BEYNƏLXALQ ELMİ ƏLAQƏLƏR
İnstitut 2023-cü il ərzində Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İcveç, Hollandiya, Danimarka, Türkiyə, Bolqarstan və s. ölkələrin elmi-tədqiqat müəssisələri və Universitetləri ilə elmi əməkdaşlıq davam etmişdir.
İnstitutda 2015-ci ildə açılmış iki beynəlxalq laboratoriya, İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi (DİPC) ilə birgə "Kvant Kompütinq və Spintronika üçün Qabaqcıl Materiallar" və Almaniyanın Berlin Texniki Universiteti, Böyük Britaniyanın Huddersfild Universiteti və Belarusiyanın Minsk İstilik və Kütlə Dəyişməsi İnstitutu ilə "Neft mənşəli kaustobiolitlərdən alınan nanokarbon materialları əsasında katalizatorların sintezinə və tətbiqinə dair fundamental tədqiqatlar" (İNTERLABCAT) beynəlxalq laboratoriyaları öz fəaliyyətlərini uğurla davam etdirmişdir. İNTERLABCAT laboratoriyasında karbohidrogenlərin oksidləşməsində universal katalizator kimi tətbiq olunan nanokarbon katalizatorlarının fundamental aspektləri tədqiq olunmuşdur. “Kvant Kompütinq və Spintronika üçün Qabaqcıl Materiallar” laboratoriyasında DİPC tədqiqatçılar tərəfindən topoloji izolyatorlar xassəli bir sıra birləşmələrinin səth və elektron quruluşlarının nəzəri hesablanması və eyni zamanda Avropanın digər qabaqcıl elmi mərkəzlərdə onların fiziki xassələrinin eksperimental tədqiqi aparılmışdır. Azərbaycan tədqiqatçıları tərəfindən məqsədyönlü axtarış üçün bu materialların uyğun sistemlərinin kompleks fiziki-kimyəvi, kristalloqrafik, termodinamik tədqiqi aparılmış və onların bəzilərinin monokristalları sonrakı tədqiqatlar üçün yetişdirilmişdir. Bundan əlavə xaricdə yaşayan bir sıra kimyaçı həmvətənlərimiz (Musayev Camal, Musayev Faiq, Muradov Nazim (ABŞ), Nəcəfoğlu Hacalı və Qasımov Vəli (Türkiyə), Sadıqov Hüseynqulu, Mehdiyev Aftandil və Dəhnəvi Eldar (Rusiya)) İnstitutun əməkdaşları ilə birgə tədqiqatlar aparmağa hazır olduqlarını bildiriblər. İnstitutun sabiq əməkdaşları AMEA-nın müxbir üzvü Litvişkov Yuriy (Almaniya) və k.e.d. Quliyev Sadiq (Türkiyə) institutla yaxından əməkdaşlıq edirlər.K.e.d. Quliyev Sadiq 2023-cü ildən İnstitutun “Nanoelektrokimya və elektrokataliz” laboratoriyasında ictimai əsaslarla baş elmi işçi vəzifəsində çalışır.
İnstitutun əməkdaşların bəziləri xarici ölkələrdə qarşılıqlı əməkdaşlıq məqsədilə səfərlərdə olmuşlar. Akademik Tağıyev Dilqəm Rusiya Elmlər Akademiyasının Sibir Elmi Bölməsində (Novosibirsk, Elmi şəhərcik) 12-14 dekabr 2022-ci ildəkeçirilən II Beynəlxalq konfransda (II Международная конференция Евразийские трансграничные экономические и научно-технические взаимодействия) iştirak etmiş və plenar iclasda AMEA ilə REA arasında elmi-texniki əməkdaşlıq, onun perspektivləri və əsas istiqamətləri, o cümlədən “Elmi-texniki əməkdaşlıq haqqında razılaşma haqqında”, “Elm, elmi-tədqiqatlar, innovasiyalar və təhsil sahəsində Yol xəritəsi” imzalanmış, 29.03.2022-ci ildə “REA və AMEA arasında elmi-texnoloji əməkdaşlıq haqqında, Rusiya-Azərbaycan mərkəzinin yaradılması haqqında” REA-nın Rəyasət Heyətinin Qərarı və eləcə də AMEA-nın Beynəlxalq əlaqələri haqqında məruzə etmişdir.
