Məlumatlar

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

akademik M.NAĞIYEV adına

KATALİZ VƏ QEYRİ-ÜZVİ KİMYA İNSTİTUTU

ƏMR

№44

Bakı şəhəri                                          21 fevral 2022-ci il

 

Akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya

İnstitutunda “1 Mart – Ümumdünya Mülki Müdafiə günü”nə

hazırlığın təşkili və keçirilməsi barədə”

 

Ümumdünya Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart tarixi bütün ölkələrdə “Ümumdünya Mülki Müdafə günü” kimi qeyd edilir.

Azərbaycan Respublikası 1993-cü ildə təşkilatın üzvlüyünə qəbul edilmişdir və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Ötən ildə olduğu kimi bu il də “1 Mart Ümumdünya Mülki Müdafiə günü” müəssisə və təşkilatlarda keçiriləcəkdir.

İnstitutun 2022-ci il üçün Mülki Müdafiə tədbirləri planına müvafiq olaraq, İnstitutda 01 mart 2022-ci il tarixdə “1 Mart – Ümumdünya Mülki Müdafiə günü”nə həsr olunmuş tədbirlərin yüksək səviyyədə hazırlanması və keçirilməsi planlaşdırılmışdır.

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə dövlət orqanlarında və qurumlarında xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq, mart ayının 01-də keçiriləcək tədbirin karantin tələbləri nəzərə alınmaqla təşkil edilməsi məqsədi ilə

 

Ə M R    E D İ R Ə M :

                                                    

  1. Nəzərdə tutulmuş tədbirin keçirilməsi üçün Mülki Müdafiə Qərargah rəisi (İ.Əliyev) tərəfindən tədbirlər planı hazırlansın və təsdiq üçün İnstitutunicraçı direktoru, Fövqəladə Hallar Komissiyasının sədrinə (M.Babanlı) təqdim olunsun.
  2. Tədbirə rəhbər heyət, MM qüvvələrinin şəxsi heyətləri və MM qüvvələrinə daxil olmayan işçilər cəlb olunsunlar.

Tədbir zamanı Koronavirus infeksiyasından mühafizə məqsədilə tədbirin müddəti qısaldılsın, Tədbir İştirakçıları öz laboratoriyaları və şöbələrində, sayı 10 nəfərdən çox olmayaraq toplantı keçirilsin. Tədbirdən öncə bütün dezinfeksiya tədbirləri həyata keçirilsin. Tədbir, iştirakçıları arasında ara məsafə qorunmaqla və qoruyucu maskalardan istifadə etməklə keçirilsin.

  1. Tədbirin keçirilməsinə hazırlıq işləri İnstitutun Fövqəladə Hallar Komissiya-sının üzvlərinə, Mülki Müdafiə Qərargahına və qrup rəhbərlərinə həvalə edilsin.

  4. 01 mart 2022-ci il tarixdə “1 Mart – Ümumdünya Mülki Müdafiə günü”-Təbi fəlakətlər və böhranlar zamanı köçkün əhalinin mülki müdafiəsi və idarə edilməsi;könüllülərin rolu və pandemiya ilə mübarizəmövzusunda mühazirələr oxunsun, Mülki Müdafiənin rolunu və vəzifələrini təbliğ edən müxtəlif tədbirlər keçirilsin.

5. İnstitutun icraçı direktoru, Fövqəladə Hallar Komissiyasının sədri (M.Baban-  lı) 28 fevral 2022-ci il tarixinədək tədbirə hazırlıq barədə mənə məruzə etsin.

6. Keçirilmiş tədbirlər haqqında məlumat Mülki Müdafiə Qərargah rəisi    (İ.Əliyev) tərəfindən mart ayının 07-nə kimi Yasamal rayonu üzrə FH və MM şöbəsinə təqdim olunsun.

7. Əmrin icrasına nəzarəti İnstitutun icraçı direktoru, Fövqəladə Hallar Komissiyasının sədrinə (M.Babanlı) həvalə edilsin.

7. Əmr aidiyyatı olan əməkdaşlara çatdırılsın.

