədim etmişdir.

      

 

 

 

Hesabat ilində institut  əməkdaşlarının  ezamiyyətləri haqqında

 2023 

"Molekulyar   maqnetiklər  və  keçiriciklər"  laboratoriyasının  ap.e.i.  Osmanova  Sevinc  27.02.2023-cü il tarixdən 5 gün müddətinə “Avropa  komissiyasının  Horizon 2020“  proq­­­ra­mı  çərçıvəsində  yerinə yetirilən C123 layihəsi üzrə Kataliz və Qeyri-üzvi  Kim­ya  İnsti­tu­tundasintez  olunmuş  katalizatorların  səth  morfologiyyasının tətqiq­inin aparıl­ması  ilə  əla­­qədar  Türkiyənin İstanbul  şəhərinə;

 -"Metal-üzvi  birləşmələr  əsasında  nanokatalizatorlar"  laboratoriyasının müdiri, k.e.d. İs­­ma­­yı­lov  Etibar  22.03.2023-cü  il  tarixdən  4 gün müddətinə   Avropa   komissiyasının Hori­­zon  2020  proqramı  çərçivəsində C123  layihəsi   üzrə  keçiriləcək   iclasda  iştrak  et­mək  üçün  Fransanın  Lion şəhərinə;

 - "Ekoloji  kataliz" laboratoriyasının ap. e. i. Babayev Elmir 16.05.2023-cü il tarix­dən  4 gün müddətinə Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək "Azərbaycan və Rusi­yanın III Cənclər Təşəbbüsləri Forumu"n panel Müzakirələr­də iştrak etmək üçün  Mingə­çe­vir şəhərinə;   

 “Kompozisiya örtük materialları və korroziyadan mühafizə” laboratoriyasının  müdiri k.ü.f.d.  Tahirli  Hilal, ap.e.i Verdiyev Süleyman 19.05.2023-cü il tarixdən  2 gün müd­dətinəİmişli  rayonu  ərazisindəki  Bəhramtəpə  su qovşağında aparılmış təmir işlərində göstərilən qüsurların aradan qaldırılmasını öyrən­mək  məqsədilə  İmişli rayonuna; 

- "Ekoloji  kataliz"  laboratoriyasının laboratoriyasının  ap.e.i. Baba­yev  Elmir  28.05.2023 -cü il  tarixdən  31 gün  müddətinə "MDB  Nanotexnalogiya"lar üzrə Beynəlxalq İnno­va­siya   Mərkəzi (İCNTC) MDB- yə üzv dövlətlə-rin Humanitar Əməkaşlıq üzrə Döv­lət­lərarası Fon­du (İFHC) və birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (JINR)  dəstəyi  ilə Rusiyanın  Dub­na  şəhərinə;

 -"Dəmir və titan tərkibli filiz xammalının emalı" laboratoriyasının ap.e.i. Qasımova  Afəridə 01.06.2023 -cü il  tarixdən 3 gün müddətinə Bolqarıstanın Elenite otelində keçi­riləcək “VI İnternational conference on natural sciences technologies " konfran­sın­da  məruzə  ilə çıxış etmək üçün  Bolqarıstana;

 -Fiziki-kimyəvi analiz” şöbəsinin müdüri, k.ü.f.d. Qasımov  Vaqif 13.06. 2023-cü il  tarix­dən  2 gün müddətinə - “Azəralüminium” MMC- də isteh­sal  prosesində ilkinaralıq və son məhsulların rentgenfaza  analizlərinin  aparılması  mövzusunda müzakirələr aparmaq və əmək müqaviləsi bağlamaq məqsədi ilə  Gəncə şəhə­ri­nə;

- “Kompozisiya örtük materialları və korroziyadan mühafizə” laboratoriyasının müdiri k.ü.f.d.  Tahirli Hilal, ap.e.i Verdiyev Süleyman 14.06.2023-cü il  tarixdən 3 gün müddə­tinə Tərtər rayonu ərazisində yerləşən Suqovuşan  Su  anbarında aparılan yenidənqurma və təmir-tikinti işlərin zamanı qurğunun metal konstruk­siaların korroziyya muhafizəsini təmir etmək və elmi-tədqiqat işlərini aparılması məqsədi  ilə  Tərtər  ra­yo­nuna; 

 -Qeyri-üzvi sintetik  sorbentlər" laboratoriyasının ap.e.i. Cabbarova Zare­ma  21.06.2023-cü il tarixdən 5 gün  müddətinə Muğan- Salyan  bölgəsində üzvi-mineral  gübrənin təc­­­rübə sahələrində ikinci səpinin aparılması məqsədi ilə Saatlı rayonu Azədkənd  kəndinə;

 "Katalizatorların hazırlanması" laboratoriyasının e.i. Əzimova Günel 23.06.2023-cü  il tarixdən 3 gün müddətinə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubi­leyinə   həsr  olunmuş  “Heydər Əliyev dövlətçilik idealları və müasir  gənclik ” mövzu­sunda    res­publika  konfransında   iştirak  etmək üçün  ezamiyyə  xəcləri  ödənilməklə  Gəncə  şəhərinə;

 -“Katalizatorların hazırlanması" laboratoriyası nın (1№-li ) e.i Əzimova Günel 08.07.2023-cü il tarixdən 8 gün müddətinə İstanbul Texniki Universitetdə keçirilə­cək “19-cu Asiya Kimya Konqresi” ndə iştrak etmək üçün Türkiyənin İstanbul  şəhərinə;

 -"Molekulyar maqnetiklər və keçiricilər" laboratoriyasının ap.e.i. Osmanova Sevinc  09.07. 2023-cü il tarixdən 6 gün müddətinə “PREPA13 (13 th İnternational Symposium on  Scien­tific Bases for the Preparation of Heterogeneous Catalysts) “simpoziumunda iştirak  etmək üçün Belçikanın Louvain-la- Neuve şəhərinə;

 -"Renium ərintilərinin elektrokimyası və elektrokatalizi " laboratoriyasının e.i. Süleymano­va  Samirə 09.07.2023-cü il tarixdən 7gün müddətinə “9th S3C Summer School on Sus­tainable Chemistry for Sustainable Development“ yay məktəbində iştirak etmək üçün Almaniyanın Lüneburq  şəhərinə

 -"Nanoelektrokimya və elektrokataliz" laboratoriyasının müdiri k.e.d. Əliyev Akif 16. 07.2023-cü il tarixdən 8 gün müddətinə “International Symposium on Materials for  Ener­gy Storage & Conversion “adlı beynəlxalq simpoziumda iştirak etmək üçün Türki­yənin  Akyaka şəhərinə;

 -"Molekulyar maqnetiklər və keçiricilər" laboratoriyasının ap.e.i. Osmanova Sevinc 26.07. 2023-cü il tarixdən 6 gün müddətinə “Horizon -2020 proqram  çərçi­və­sində“ yerinə yeti­rilən C123 layihəsi üzrə Kataliz və Qeyri-üzvi Kimya institutun­da sintez  olunmuş katali­zatorların səth morfologiyasının tədqiqi üçün Türkiyənin İstanbul şəhərində  “Tetra texnoloji  sistemlər A.Ş.“ laboratoriyasında aparılan analiz­lərlə  əlaqədar  İstanbul  şəhərinə;  

 -"İnstitutun icraçı direktoru, AMEA-nını müxbir üzvü Babanlı Məhəmməd  16.10.2023-cü il  tarixdən 5 gün müddətinə M.V. Lomonosov adına Moskva Dövlət Universi­teti­n də  (Kim­ya fakultəsi) Qrant layihəsində nəzərdə tutulmuş elmi işlərin müza­kirəsini aparmaq   üçün Rusiya Federasiyasının Moskva şəhərinə;  