2023-cü il iyun ayının 6-da AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Türkiyənin İstanbul Texniki Universitetinin rektoru , professor İsmail Koyuncu və bu ali məktəbin bir qrup professor-müəllim heyəti ilə görüş keçirilib. Görüşdə akademik Dilqəm Tağıyev məruzə ilə çıxış edib.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı, kimya üzrə fəlsəfə doktoru Osmanova Sevinc 9-13 iyul 2023-cü il tarixində Belçikanın Louvain-la-Neuve şəhərində UCLouvain Universitetində keçirilmiş “13thİnternational Symposium – Scientific Bases for the preparation of Heterogeneous Catalysts” (PRE PA13) beynəlxalq simpoziumda iştirak etmiş, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun HORİZON 2020 proqramı çərçivəsində Belçika, Almaniya, Niderland, İngiltərə, Fransa və Norveçin 9 elmi tədqiqat mərkəzləri və universitetləri ilə birgə yerinə yetirdiyi layihə üzrə “Effect of the complexing agent - precursor on the activity of MnNaW/SiO2 catalysts for the oxidative conversion of methane” məruzəsi ilə çıxış etmiş, forum müddətində Avropanın forumda iştirak edən bir sıra aparıcı üniversitetlərinin nümayəndələri ilə elmi əlaqələrin qurulması və birgə layihələrin işlənilməsi istiqamətində müzakirələr aparmışdır.
AMEA və Belarus Respublikası Dövlət Elm və Texnologiya Komitəsi tərəfindən elan olunmuş layihə müsabiqəsinə AMEA-nın müxbir üzvü, professor, k.e.d. Zeynalov Eldar rəhbərliyi altında institutun 28 saylı laboratoriyasının əməkdaşları tərəfindən təqdim olunmuş «Tərkibində nanoölçülü karbon və hexagonal bor nitridinin çoxfunksiyalı əlavələr olan innovativ sürtkü materiallarının yaradılmasının fiziki-kimyəvi əsaslarının işlənib hazırlanması» adlı layihə qalib olmuşdur və müvafiq iki tərəfli müqavilələr imzalanmışdır. Qalib qəlmiş layihənin beynəlxalq səviyyəli layihə olduğundan birgə tədqiqatların aparılması, görüşlərin, ezamiyyətlərin, birgə tədbirlərin keçirilməsi planlaşdırılmşdır. «Т22 АЗГ-001 Республика Беларусь-Азербайджан, договор И–179/2023» proqramı ilə əlaqədar, V.A. Belıy adına Metal-Polimer Sistemləri Mexanikası İnstitutunun baş elmi işçisi Volnyanko E.N. 11.11.2023-15.11.2023-cu il tarixlərində institumuza ezam olunmuşdur. Ezam olunmuş Volnyanko E.N. fəaliyyət göstərdiyi institutun elmi istiqamətləri barədə geniş təqdimat etmiş, laboratoriyada quraşdırılmış çoxdivarlı karbon nanoborularının sintezi üzrə qurğu ilə yaxından tanış olmuşdur. Layihə çərçivəsində görülən işlər və alınan nəticələr müzakirə edilmiş və plan üzrə gələcəkdə görüləcək işlər dəqiqləşdirilmişdir. -“Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları" laboratoriyasının ap.e.i Fətullayeva Sevda 22.11.2023-cü il İtaliyanın Milli Tədqiqat Mərkəzinin (National Research council) Polimer, kompozit və biomateriallar (Polymers, compozits and biomaterials) İnstitutunun icraçı direktoru dr. Engenio Amendola tərəfindən Elmi-tədqiqat proqramı üzrə qısa müddətli elmi təcrübə keçmək üçün göndərilmiş dəvət məktubu əsasında İtalyanın Neapol şəhərində;
-“Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları" laboratoriyasının e.i. İsazadə Aygün və k.e.i. Rəhimli Nərgiz 29.11.2023-cü il alınmış təcrübi nəticələrin İstanbul Universitetinin Əczaçılıq fakültəsinin Analitik Kimya laboratoriyasında fiziki-kimyəvi analiz metodları ilə tədqiq etmək üçün Türkiyənin İstanbul şəhərində,
-"Katalizatorların hazırlanması" laboratoriyasının e.i. Əzimova Günel 05.12.2023-cü il tarixdən Almaniyanın “Leibniz- İnstitut für Katalyse elmi - tədqiqat“ İnstitutunda qısa müddətli tədqiqat aparmaq üçün Almaniyanın Rostok şəhərində;
“Keçid metalların klatrat birləşmələri" laboratoriyasının ap.e.i. Əliyeva Qüdrət 08.12.2023-cü il tarixdən sintez edilən kompleks birləşmələrin monokristallarının quruluş xüsusiyyətlərini, lümunisensiya xassələrini araşdırmaq üçün (Orta Doğu Universiteti) Türkiyənin Ankara şəhərində olmuşlar.