 

Akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya

İnstitutunda “1 Mart – Ümumdünya Mülki Müdafiə günü”nə

 həsr olunmuş tədbirlərin keçirilməsi barədə”

 

Ümumdünya Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart tarixi bütün ölkələrdə “Ümumdünya Mülki Müdafə günü” kimi qeyd edilir.

Azərbaycan Respublikası 1993-cü ildə təşkilatın üzvlüyünə qəbul edilmişdir və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Ötən illər olduğu kimi bu il də “1 Mart Ümumdünya Mülki Müdafiə günü” müəssisə və təşkilatlarda keçiriləcəkdir.

İnstitutun 2021-ci il üçün Mülki Müdafiə tədbirləri planına müvafiq olaraq, İnstitutda 01 mart 2021-ci il tarixdə “1 Mart – Ümumdünya Mülki Müdafiə günü”nə həsr olunmuş tədbirlərin yüksək səviyyədə hazırlanması və keçirilməsi planlaşdırılmışdır.

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə dövlət orqanlarında və qurumlarında xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar olaraq, marrt ayının 01-də keçiriləcək tədbirin karantin tələbləri nəzərə alınmaqla təşkil edilsin.

Tədbirə rəhbər heyət, MM qüvvələrinin şəxsi heyətləri və MM qüvvələrinə daxil olmayan işçilər cəlb olunsunlar.

Tədbir zamanı Koronavirus infeksiyasından mühafizə məqsədilə tədbirin müddəti qısaldılsın, Tədbir İştirakçıları öz laboratoriyaları və şöbələrində, sayı 10 nəfərdən çox olmayaraq toplanış keçirilsin. MM məşqindən öncə bütün dezinfeksiya tədbirləri həyata keçirilsin. Tədbir, iştirakçılar arasında ara məsafə qorunmaqla və qoruyucu maskalardan istifadə etməklə keçirilsin.

01 mart 2021-ci il tarixdə “1 Mart – Ümumdünya Mülki Müdafiə günü”-Milli iqtisadiyyatı qorumaq üçün güclü Mülki Müdafiəmövzusunda məlu-matlar çatdırılsın, Mülki Müdafiənin rolunu və vəzifələrini təbliğ edən müxtəlif tədbirlər keçirilsin.

 

 

 

1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür

Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir.

Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olmuşdur. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Bu ilin mövzusu Mülki Müdafiə və hər bir evdə ilk yardım edənilə əlaqədardır.

Əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.

Müharibə düvründə böyük şəhərlərə təhlükə yarandı.

Qeyd edək ki, silahlı qüvvələrdə ilk dəfə belə imkan birinci dünya müharibəsi zamanı (1914-18 illər) yaranmışdır. Almanlar ilk dəfə olaraq döyüş şəraitində aviasiya tətbiq etmişlər və bu amil böyük şəhərlərin hava zərbələrindən müdafiəsi zəruriliyini yaratmışdır. Qoşunlarla bərabər bu prosesə mülki əhali də cəlb olunmağa başlanılmışdır.

1 mart Ümumdünya Mülki Müdafiə Günü, onun vəzifələri və məqsədi 1931-ci ilin mayında tibb xidmət generalı, fransız Corc Sent Pol Parisdə “Cenevrə regionu assosisasiyası” təşkilatını yaratmışdır. Sonralar Ümumdünya Mülki Müdafiə təşkilatına (ÜMMT) çevrilmişdir.

Hazırda ÜMMT-yə 100-dən çox ölkə daxildir. Azərbaycan 1993-cü ildən ÜMMT-nin üzvüdür və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.

Təşkilatın vəzifələri həm müasir mühəribələrin, həm də əmin–amanlıq dövründəki güclü istehsalat qəzaları və təbii fəlakət nəticələrinin ehtimal olunan xarakterindən irəli gəlir. Belə ki, əhalinin mühafizəsi - Mülki Müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə adamların mühafizə qurğularında daldalandırılması, təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir.

Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.

 

JURNALLAR
Faydalı linklər