 -Nanostrukturlaşdırılmış  metal-polimer katalizatorları"  labo­ra­toriyasının ap.e.i Fətulla­yeva Sevdaya 22.11.2023 -cü il  ta­rix­dən  23 gün  müddətinə El­mi-tədqiqat proqramı üzrə qısa müddətli elmi təcrübə keçmək üçün  İnstitutunun icraçı direktoru  dr. En­genio Amendola tərəfindən   göndərilmiş dəvət məktubu əsasında  İtaliyanın  Neapol   şəhə­rinə; 

 - "Metal-üzvi birləşmələr əsasında nanokatalizatorlar "laboratoriyasının müdiri, k.e.d. İsma­yı­lov Etibar, ap.e.i. Rüstəmova Ay­gün, " Molekulyar maqnetiklər və keçiricilər " labo­­ra­­toriyasının ap.e.i. Osmanova Sevinc  və "Renium ərintilərinin elektrokimyası və elektro­ka­talizi " laboratoriyasının e.i. Süleymanova Samirə  22.11.2023-cü  il tarixdən  5 gün müd­dətinə 2 nd International Scieantific  Confe­ren­ce“ adlı beynəlxalq konfransında iştirak et­mək üç­ün Tbilisi şəhərinə;   

 -"Nanoelektrokimya və elektrokataliz" laboratoriyasının müdiri, k.e.d., professor Əliyev Akif, ap.e.i. Məcidzadə Vüsalə 22.11.2023-cü il tarixdən 5 gün müddətinə “2 nd Inter­na­tional  Scieantific Conference“ adlı beynəl­xalq konfransda iştirak etmək üç­ün Tbilisi şə­hərinə;

 -Nanostrukturlaşdırılmış  metal-polimer katalizatorları"  labo­ra­toriyasının e.i. İsa­zadə Aygün və k.e.i. Rəhimli Nərgiz 29.11.2023-cü ildən 5 gün müddətinə   alınmış təcrübi nəti­cə­lərin İstanbul Universitetinin Əczaçılıq fakültəsinin Analitik Kimya laboratoriyasında  fiziki-kimyəvi analiz metodları ilə təd­qiq etmək üçün  Türkiyənin İstanbul  şəhərinə

 -"Katalizatorların  hazırlanması"  laboratoriyasının  e.i. Əzimova Günel  05.12.2023-cü  il tarixdən  12 gün  müddətinə  Almaniyanın “Leibniz- İnstitut für Katalyse elmi - tədqi­qat“ İn­sti­tutunda   qısa  müddətli   tədqiqat  aparmaq   üçün  Almaniyanın Rostok şəhə­rinə

-"Keçid metalların klatrat birləşmələri" laboratoriyasının ap.e.i. Əliyeva Qüdrət 08.12. 2023-cü il tarixdən 8 gün müddətinə  sintez edilən kompleks birləşmələrin mono­kristal­ları­nın  quruluş xüsusiy­yətlə­rini,  lü­mu­ni­sensiya xassələrini araşdırmaq üçün (Orta Doğu Uni­ver­siteti) Türki­yə­nin Ankara  şəhərinə

 - "Metal - üzvi  birləşmələr  əsasında  nanokatalizatorlar"  laboratoriyasının müdiri, k.e.d. İs­ma­yı­lov  Etibar  11.12.2023-cü  il  tarixdən  7 gün müddətinə   Avropa   İttifaqının Hori­­zon  2020  proqramı  çərçivəsində C123  layihəsi   üzrə birgə aparılmış elmi-tədqiqat işləri­nin müzakirəsi   və konfransda   iştrak  üçün  Almaniya və Çexiyaya  ezam edilmiş­dir.

 

 

AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun

əməkdaşlarının 2022-ci  ildə ezamiyyəti haqqında  məlumat  

 

1."Biomimetik  katalizatorlar  üçün  üzvi liqandların  sintezi" (28№-li) laboratoriya­sının ap.e.i. Yaqub Nağıyev 24.02.2022-ci il tarixdən 5 gün  müddətinə “Elmin İnkişaf Fon­du”nun təsis etdiyi  layihənin müza­kirə­si  üçün  Rusiya  Fedirasiyasının Kazan  şəhərinə (Kazan  Elmi Təd­qiqat Texniki  Universiteti) 

2.  "Qeyri -üzvi  sintetik  sorbentlər" laboratoriyasının  (5 №-li)  aparıcı  elmi  işçisi Zarema Cabbarova  25.04.2022-ci il tarixdən 5 (beş) gün  müddətində apardığı  tədqiqat  işi  ilə əlaqədar 2022-ci il üçün  təsdiq olunmus  iş planına uyğun olaraq  Saatlı  rayonunun 

Azad­kənd kəndinə  Muğan - Salyan  bölgəsində üzvi- mineral komplekslərin hazırlanması və təcrübə  sahələrində  səpinin  aparılması məqsədilə  Saatlı  rayonuna;

3.  23 №-li  laboratoriyanın  müdiri  Hilal Tahirli,  aparıcı  elmi işçisi Süleyman Verdiyev  və  Standartlaşdırma  və metrologiya  şöbəsinin  müdiri Sadiq İbrahimov 28.04.2022 - ci  il tarixdən  3 gün müddətinə Azərbaycan Respublikası Prezidentinin 10  fevral  2022-ci  il  tarixli  3143  nömrəli  Sərəncamı ilə təsdiq edilmiş investisiya üçün 1441 bəndində qeyd olunan "Hidroqovşaqların  texniki təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə və əməkdaşların qiymətləndirmə prosesinə cəlb edilməsi üçün AMEA-ya müvafiq vəsaitin ayrılması" qərarına uyğun olaraq nəzərdə tutulan elmi-tədqiqat  işlərini  həyata keçirmək  məqsədilə  Şəmkir  rayonuna; 

4. 23 №-li  laboratoriyanın  müdiri Hilal Tahirli  və  aparıcı  elmi işçisi Süleyman Verdi­yev 10.05.2022- ci  il tarixdən  2 gün müddətinə Şəmkir rayonuna;

5.  "Nanokarbon  katalizatorları  iştirakında  hidrogen  peroksidlə  oksidləşmə" laboratori­ya­sı­nın  (28 №-li ) müdiri Eldar Zeynalov 16.05.2022-ci il tarixdən 10 gün müddətinə El­min İnkişafı Fondunun "Elm -Təhsil-Səna­ye" məqsədli  qrant  müsabiqəsi  çərçivəsində (EİF/MQM/ETS-2020-1(35)) qalib olmuş layi­­hənin  rəhbəri  kimi Almaniy­anın Berlin şə­hərində yerləşən Berlin Tex­ni­ki Uni­ver­sitetinə;

6.  23 №-li  laboratoriyanın müdiri  Hilal Tahirli və aparıcı  elmi işçisi  Süleyman Ver­di­yev  20.05.2022-ci  il  tarixdən 2 gün müddətinə Şəmkir rayonu ərazisində yerlə­şən Şəm­­kirçay SES -na; 

7. 23 №-li  laboratoriyanın  müdiri  Hilal Tahirli, aparıcı elmi işçisi  Süleyman Verdi­yev  və Standartlaşdırma və metrologiya şöbəsinin müdiri Sadiq İbrahimov 31.05.2022 -ci il tarixdən 2 gün müddətinə Şəmkir  rayonu  ərazisində  yerləşən  Şəmkirçay  su  anbarına  və  Şəmkir  SES -na;

8. "Ekoloji kataliz"  laboratoriyasının  (13 №-li ) aparıcı elmi işçisi Elmir Babayev 15.06. 2022-ci il tarixdən 4 gün müddətinə “MDB alimlərinin IV  forumunda“  iştrak etmək üçün  Qırğızıstanın  paytaxtı Bişkek şəhərinə;

9. "Funksional  materialların komponentlərinin sintezi" laboratoriyasının (21№-li)  müdiri İmir Əliyev 29.06.2022-ci  il tarixdən  6 gün  müddətinə Gəncə Döv­lət Univer­site­tində Ye­kun  Dövlət  Attestasiyasında  iştirak etmək üçün  Gəncə  şəhərinə;