"Metal-üzvi birləşmələr əsasında nanokatalizatorlar" laboratoriyasının müdiri, k.e.d. İsmayılov Etibar 11.12.2023-cü il Avropa İttifaqının Horizon 2020 proqramı çərçivəsində C123 layihəsi üzrə birgə aparılmış elmi-tədqiqat işlərinin müzakirəsi və konfransda iştrak üçün Almaniya və Çexiyada olmuşdur
BEYNƏLXALQ ELMİ ƏLAQƏLƏR
İnstitut 2019-cu il ərzində Almaniya, Fransa, İspaniya, İtaliya, İsveç, Hollandiya, İsveçrə, Türkiyə, Rusiya və s. ölkələrin, həmçinin Respublikanın bir sıra elmi-tədqiqat müəssisələri və universitetləri ilə elmi əməkdaşlığı davam etdirmişdir. İnstitutda 2015-ci ildə yaradılmış iki– İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi (DİPC) ilə birgə "Kvant Kompütinq və Spintronika üçün Qabaqcıl Materiallar" və Almaniyanın Berlin Texniki Universiteti, Böyük Britaniyanın Huddersfild Universiteti və Belarusiyanın Minsk İstilik və Kütlə Dəyişməsi İnstitutu ilə "Neft mənşəli kaustobiolitlərdən alınan nanokarbon materialları əsasında katalizatorların sintezinə və tətbiqinə dair fundamental tədqiqatlar" (İNTERLABCAT) beynəlxalq laboratoriyaları öz fəaliyyətlərini uğurla davam etdirmiş və əməkdaşlar yüksək İMPAKT FAKTORLU jurnallarda 60-a yaxın birgə elmi məqalə çap etdirmişlər.
Hesabat ilində İnstituta xarici ölkələrdən bir sıra qonaqlar dəvət olunmuşlar.
08-09.04.2019-cu ildə AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “İnnovativ polimerlər üzrə Azərbaycan–İtaliya elmi seminarı” keçirilmişdir. Seminarı AMEA-nın vitse–prezidenti, İnstitutun direktoru akademik Dilqəm Tağıyev açmışdır. Akademik hazırda iki ölkənin siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrdə sıx əməkdaşlıq əlaqələrinin olduğunu və Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin getdikcə yüksəldiyini bildirmiş və qeyd etmişdir ki, İtaliyanın Maire Technimont şirkəti Dövlət Neft Şirkəti ilə bir sıra layihələrin reallaşmasında, o cümlədən Sumqayıt etilen-propilen zavodunun və Neft Emalı zavodunun yenidən qurulmasında əməkdaşlıq edir. Son illərdə iki ölkə arasında elmi əlaqələrin də gücləndiyini, AMEA ilə İtaliya Milli Tədqiqatlar Şurası arasında əməkdaşlıq sazişinin imzalandığını, birgə tədqiqat proqramlarının elan edildiyini vurğulamış və bu əməkdaşlıq çərçivəsində İnstitutla İtaliya Milli Tədqiqatlar Şurası arasında birgə tədqiqat işlərinin aparıldığını diqqətə çatdırmışdır.
