Beynəlxalq laboratoriyalar

 

 

                  

2015-ci ildə İnstitutda İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəsi ilə "Kvant Kompütinq və Spintronika üçün Qabaqcıl Mate­riallar" və Almaniyanın Berlin Texniki Uni­ver­­siteti, Böyük Britaniyanın Haddersfild Universiteti və Be­larusiyanın Minsk İstilik və Küt­lə Dəyişməsi İnstitutu ilə "Neft mən­şəli kaus­tobiolitlərdən alınan na­no­karbon ma­te­­rialları əsasında kata­li­za­tor­ların sinte­zinə və tətbiqinə dair fun­da­men­tal tədqi­qatlar" (İNTERLABCAT) beynəlxalq labora­to­ri­yaları yaradıl­mışdır. 

1. “Kvant Kompütinq və Spintronika üçün Qabaqcıl Mate­riallar” laboratoriyasında İspan  tədqiqatçıları  tərəfindən topoloji izolyatorların gözləniləcək xassəli birləşmələrinin nəzəri kvant-mexaniki analizi, eyni zamanda qabaqcıl elmi mərkəzlərdə onların fiziki xas­sələrinin, eksperimental tədqiqatlarının koordinasiyası həyata keçiriləcəkdir. Azərbaycan tədqiqatçıları tərəfindən məqsədyönlü axtarış üçün bu materialların uyğun sistemlərinin kompleks fiziki-kimyəvi, kristalloqrafik, termodinamik tədqiqi aparılacaq və mono­kristalların yetişdirilməsi metodları və leqirləmənin elmi əsasları yaradılacaqdır.

İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəsi tərəfindən bu işə rəhbər professor Yevgeniy Çulkov, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu tərəfindən isə müxbir üzv Məhəmməd Babanlı rəhbərlik edir.

 

AMEA-nın prezidenti akademik Akif Əlizadə, akademik Dilqəm Tağıyev,

  müxbir üzv Məhəmməd Babanlı və professor Yevgeniy Çulkov (İspaniya)  

 

 

 

2. İNTERLABCAT la­boratoriyasının təkibi: 

- AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun  “Nano­karbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə” laboratoriyası

- Almaniya Federasiyasının Berlin Texniki Universitetinin “Materialşünaslıq və texnologiya” laboratoriyası

- Belarusiyanın Minsk İstilik və Kütlə Dəyişməsi İnstitutunun “Mikro- və nanoölçülü materialların sintezi və analizi” laboratoriyası

- Böyk Britaniya Krallığının Haddersfild Uinversitetinin “Materiallar” laboratoriyası.

Professor Eldar Zeynalovun rəhbərliyi ilə laboratoriyanın əməkdaşları tərəfindən karbo­hidrogenlərin oksidləşməsində universal katalizator kimi tədbiq olunan nanokarbon katalizatorlarının fundamental aspektləri tədqiq olunacaqdır. Berlin Texniki Universitetindən doktor Fridrix York Florian, Haddersfild Uinversitetinin  “Materiallar” laboratoriyasının müdiri, doktor Vişnyakov Vladimir Mixayloviç, “Nanoqruluşlu materialların sertifikasiyası” mərkəzinin direktoru, doktor Filatov Sergey Aleksandroviç, Kataliz və Qeyri-kimya İnstitutunun “Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə” laboratoriyasının müdiri doktor Zeynalov Eldar İNTERLABCAT lahiyəsinə rəhbərlik edirlər. 

 

Professor Yorq Fridrix, professor Eldar Zeynalov və 

professor Manfred Vaqner

  

JURNALLAR
Faydalı linklər