10."Molekulyar  maqnetiklər  və  keçiriciklər" laboratoriyasının (11№-li)  aparıcı elmi işçi­si Sevinc Osmanova 11.07.2022-ci il tarixdən 7gün müddətinə "YOURHETCAT-2022" forumunda  iştrak  etmək üçün Macarıstanın Szeged  şəhərinə;

11.İnstitutun baş direktoru akademik Dilqəm Tağıyev Monteneqro Respublikasının Budva şəhərində keçiriləcək İCAFS 2022 (15th İnternational Conference on  Application of Fuzzy Systems) konfransında məruzə ilə çıxış etmək üçün 26.08.2022-ci il tarixdən 7(yeddi ) gün  müddətinə Monteneqro  Respublikasının  Budva  şəhərinə;

12. 23 №-li  laboratoriyanın müdiri Hilal Tahirli  və aparıcı elmi işçisi Süleyman Ver­di­­­yev 05.09.2022-ci il tarixdən  4 gün  müddətinə  Şəmkir rayonu ərazisində yerlə­şən Şəm­kirçay su anbarı  və Şəmkirçay SES -ə;

13. Metal-üzvi  birləşmələr  əsasında  nanokatalizatorlar "(2№-li)  laboratoriyasının müdi­ri Etibar İsmayılov 12.09.2022-ci il tarixdən 5 gün müddətində Avropa İttifaqının C123 layihəsi  (2019-2023-cü  illər) üzrə son 6 ayda görülmüş elmi-tədqiqat  işlərinin növ­bə­ti hesabatının  verilməsi  ilə  əlaqə dar  keçiriləcək  seminarda  iştrak  etmək üç­ün Almani­yanın  Pullach  şəhərinə;

14. “Ekoloji  kataliz" laboratoriyasının (13№-li) aparıcı  elmi  işçisi  Elmir Babayev (AMEA -nın  Gənc  alim və  mütəxəssislər  şurasının  sədri) 26.09.2022-ci  il  tarixdən  4 gün müd­dətinə  Rusiya  Federasiyasının  Moskva  şəhərində  keçiriləcək  Beynəlxalq  Elmlər  Aka- de­mi­yaları  Assosiasiyasinin  35-ci   iclasında  iştrakı  etməsi  üçün Rusiyanın Mos­kva  şə­hə­rinə;

15. "Nanoelektrokimya və elektrokataliz "(3№-li) laboratoriyasının  müdiri  Akif Əliyev 26.09.2022-ci il tarixdən 6 gün  müddətinə  Türkiyə Cümhuriyyətinin  tanınmış kimya laboratoriyalarına  sahib  olan "TETRA  Teknolojik Sistemlər " A.Ş. şirkətinin  dəvətinə  uyğun olaraq Türkiyənin  İstanbul şəhərinə;

16. 23 №-li  laboratoriyanın  müdiri  Hilal Tahirli  və  aparıcı  elmi işçisi Süleyman Verdi­yev  29.09.2022-ci il tarixdən 2 gün müddətinə Şəmkir rayonu ərzində yerləşən Şəmkir­çay  su  anbarı  və Şəmkirçay SES -ə;

17. "Qeyri -üzvi sintetik  sorbentlər" laboratoriyasının  (5 №-li) aparıcı  elmi  işçisi  Zarema Cabbarova 10.10.2022-ci  il  tarixdən  5 (beş) gün müddətində "Yerli xammal əsasında hazırlanmış  üzvi  mineral  komplekslərinin  balans  hesablamaları  əsasında   mineral  gübrələrlə   birlikdə  tətbiqinin  aqrosenozlara   təsiri mövzusu"  üzrə  kompleks  aparılan   işin planına  uyğun  olaraq  Saatlı  rayonunun  Azadkənd   bələdiyyəsi   ərazisində  tədqiqat  sahəsində  məhsulun  yığılması  və  hesabatın  aparılması  məqsədi  ilə Saatlı  rayonuna;

18. "Molekulyar  maqnetiklər  və  keçiriciklər" (11№-li)  laboratoriyasının  ap.e.i.  Sevinc Os­­ma­nova 11.10.2022-ci il  tarixdən 6 gün  müddətinə Belçikanın Blankenberq şəhə­rin­də keçirilən  beynəlxalq  “CRF- chem CYS“ simpoziumda  məruzə  ilə  çıxış  etmək üçün Belçikanın Blankenberq  şəhərinə;

19. "Dəmir  və  titan tərkibli  filiz  xammalının   emalı" (19№- li) laboratoriyasının  ap.e.i. Afə­ri­də Qasımova 30.10.2022-ci il tarixdən 4 gün müddətinə Türkiyənin Antalya şəhərin­dəkeçiriləcək  “IV  Beynəlxalq  Ətraf  Mühit Kimyası“ konqresində  iştrak  etmək  üçün Tür­ki­yənin  Antalya şəhərinə 

20. İnstitutun baş direktoru akademik  Dilqəm Tağıyev 09.12.2022-ci il tarixfən 6 gün müd­dətinə Rusiya Elmlər Akademiyasının Sibir Elmi Bölməsində keçirilən II Beynəlxalq konfransda iştirak etmək üçün Novosibirsk şəhərinə

21.“Metal klatrat birləşmələr” (26 №-li) laboratoriyasının ap.e.i. Əliyeva Qüdrət 12.12.2022-ci il tarixdən 7 gün müddətinə İnstitutda sintez olunan bir sıra kompleks birləş­mələrin monokristallarının quruluşlarının tədqiqi və onların lüminisensiya xassələrinin araşdırılması məqsədilə və Ankara şəhəri Orta Doğu Texniki Universitetinin dəvəti ilə Türkiyə Respublikasının Ankara şəhərinə;

22."Nanostrukturlaşdırılmış  metal polimer  katalizatorları" (9№-li) laboratoriyasının kiçik  elmi işçiləri Seyidova Çiçək  və  Aslanova Həcər  22.12.2022-ci  il  tarixdən  7 gün müddətinə Türkiyə Respublikasının İstanbul Universitetinin Analitik Kimya Kafedra­sının professoru Zeynəp Aydoğmuşun dəvəti ilə Türkiyə  Respublikasının İstanbul  şəhərinə ezam edilmişlər.

 

 

AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun

əməkdaşlarının ezamiyyəti haqqında  məlumat  

2021

 

Azərbaycan Milli Elmlər Akademiyasının Prezıdentinin 19.07.2018-ci il tarixli 494№-li  sə­rən­ca­mına  əsasən   İnstitutun  fəlsəfə  doktoru  hazırlığı  üzrə  əyani doktorantı Aysel Məm­mədova Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında “2018-2020-ci illər üzrə İş Proqramı”na əsaslanan “Stipendium  Hungari­cum” təqaüd proqramının müsabiqəsində  iştirak etmiş  və  müsa­bi­qə­nin  qaliblərindən  biri  olmuşdur. 27 avqust  2018-ci il tarixindən  4 il  müddətinə  Maca­rıstanın  Budapeşt  Texno­lo­gi­ya və  Ekonomika  Universitetinə  ezam  edildiyinə görə  A.İ.Məm­­mədovaya akademik mə­zu­niyyət  verilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Prezıdentinin 20.09.2021-ci il tarixli 411№li  sə­rən­camına  əsasən   İnstitutun  fəlsəfə  doktoru  hazırlığı  üzrə  əyani doktorantı Aynurə Rzayeva AMEA və Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq sazişi çər­çi­vəsində birgə doktorantura üzrə təqaüd proqramının qalib olmuş və həmin proqram çərçivəsində Fransanın Monpelye Universitetinin Aqro polimer mühəndisliyi və yeni texnologiyalar birgə tədqiqat birliyi laboratoriyasında tədqiqat aparmaq üçün rəsmi dəvət məktubu almışdır. Bununla əlaqədar, doktorant A.R.Rzayeva 2021-ci ilin sentyabr ayından 24 ay (01.09.2021–01.09.2023 il) müddətinə Fransanın Monpelye Universitetinə ezam edilmişdir.