Sonra akademik qeyd etmişdir ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyası Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və İtaliya Milli Tədqiqatlar Şurası Polimerlər, Kompozitlər və Biomateriallar Institutunun birgə təşkilatçılığı ilə “İnnovativ polimerlər üzrə Azərbaycan–İtaliya elmi seminarı” öz işinə başlayır. Ötən ildə də, İnstitut və İtaliyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə belə bir tədbirin baş tutduğunu vurğulayan akademik qeyd etdi ki, bu cür seminarların keçirilməsi kimya sahəsində əlaqələrin gücləndirilməsi baxımından önəmlidir.
Daha sonra İtaliya Milli Tədqiqatlar Şurası, Polimerlər, Kompozitlər və Biomateriallar Institutunun direktor əvəzi, prof. Dr.Luigi Ambrosionun “Gələcək sağlamlıq üçün mütərəqqi biomateriallar və texnologiyalar”, həmin institutun elmi tədqiqatçısı Dr. Maria Grazia Rauccinin “Sümük regenerasiyası və bərpası üçün iynələnə bilən terapevtik materiallar” və AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi Şamo Tapdıqovun “Xitozan-tibbdə bioaktiv molekulların mükəmməl daşıyıcısı kimi” məruzələri dinlənildi və məruzələr ətrafında geniş müzakirələr aparıldı. Seminarda AMEA Polimer Materialları, Neft –Kimya Prosesləri, Fizika və Biofizika instututlarının alim və mütəxəssisləri də iştirak etmişlər.
Ertəsi gün AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “İnnovativ polimerlər üzrə Azərbaycan – İtaliya elmi seminarı” öz işini davam etdirmiş və seminarı AMEA-nın vitse –prezidenti, İnstitutun direktoru akademik Dilqəm Tağıyev açaraq qeyd etmişdir ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyası akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və İtaliya Milli Tədqiqatlar Şurası Polimerlər, Kompozitlər və Biomateriallar Institutunun birgə təşkilatçılığı ilə “İnnovativ polimerlər üzrə Azərbaycan - İtaliya elmi seminarı” öz işini yekunlaşdırır. Seminarda iki İtaliyalı alim və institutumuzun bir əməkdaşının məruzəsi dinlənilmişdir.
Daha sonra İtaliya Milli Tədqiqatlar Şurası, Polimerlər, Kompozitlər və Biomateriallar Institutunun elmi tədqiqatçısı Dr.Giovanna Buono- corenin “Aktiv qablaşdırmalar üçün innovativ polimer materiallar”, həmin institutun əməkdaşı Dr.Marino Lavorgnanın “Quruluş və funksional tətbiqlər üçün qrafen-polimer nanokompozitlər” və AMEA Kataliz və Qeyti-üzvi Kimya İnstitutunun laboratoriya müdiri prof. Vaqif Əhmədovun “Tərkibində metal olmayan polimer karbon nitrid üzərində kataliz” adlı məruzələri dinlənilmiş və məruzələr ətrafında geniş müzakirələr aparılmışdır.
Sonda akademik Dilqəm Tağıyev bildirmişdir ki, son vaxtlar AMEA-nın xarici ölkələrin elmi mərkəzləri və institutları ilə əlaqələri genişlənir. Bu baxımdan keçirilən tədbir önəmli əhəmiyyət kəsb edir və Azərbaycan-İtaliya elmi əlaqələrinin daha da genişləndirilməsinə təkan verir.
03-07 sentyabr 2019-cu il tarixlərində Bolqarıstan EA Ümumi yığıncağının sədri, akad. Yevgeni Budevski adına Elektrokimya və Energetik sistemlər İnstitutunun direktoru, prof. Evelina Slavcheva və institutun elmi işçisi, f.d. Elica Petkucheva Azərbaycan MEA və Bolqarıstan EA arasında imzalanmış elmi əməkdaşlıq sazişi çərçivəsində qalib gəlmiş “Hybrid FeChx-Tio2-MoSx cathodes for electrochemical and photoelectrochemical applications” adlı layihəsi üzrə akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda işgüzar-elmi səfərdə olmuşlar.