– “Qeyri -üzvi  sintetik  sorbentlər" laboratoriyasının   aparıcı  elmi  işçisi  Cabba­ro­va  Za­re­ma 16.06.2021-ci  il tarixdən  5 gün  müddətinə  "Yerli  xammal  əsasında gübrə­nin ha­zır­lan ma  texnologiyasının  işlənilməsi  və  kənd təsərrüfatında  tərbiqi" mövzusu  ilə əla­qədar  Saatlı  rayonunun  Azadkənd  bələdiyyəsi  ərazisində yerləşən sahədə  pambıq  bitkisinin  becərilməsi  məqsədilə  hazırlanmış  sınaq  gübrələrinin  tətbiq  edilməsi və cari  aqrotexniki  qulluq  işlərinin  yerinə   yetirilməsi  üçün Saatlı  rayonuna  ezam edilmişdir.

– "Kompozisiya  örtük  materialları  və korroziyadan mühafizə" laboratoriyasının müdiri Ta­hirli  Hilal 17.08.2020-ci il tarixdən 3 gün müddətinə “Taxtakörpü”  su  anbarında qoyulan təcrübələrin  nəticələrini öyrənmək və polad nümunələrin korroziya vəziyyətini araşdırmaq məqsədilə,Şabran rayonu nun  “Taxtakörpü”  su  anbarına  ezam  edilmişdir.

–"Qeyri-üzvi  sintetik  sorbentlər" laboratoriyasının  aparıcı  elmi  işçisi  Cabbarova  Za­rema 25.10.2021-ci  il tarixdən 5(beş)  gün  müddətinə  "Yerli  xammal  əsasında hazır­lanmış üzvi-mineral komplekslərin balans hesablamaları əsa sında mineral gübrələrlə bir­likdə tətbiqinin  aqrosenozlara təsiri " mövzusu  ilə əlaqədar  Saatlı  rayonunun  Azad­kənd  bələdiyyəsi  ərazisində tədqiqat  sahəsində məhsulun yığılması və hesabatının aparılması məqsədilə  Saatlı  rayonuna  ezam  edilmişdir.

– " Kompozisiya  örtük  materialları  və korroziyadan mühafizə"  laboratoriyasının  müdiri  Tahirli  Hilal, aparıcı  elmi  işçi  Verdiyev   Süleyman,  Standartlaşdırma  və  metrologiya  şöbəsinin  müdiri  İbrahimov  Sadiq  və  10№-li  laboratoriyanın   kiçik  elmi  işçisi  Əşirov  Gəray  29.10.2021-ci  il tarixdən  2 gün  müddətinə,  Bəhramtəpə  Su  qovşağının  və  Mu­ğan  SES- nın  hidrotexniki  qurğularına  baxış  keçirilməsi, suyun  mikrobioloji  tərkibinin  öyrə­nilməsi  və  su nümunələrinin  götürülməsi  məqsədi  ilə  İmişli  rayonuna  ezam  edil­mişlər.

– " Kompozisiya  örtük  materialları  və korroziyadan mühafizə" laboratoriyasının müdiri  Tahirli  Hilal,  aparıcı  elmi  işçisi  Verdiyev   Süleyman,  Standartlaşdırma  və  metrolo­giya  şöbəsinin  müdiri  İbrahimov  Sadiq  və  10№-li  laboratoriyanın   kiçik  elmi  işçisi  Əşi­rov  Gəray  26.11.2021-ci  il tarixdən  2 gün  müddətinə  Bəhramtəpə  Su qovşağının  və Muğan  SES-nın  texniki avadanlıqların istismar şəraitində korroziyaya  davamlılığının  monitorinqini  aparmaq,  ultrasəs  ölçmələri həyata  keçirmək  və  qeyd  olunan  qurğuların  beton  avadanlıqlarına baxış  keçirmək  məqsədilə  İmişli  rayonuna, 16.12.2021-ci  il tarixdən 3 gün  müddətinə  Şəmkir  rayonu  ərazisində  yerləşən  Su  anbarının  texniki  qurğularının  korroziya vəziyyəti  ilə tanış olmaq  və  bəzi  fiziki-kimyəvi  tədqiqatları icra  etmək  üçün  Şəmkir   rayonuna  ezam  edilmişlər.

2020

1. Metalüzvi birləşmələr əsasında nanokatalizatorlar” laboratoriyasının müdiri, k.ü.e.d.  Etibar İsmayılov 10.02.2020-ci il tarixindən 7 gün müddətinə Niderlandın Breda şəhə­rində keçiriləcək iclasda iştirak etmək üçün və  layihə üzrə "PROCESS DESİGN CENTER BV" şitkətinin tədqiqat mərkəzində AMEA KQÜK İnstitutunda sintez olunmuş karali­zatorların testininin aparılması məqsədiilə ezam olunmuşdur. 

2. "Molekulyar maqnetiklər və keçiricilər" lab. b.e.i. İsmayılov Etibar Hümmət oğlu 10.02.2020-ci il tarixindən 7 gün müddətinə Niderlandın Breda şəhərində keçiriləcək iclasda iştirak etmək üçün və bu layihə üzrə "PROCESS DESİGN CENTER BV" şitkətinin tədqiqat mərkəzində AMEA KQÜK İnstitutunda sintez olunmuş karalizatorların testininin aparılması məqsədiilə ezamiyyətdə olmuşdur.

3. İnstitutun Elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, prof. Məhəmməd Babanlı 26.02.2020-ci il tarixindən 4 gün müddətinə “Qeyri-üzvi funksional materialların tədqiqi“ sahəsində Kiyev Milli Universiteti ilə birgə aparılan bəzi işlərin nəticələrini və gələcək elmi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Ukraynanın Kiyev şəhərində ezamiyyətdə olmuşdur.

4. "Qeyri -üzvi sintetik sorbentlər" lab. a.e.i. Cabbarova Zarema Ələskər qızı 02.03.2020-ci il tarixindən 3 gün müddətinə laboratoriya şəraitində alınan gübrələrin ayrılmış pambıq sahələrində sınaqdan keçirmək məqsədilə Səlyan, Sabirabad , Kürdəmir rayonlarında ezamiyyətdə olmuşdur.

5. Beynəlxalq əlaqələr, qrand layihələri və innovasiya söbəsinin a.e.i. Bağırov Şahin Teymur oğlu 02.03.2020-ci il tarixindən 3 gün müddətinə laboratoriya şəraitində alınan gübrələrin ayrılmış pambıq sahələrində sınaqdan keçirmək məqsədilə Səlyan, Sabirabad, Kürdəmir rayonlarında ezamiyyətdə olmuşdur.

6. "Kompozisiya örtük materialları və korroziyadan mühafizə" lab. müdiri Tahirli Hilal Muradxan oğlu 10.03.2020-ci il tarixindən 4 gün müddətinə Taxtakörpü su anbarının metal avadanlıqlarının korroziya vəziyyətini öyrənmək üçün elmi-tədqiqat işlərinə başlamaq və həyata keçirmək məqsədilə Şabran rayonunun Taxtakörpü su anbarında ezamiyyətdə olmuşdur. 

 

AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun

əməkdaşlarının xarici ölkələrə ezamiyyəti haqqında  məlumat  

(2019)

1.“Fiziki-kimyəvi texnologiyalar və onların modelləşdirilməsi” laboratoriyasının e.i. Şabanova Çimnaz 04.02.2019-cu il tarixindən 3 gün müddətinə "ERBD Good Governance Policies Consultation" (Yaxşı idarəetmə siyasəti İctimai məsləhətləşmələr) mövzusunda beynəlxalq seminarda iştirak üçün Ukraynanın Kiev şəhərinə ezam edilmişdir.

2.“Ekoloji Kataliz” laboratoriyasının e.i. Elmir Babayev SOCAR-ın Elm Fondunun dəstəyi ilə “V, P, Mo, Sb oksid katalizatorların fiziki-kimyəvi xassələri ilə katalitik aktivliyi arasında asılılığın müəyyən edilməsi” XL layihəsi çərçivəsində Almaniyanın Rostok şəhərində yerləşən Kataliz İnstitutunda (LIKAT, Rostock) uzunmüddətli elmi ezamiyyətdə olmuşdur.

3. İnstitutun elmi işlər üzrə direktor müavini Məhəmməd Babanlı 18.05.2019-cu il tarixdən 8 gün müddətinə Tübingen Universitetinə doktorantının dissertasiya işinin mövzusu üzrə apardığı elmi-tədqiqat işlərinin nəticələrinin və gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi üçün Almaniyanın Tubingen şəhərinə ezam edilmişdir. 

4. İnstitutun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı 19.06.2019-cu il tarixdən 5 gün müddətinə İnstitutumuzun nəzdində fəaliyyət göstərən "Kvant kompütinqi və Spintronika üçün qabaqcıl materiallar" beynəlxalq laboratoriyasının Sankt-Peterburq Dövlət Universiteti ilə birgə aparılan elmi tədqiqatların nəticələrinin müzakirəsi və yaxın gələcək üçün əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədilə, eyni zamanda həmin Universitetdə keçirilən "Kimyəvi termodinamika Rusiyada" XII beynəlxalq elmi konfransda iştirak etmək və elmi məruzə ilə çıxış etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ezamiyyətdə olmuşdur.

5. AMEA-nın vitse-prezidenti İnstitutun direktoru akademik Dilqəm Tağıyev Sloveniya Respublikasının Portoroj şəhərində keçiriləcək “Perspektiv Oksidləşmə Proseslərinin Ekologiyada Tətbiqinə” həsr olunan 6-cı Avropa Konfransında elmi məruzə ilə çıxış etmək üçün 25.06.2019-cu il tarixdən 6 gün müddətinə Sloveniya Respublikasının Portoroj şəhərinə ezam edilmişdir.

6. “Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə” laboratoriyasının müdiri Zeynalov Eldar “Horizon 2020” Avropa Birliyinin Tədqiqat və İnnovasiya qrant müsabiqəsi çərçivəsində hərtərəfli təkliflərin hazirlanması və bununla bağlı yeni nanokarbon materiallarının sintezi və tətbiq sahələrinin araşdırılması, eləcədə müştərək iş proqramının tərtib edilməsi üçün 09.07.2019-cu il tarixdən 5 gün müddətinə Almaniyanın Berlin şəhərinin Texniki Universitetində ezamiyyətdə olmuşdur.

7. "Molekulyar maqnetiklər və keçiricilər" laboratoriyasının baş elmi işçisi İsmayılov Etibar Hümmət oğlu 05.09.2019- cu il tarixdən 7 gün müddətinə Avropa Komissiyasının Horizon 2020 proqramı çərçivəsində yerinə yetirilən "C123" layihəsi üzrə tərəfdaşımız olan SİNTEF şirkətinin tədqiqat mərkəzində AMEA KQÜK Institutunda sintez olunmuş katalizatorların testinin aparılması və bu layihə üzrə keçiriləcək iclasda iştrak etmək üçün Norveçin Oslo şəhərində ezamiyyətdə olmuşdur.

8.“Beynəlxalq əlaqələr, qrant layihələri və innovasiyalar” şöbəsinin müdiri Məmmədova Ülviyyə və “Mineral sorbentlər” lab. ap.e.i. Məmmədova Səadət 09.09 2019-cu il tarixindən 6 gün müddətinə Sankt-Peterburq şəhərinə REA-nın İ.V.Qrebenşekov adına Silikatlar Kimyası İnstitutunda “Ümumi və tətbiqi kimya”ya həsr olunmuş XXI Mendeleyev qurultayında iştirak etmək üçün ezam olunmuşlar.

9. AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru akademik Dilqəm Tağıyev qrant müsabiqəsinə təqdim edilmiş TÜBİTAK ilə birgə planlaşdırılan tədqiqat işini müzakirə etmək və eyni zamanda mütərəqqi materiallara həsr olunan 4-cü Beynəlxalq konfransın işində iştirak etmək üçün 21.09.2019-cu il tarixdən 6 gün müddətinə Türkiyə Respublikasının İzmir şəhərində ezamiyyətdə olmuşdur.

10. Fiziki-kimyəvi texnologiyalar və onların modelləşdirilməsi" laboratoriyasının müdiri Əsədov Mirsəlim Mirələm oğlu 01.10.2019-cu il tarixindən 4 gün müddətinə Moskva şəhərində keçiriləcək Beynəlxalq Elmlər Akademiyaları Assosiyasının illik hesabat iclasında məruzə ilə çıxış etmək üçün Moskva şəhərində ezamiyyətdə olmuşdur. 

11. "Nanoelektrokimya və elektrokataliz" laboratoriyasının müdiri Əliyev Akif Şıxan oğlu 15.10.2019-cu il tarixindən 5 gün müddətinə Bolqarıstan EA-nın 150 illiyinə həsr olunmuş "Sofiya elektrokimya günləri 2019" Milli konfransında iştirak etmək üçün Bolqarıstan Respublikasının Sofiya şəhərində ezamiyyətdə olmuşdur.

12. "Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının müdiri, k.e.d. Nizami Zeynalov Allahverdi oğlu  11.11.2019-cu il tarixindən  4 gün müddətinə “Polimer əsaslı nanogellərin alınması və onların dərman preparatlarının daşıyıcısı kimi xərçəng xəstəliklərinin müalicəsində tətbiqi” adlı elmi-tədqiqat proqramı ilə əlaqədar Rusiya Elmlər Akademiyası akademik A.V.Topçiyev adına Neft Kimya Sintezi İnstitutuna ezam olunmuş­dur. 

13. “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının müdiri, k.e.d. Nizami Zeynalov Allahverdi oğlu  17.11.2019-cu il tarixindən 7 gün müddətinə “Polimer əsaslı nanogellərin alınması və onların dərman preparatlarının daşıyıcısı kimi xərçəng xəstəliklərinin müalicəsində tətbiqi” adlı elmi-tədqiqat proqramı ilə əlaqədar Türkiyə İstanbul Universitetinə ezam olunmuş­dur. 

14. AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru akademik Dilqəm Tağıyev Macarıstan Respublikasının Budapeşt şəhərində keçiriləcək Dünya Elm Forumunda iştirak etmək üçün  19.11.2019-cu il  tarixindən  6 gün müddətinə Macarıstan Respublikasının Budapeşt şəhərində ezamiyyətdə olmuşdur.

15.İnstitutun Elmi işlər üzrə direktor müavini Məhəmməd Babanlı 09.12.2019-cu il tarixdən 5 gün müddətinə İnstitutumuzun nəzdində fəaliyyət göstərən “Kvant kompütinqi və Spintronika üçün qabaqcıl materiallar“ beynəlxalq laboratoriyasının Moskva Dövlət Universitetinin Qeyri-üzvi kimya kafedrası ilə birgə aparılan elmi tədqiqatların nəticələrini və gələcək elmi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Rusiya Federasiyasının Moskva şəhərində ezamiyyətdə olmuşdur.

 

(2018 il)

1. “Nanoelektrokimya və elektrokataliz” laboratoriyasının müdiri Əliyev Akif və b.e.i. Məcidzadə Vüsalə 20.06.2018-ci il tarixindən 4 gün müddətində Bolqarıstan Respublikasının Sofiya şəhərində akad. Yevgeni Budevski adına Elektrokimya və Energetik sistemlər institutunda ezamiyyətdə olmuşlar.

2. AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev AMEA akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə İspaniya Krallığının Donostia Beynəlxalq Fizika Mərkəzinin təşkil etdiyi müştərək beynəlxalq laboratoriyanın birgə tədqiqatlarının nəticələrini müzakirə etmək və növbəti mərhələnin proqramını tərtib etmək üçün 23-29 iyun 2018-ci il tarixlərində 7 gün müddətinə İspaniyanın San-Sebastian şəhərində ezamiyyətdə olmuşdur.

3. “Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə” lab. müdiri Eldar Zeynalov “Neft mənşəli kaustobiolitlərdən alınan nanokarbon materialları əsasında katalizatorların sintezinə və tətbiqinə dair fundamental tədqiqatlar (İNTERLABCAT)” beynəlxalq laboratoriyasının proqramında nəzərdə tutulmuş işləri müzakirə etmək, alınmış nəticələri seminarda təqdim etmək və Berlin Texniki Universitetinin laboratoriyasında bir sıra eksperimentlər aparmaq üçün 19.08.2018 - 04.09.2018 il tarixlərində 17 gün müddətinə Almaniyanın Berlin şəhərinə ezam edilmişdir.

4. İnstitutun elmi işlər üzrə direktor müavini Məhəmməd Babanlı 07.09.2018-ci il tarixdən 8 gün müddətinə Kiyev Milli Universitetində tədqiqatların nəticələrini müzakirə etmək, gələcək əməkdaşlıq istiqamətlərini müəyyən etmək və Kiyevdə keçiriləcək IV Beynəlxalq Kimya və kimya texnologiyası üzrə Türk konqresində məruzəçi kimi iştirak etmək üçün Kiyev şəhərinə ezam edilmişdir.

5. Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Mineral xammalın kompleks emalı” şöbəsinin müdiri Əhmədov Mübariz 20.09.2018-ci il tarixdən 7 gün müddətinə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti ilə gələcək elmi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Moskva şəhərinə ezam edilmişdir.

6. “Fiziki-kimyəvi texnologiyalar və onların modelləşdirilməsi” lab. müdiri Mirsəlim Əsədov  23.09.2018-ci il tarixdən 7 gün müddətinə Minsk şəhərində (Belarus MEA Elmi-Praktiki Materialşünaslıq Tədqiqat Mərkəzi – EPMTM) ezamiyyətdə olmuşdur. Ezamiyyətin məqsədi Belarus MEA EPMTM ilə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) (Layihənin adı: "Mikroelektronika üçün tərkibində nadir torpaq elementləri saxlayan tallium-bismut telluridləri əsasında yeni maqnit materialların sintezi, tədqiqi və xassələrinin modelləşdirilməsi") qrant layihəsi çərçivəsində birgə aparılmış elmi işlərin müzakirəsi olmuşdur. 

7. İnstitutun elmi işlər üzrə direktor müavini Məhəmməd Babanlı 08.10.2018-ci il tarixdən 5 gün müddətinə Voronej Dövlət Universitetinin Qeyri-üzvi kimya kafedrası ilə qeyri-üzvi materialşünaslıq sahəsində birgə tədqiqatların bəzi nəticələrini, gələcək elmi əməkdaşlıq məsələlərini müzakirə etmək və Rusiya –Azərbaycan birgə qrant layihəsi çərçivəsində elmi işlər aparmaq üçün Voronej  şəhərinə ezam edilmişdir.

8. “Nanoelektrokimya və elektrokataliz” lab. müdiri Əliyev Akif 17.10.2018-ci ildə 4 gün müddətinə Rusiya Federasiyasının Mahaçqala şəhərində "Kimya, Kimya texnologiyası və ekologiya" üzrə Beynəlxalq elmi-praktik konfransda ezamiyyətdə olub.

9. Şamo Tapdıqov Patrick Theatonun tədqiqat qrupu ilə onların həyata keçirdikləri elmi-tədqiqat işləri ilə tanışlıq, İnstitutun Qərb Şöbəsində zədələnmiş DNT fraqmentlərinin bərpası üçün qısa zəncirli polipeptidlərin sintezi, zədələnmiş sahəyə daxil edilməsi və xitozan əsaslı hidrogellərin yaradılması kimi sintez prosesləri və onlar üzərində aparılan analiz və ekstraksiya proseslərinin aparılmasında iştirak etmək məqsədi ilə 18.10.2018 tarixindən 28.10.2018-dək Almaniyanın Karlsruher Texnologiya İnstitutunda elmi ezamiyyətdə olmuşdur.   

10. AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev Almaniya Federativ Respublikasının Frankfurt  şəhərində keçiriləcək 8-ci Dünya Kimya Konqresində təşkilat komitəsinin üzvü və məruzəçi kimi çıxış etmək üçün 20.10.2018-ci tarixdən 7 gün müddətinə Almaniyanın Frankfurt şəhərinə ezam edilmişdir.

11. AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev İtaliya Respublikasının Roma şəhərində keçiriləcək kimya mühəndisliyi üzrə 8-ci Beynəlxalq Konfransda məruzə ilə çıxış etmək üçün 22.11.2018-ci il tarixindən 6 gün müddətinə İtaliya Respublikasının Roma şəhərinə ezam edilmişdir.

12.“Nanokompozit katalizatorlar” lab. müdiri Əhmədov Vaqif 26.11.2018-ci il tarixindən 7 gün müddətinə “Laylı quruluşlu birləşmə və polimerlər əsasında sintez olunmuş nanokompozitlərin katalitik və sorbsion xassələrinin tədqiqi” elmi tədqiqat proqramı ilə bağlı məsələlərin müzakirəsi üçün Moskva şəhərinin Rusiya Elmlər Akademiyasının Element Üzvi Birləşmələr İnstitutuna ezam edilmişdir.

13.“Nanostrukturlaşdırılmış  metal-polimer  katalizatorları” lab. müdiri Nizami Zeynalov və lab. ap.e.i. Şamo Tapdıqov 03.12.2018-ci il tarixindən 5 gün müddətinə layihə çərçivəsində xitozan əsaslı hidrogellərinin FTİR, Rentgenfaza, SEM və TEM üsulları ilə morfoloji xarakteristikaları, sitotoksiki və bioloji tədqiqatlarını həyata keçirmək üçün İtaliyanın Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutuna ezam edilmişlər.

14. “Nanostrukturlaşdırılmış  metal-polimer  katalizatorları” lab. müdiri Nizami Zeynalov 17.12.2018-ci il tarixindən 5 gün müddətinə Moskva şəhərinin Rusiya Elmlər Akademiyası akad. A.V.Topçiyev adına Neft Kimya Sintezi İnstitutunda ezamiyyətdə olmuşdur. 

 

(2017 il)

 

1. İnstitutun direktoru, akademik Dilqəm Tağıyev 21.02.2017- ci il tarixindən 4 gün müddətinə Qazaxstan Respublikası Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncağında iştirak etmək üçün Qazaxstanın Almata şəhərinə ezam edilmişdir.

2. AMEA-nın vitse-prezidenti , İnstitutun direktoru, akademik Dilqəm Tağıyev 23.05.2017-ci il tarixindən 8 gün müddətinə(31.05.2017) İspaniya Krallığının Donostia Beynəlxalq Fizika Mərkəzi ilə Beynəlxalq laboratoriyada alınan nəticələri müzakirə etmək və gələcəkdə aparılan tədqiqatları planlaşdırmaq məqsədilə İspaniyanın Donostia San Sebastyan şəhərinə ezam edilmişdir.

3. İnstitutun elmi işlər üzrə direktor müavini Babanlı Məhəmməd 25.06.2017-ci il tarixindən 8 gün müddətinə Rusiya EA-nın Sibir filialının Nikolayev adına Qeyri-üzvi Kimya İnstitutuna “Kvant Kompütinqi və Spintronika üçün Qabaqcıl Materiallar” beynəlxalq laboratoriyasının 2017-ci il üçün elmi-tədqiqat proqramı üzrə tədqiqatların bəzi nəticələrini və gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Rusiyanın Novosibirsk  şəhərinə ezam edilmişdir.

4. “Funksional materialların komponentlərinin sintezi” laboratoriyasının müdiri Əliyev İmir 30 iyun və 03,04,05 iyul tarixlərdə Gəncə Dövlət Universitetində bakalavriat təhsil səviyyəsi üzrə buraxılış yekun Dövlət Attestasiya Komissiyasının sədri təyin edildiyi üçün Gəncə şəhərinə ezam edilmişdir.

5. “Kompozisiya örtük materialları və korroziyadan mühafizə” laboratoriyasının ap.e.i. Verdiyev Suleyman 07.08.2017 -17.08.2017 –il tarixində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ilə olan razılaşmaya əsasən Varvara su elektrik stansiyasında olan polan avadanlıqların korroziya davamlılığına tədqiq etmək məksədi ilə Mingəcevir şəhəri Varvara su elektrik stansiyasına ezam edilmişdir.

6. AMEA-nın vitse-prezidenti , İnstitutun direktoru, akademik Dilqəm Tağıyev 26.08.2017-ci il tarixindən 8 gün müddətinə İtaliyanın Florensiya şəhərində keçiriləcək Kataliz üzrə 13-cü Avropa Konqresində məruzə ilə çıxış etmək məqsədilə Florensiya şəhərinə ezam edilmişdir.

7. 9№-li lab.ap.e.i. Tapdıqov Şamo 01.09.2017- 11.09.2017-ci il tarixində  10 gün müddətinə AR Prezidenti yanında EİF-nun EİF-KETPL-2-2015-1 (25)-56/22/4-M-32 saylı Qrant layihəsi çərçivəsində Hamburq Universiteti , Texniki və Makromolekullar Kimyası İnstitunda Polimer materiallarla aparılan elmi –tədqiqat işləri ilə tanışlıq, gələcək əməkdaşlıq və alınan nəticələri birgə müzakirə etmək məqsədi ilə  Almaniyanın Hamburq şəhərinə ezam edilmişdir.

8. Ekoloji kataliz laboratoriyasının müdiri , k.e.d Arif Əfəndi 09.09.2017-ci il tarixində 8 gün müddətinə (18.09.2017) “Sənaye əhəmiyətli katalitik proseslərin kinetika və mexanizmi “ elmi tədqiqat proqramına uyğun olaraq Orta Dolu Texnik Universitetinə və eyni zamanda 29 Ulusal Kimya Konqresində iştirak etmək üçün Türkiyənin Ankara şəhərinə ezam edilmişdir.

9. “Nanoelektrokimya və elektrokataliz” laboratoriyasının müdiri Əliyev Akif Şıxan oğlu 08.10.2017-ci il tarixdən 6 gün müddətinə UMEA-nın Ümumi və Qeyri-üzvi Kimya İnstitutuna ETP-nın “Polimer karbon nitrid əsasında kimyəvi və fotoelektrokatalik proseslər üçün katalizatorun sintezi və tədqiqi” mövzusunda alınmış nəticələrin müzakirəsi və fotoelektrokataliz sahəsində məsləhətləşmələrin aparılması üçün ezam edilmişdir.

10. İnstitutun direktoru, akademik Dilqəm Tağıyev 03-10 noyabr 2017- ci il tarixlərində 8 gün müddətinə Fransa Respublikasının Paris şəhərində keçiriləcək YUNESKO –nun Baş Konfransının 39-cu sessiyası çərçivəsində elm, təhsil və mədəniyyət komissiyalarının iclaslarında iştirak etmək məqsədilə ezam edilmişdir.

11.“Nanostrukturlaşdırılmış metal- polimer katalizatorları” laboratoriyasının müdiri Zeynalov Nizami  07.11.2017- 11.11.2017-ci  il tarixində 5 gün müddətinə İordaniya Haşimilər Krallığında keçiriləcək “ Ümumdünya Elm Forumu 2017 “ tədbirində iştirak etmək məqsədilə , İordaniya Haşimilər Krallığına ezam edilmişdir. 

12. 6№ li lab. müdiri Əsədov Mirsəlim 21.11.2017- 27.11.2017-ci il tarixindən 4 gün müddətinə Beynəlxalq Elmlər Akademiyası Assosiasiyasının elektron texnikası üçün funksional materiallar üzrə Elmi Şuranın illik hesabat iclasında məruzə ilə çıxış etmək üçün Moskva şəhərinə ezam edilmişdir.

13. İnstitutun elmi işlər üzrə direktor müavini Babanlı Məhəmməd Baba oğlu 03.12.2017-ci il tarixdən 7 gün müddətinə Rusiya Moskva Dövlət Universitetinin Kimya fakultəsində “Kvant Kompütinqi və Spintronika üçün Qabaqcıl Materiallar” beynəlxalq laboratoriyasının 2017-ci il üçün elmi-tədqiqat proqramı üzrə tədqiqatların bəzi nəticələrini və gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Rusiyanın Moskva şəhərinə ezam edilmişdir. 

 
 
 

(2016 il)

 

1. 6№li  laboratoriyanın müdiri Mirsəlim Əsədov 04.10.2016-ci il tarixdən MAAN-ın (Elmlər Akademiyasının Beynəlxalq  Assosiasiyası) Elektron Texnikası üçün funksional materiallar  problemi üzrə Elmi Şurasının illik iclasında məruzə ilə çıxış etmək üçün Moskva şəhərinə ezam edilmişdir.

2. “Beynəlxalq əlaqələr, qrant layihələri və innovasiya” şöbəsinin müdiri Ziya Əliyev 30.09.2016-cı il tarixdən Fransanın Aix- Marseille universiteti ilə birgə elmi əməkdaşlığı çərçivəsində birgə elmi-tədqiqat işlərinin planlanması və yeni tədqiqat mövzularını müzakirə etmək üçün Fransaya ezam edilmişdir.

3. İnstitutun direktoru Dilqəm Tağıyev 20.09.2016-cı il tarixdən Gürcüstan Respublikasının R.Aqladze adına Qeyri-üzvi və Elektrokimya İnstitutunun 60 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün Gürcüstanın Batumi şəhərinə ezam olunmuşdur.

4. “Nanoelektrokimya və elektrokataliz” laboratoriyasının (3№li) müdiri Akif Əliyev 20.09.2016-cı il tarixdən Gürcüstan Respublikasının R.Aqladze adına Qeyri-üzvi və Elektrokimya İnstitutunun 60 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün Gürcüstanın Batumi şəhərinə ezam olunmuşdur. 

5. İnstitutunun direktoru Akademik Dilqəm Tağıyev 26.06.2016-cı il tarixdən “Olefinlərin katalitik polimerləşməsi” nə həsr olunmuş Beynəlxalq konfransda iştirak  etmək məqsədilə İtaliya Respublikasının Sorrento şəhərinə ezam edilmişdir. 

6. 28 №-li laboratoriyanın müdiri Eldar Zeynalov 15.05.2016-cı il tarixindən Politexnik Milli Universitetində və Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “ Neft –Qaz sənayesində və Neft Kimyasında Tərəqqi” 8-ci Beynəlxalq Elmi texniki və 10-cu Beynəlxalq “Üzvi və Qeyri-üzvi Materiallarda Elektron prosesləri” adlı konfranslarda məruzəçi və Beynəlxalq Komitənin   üzvi kimi iştirak etmək üçün Ukraynanın Lvov və Ternopol şəhərinə ezam olunmuşdur.

7. Beynəlxalq əlaqələr, qrant layihələri və innovasiya şöbəsinin müdiri Ziya Əliyev 02.05.2016-cı il tarixindən, topoloji izolyatorların sintezi və tədqiqi sahəsində birgə elmi əməkdaşlıq çərçivəsində elmi-tədqiqat işləri apartmaq üçün İspaniyanın Donostia San Sebastyan şəhərinə ezam olunmuşdur.

8.28 №-li laboratoriyanın müdiri Eldar Zeynalov 30.03.2016-cı il tarixindən “Tədqiqat və İnnovasiyalar” Horizon 2020 Avropa Birliyinin Proqramı çərçivəsində keçirilən “ Applied research in chemistry : Smart materials for a smart Futere” Beynəlxalq seminarın işində iştirak etmək və orada məruzə ilə çıxış etmək üçün Bolqarıstanın Sofiya şəhərinə ezam olunmuşdur.

9. AMEA-nın prezidentinin 28 yanvar 2016-cı il tarixində institutun elmi işlər üzrə direktor müavini Məhəmməd Babanlı və Beynəlxalq əlaqələr, qrant layihələri və innovasiya şöbəsinin müdiri Ziya Əliyev, Beynəlxalq Materialşunaslıq Cəmiyyətinin təşkilatçılıgı ilə Almaniya Federativ Respublikasının Ştutqart  Şəhərində keçiriləcək “Heterogen çoxkomponentli tarazlıqlar “ mövzusundakı 30-cu beynəlxalq seminarda iştirak etmək məqsədilə 31.01.2016-cı il tarixindən Almaniyanın Ştutqart şəhərinə ezam olunmuşlar. 

                                                                            (2015 il)

  1. İnstitutun direktoru, akademik Dilqəm Tağıyev Bəbir oğlu 23.02.15 il tarixində İspaniyanın Madrid şəhərində 8 gün müddətinə keçirilən “Multidissiplinar Enerji və Materialların-Tədqiqi” adlı konfransda məruzə ilə  iştirak  etmişdir.
  2. Beynəlxalq əlaqələr, qrant lahiyələri və innovasiya şöbəsinin müdiri,k.ü.f.d., Əliyev Ziya Səxavəddin oğlu 01.05.15 il tarixindən 2 ay müddətinə “Topoloji izolyatorların sintezi və bir sıra fiziki xassələrinin tədqiq” sahəsində elmi tədqiqatlar aparmaq məqsədilə Donostia San Sebastyan şəhərinə ezam olunmuşdur.
  3. Nanoelektrokimya və elektrokataliz laboratoriyasının müdiri, k.ü.e.d., Əliyev Akif Şıxan oğlu 22.04.15 il tarixindən 10 gün müddətinə ET-2013 Qrant layihəsi çərçivəsində alınmış elmi nəticələrin müzakirəsi və korroziyaya davamlı təbəqələrin bəzi xassələrinin öyrənilməsi məqsədilə Kiyev şəh., UMEA-nın Ümumi və Qeyri-üzvi Kimya İnstitutuna ezam olunmuşdur.
  4. Fiziki-kimyəvi texnologiyalar və onların modelləşdirilməsi laboratoriyasının  müdiri k.ü.e.d., Əsədov Mirsəlim Mirələm oğlu 24.05.15 il tarixindən 8 gün müddətinə BEA Elmi Şuranın illik hesabatında məruzə ilə çıxış etmək və BEA “Materialşünaslıq Mərkə-zində” qeyri-üzvi və yarımkeçirici maddələrin tədqiqi üzrə birgə təcrübələrin aparılmasını təşkil etmək və hesablama proqramları ilə tanış olmaq məqsədilə Minsk şəhərinə ezam olunmuşdur.
  5. Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə laboratoriyasının  müdiri k.ü.e.d., Zeynalov Eldar Bahadur oğlu 30.06.15 il tarixin­dən 6 gün müddətinə “Polimer və Müasir Metallar” Beynəlxalq simpoziumda  iştirak  etmək üçün Gürcüstanın Batumi şəhərində yerləşən, Batumi Dövlət Universitetinə ezam olunmuşdur.
  6. Nanoelektrokimya və elektrokataliz laboratoriyasının müdiri, k.ü.e.d., Əliyev Akif Şixan oğlu 21.07.15 il tarixindən 10 gün müddətinə Tetra texnoloji sistemlər LTD şirkətilə tanışlıq və alınmış korroziyaya davamlı nazik təbəqələr üzərində bəzi ölçmələrin aparılması məqsədilə Türkiyənin İstanbul şəhərinə ezam olunmuşdur.
  7. Renium ərintilərin elektrokimyası və elektrokatalizi laboratoriyasının müdiri k.ü.e.d., Salahova Elza Əbdüləziz qızı 23.08.15 il tarixindən 7 gün müddətinə İstanbul Texniki Universiteti ilə yaxından tanışlıq və əməkdaşlıq məqsədilə Türkiyənin İstanbul şəhərinə ezam olunmuşdur.
  8. Seolit katalizi  laboratoriyasının əməkdaşları, elmi işçi Nəcəf-quliyev Ülvi Mehdi oğlu və qiyabi doktorant Ağayev Fuad Allahverdi oğlu  01.09.15 il tarixindən10 gün müddətinə SEM  laboratoriya Cihazları şirkəti ilə yaxından tanış olmaq və əməkdaşlıq etmək məqsədilə Türkiyənin İstanbul şəhərinə ezam olunmuşlar..
  9. Beynəlxalq əlaqəlar, qrant lahiyələri və innovasiya şöbəsinin müdiri,k.ü.f.d., şöbə müdiri Əliyev Ziya Səxavəddin oğlu 01.10.15 il tarixindən 2 ay müddətinə Advanced Materials for Spintronics and Quantum Computing” adlı beynəlxalq laboratoriyanın proqramı əsasında birgə elmi-tədqiqat işləri aparmaq məqsədilə İspaniyanın Donostia San Sebastyan şəhərinə ezam olunmuşdur.
  10. Kimya Elmləri və Texnologiyaları üzrə I Beynəlxalq Türk Konqresinin Elmi Komitəsinin üzvü və proqrama daxil edilmiş məruzələrin müəllifi kimi akademik Dilqəm Tağıyev və laboratoriya müdiri elmlər doktoru Vaqif Əhmədov Bosniya və Herseqovinanın Sarayevo şəhərində 27.10.15 il tarixindən 7 gün müddətinə davam edecek konqresdə iştirak etmək məqsədi ilə ezam olunmuşlar.
  11. “Beynəlxalq əlaqələr, qrant layihələri və innovasiya” şöbəsinin müdiri Ziya Əliyev 02.12.2015-ci il tarixdən 29 gün müddətinə yeni yaranmış “Advanced Materials for Spintronics and Quantum Compouting” adlı beynəlxalq laboratoriyanın proqramı əsasında İspaniyanın San Sebastyan şəhərinin Donostia Beynəxalq Fizika Mərkəzinə ezam olunmuşdur.
  12. İnstitutun elmi işlər üzrə direktor müavini Məhəmməd Babanlı 07.12.2015-ci il tarixindən 5 gün müddətinə Rusiya Elmlər Akademiyasının Ümumi və Qeyri-üzvi Kimya İnstitutuna ARDNŞ qrantı üzrə ezam olunmuşdur..
  13. Laboratoriya müdiri Eldar Zeynalov 16.12.2015-ci il tarixindən 78 gün müddətinə Berlin Texniki Universitetində Funksionallaşdırılmış karbon nano boruları sahəsində birgə elmi işlərin aparılması üçün  Almaniyanın Berlin şəhərinə ezam   olunmuşdur.
  14. Laboratoriya müdiri Akif Əliyev 17.12.2015-ci il tarixindən 5 gün müddətinə laboratoriyada alkınmış bəzi nümunələrin elektron mikroskopu vasitəsilə tədqiq edilməsi və Naxçıvan Bölməsi ilə gələcəkdə elmi əlaqələrin qurulması       perspektivlərini müzakirə etmək məqsədilə Naxçıvan şəhərlərinə ezam ezam olunmuşdur.

 

JURNALLAR
Faydalı linklər