Qonaqların AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Dilqəm Tağıyevlə görüş zamanı gələcək birgə elmi fəaliyyət barədə fikir mübadiləsi aparılmış, tərəflərin konkret görəcəyi işlər müzakirə edilmişdir. Sonra Bolqarıstanlı qonaqlar institutun laboratoriyaları ilə tanış olmuşlar.
05.09.2019-cu ildə AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Bolqarıstan–Azərbaycan elmi seminarı keçirilmişdir. Seminarı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Dilqəm Tağıyev açaraq bildirmişdir ki, Azərbaycan MEA və Bolqarıstan EA arasında imzalanmış elmi əməkdaşlıq sazişi çərçivəsində qalib gəlmiş “Hybrid FeChx-Tio2-MoSx cathodes for electrochemical and photoelectrochemical applications” adlı layihəsi çərçivəsində 03-07 sentyabr 2019 cu il tarixlərində Bolqarıstan EA Ümumi yığıncağının sədri, akad. Yevgeni Budevski adına Elektrokimya və Energetik sistemlər İnstitutunun direktoru, prof. Evelina Slavcheva və institutun elmi işçisi, f.d. Elica Petkucheva akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda işgüzar elmi səfərdədirlər və səfər çərçivəsində bu günkü seminar keçirilir.
Akademik institutla BEA-nın Elektrokimya və Enerji sistemləri İnstitutu arasında son illər aparılmış birgə elmi-tədqiqatların əhəmiyyətini vurğulamış və məruzə üçün sözü prof. Evelina Slavchevaya vermişdir.
Professor E.Slavçeva BEA-nın yaranması, inkişaf yolları və son illərdə aparılmış köklü islahatlara, təmsil etdiyi institutda aparılan fundamental və tətbiqi xarakterli işlərə həsr olunmuş “Bolqarıstan Elmlər Akademiyası və Elektrokimya və Energetik sistemlər institutundakı son nailiyyətlər” adlı məruzə ilə çıxış etmiş və bərk polimer elektrolitlərdə suyun elektrolizi prosesinin fundamental, elmi-praktik tərəfləri və alınmış nəticələr haqqında ətraflı məlumat vermişdir. Məruzə ətrafında geniş müzakirələr aparılmış, seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılmışdır.
Sonra BEA-nın Elektrokimya və Enerji sistemləri İnstitutunun elmi əməkdaşı, f.d. Elitsa Petkuchevanın “Suyun fotoelektrokimyəvi parçalanması prosesində FeSe-nin fotoabsorber kimi tətbiqi” mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi, ekoloji baxımdan təmizliyi, gələcəyin enerji mənbəyi olan hidrogenin fotoelektrokimyəvi yolla alınmasının elmi əsaslarını qeyd edərək alınmış nəticələri seminar iştirakçılarının diqqətinə çatdırmışdır. Məruzə ətrafında geniş fikir mübadiləsi aparılmış, məruzəçilərə seminar iştirakçıları tərəfindən müxtəlif suallar verilmiş və cavablar alınmışdır. Seminarın sonunda AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi-işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı ətraflı və geniş elmi məruzə üçün bolqarıstanlı alimlərə seminar iştirakçıları adından təşəkkür edərək bildirmişdir ki, belə seminarların keçirilməsi və qarşılıqlı səfərlərin təşkili hər iki təşkilat üçün elmi əlaqələrin qurulması və inkişaf etdirilməsi baxımından faydalıdır.
01.10.2019-cu il tarixində “Clarivate Analytics” şirkəti AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təlim keçirmişdir. Təlimi giriş sözü ilə Elmi-informasiya və patent tətqiqatları şöbəsinin müdiri Esmira Qulu-zadə açaraq sözü “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjinaya vermişdir. Təlim zamanı İneş Kenjinaya iştirakçılara “Web of Science” bazasına necə daxil olmaq, mövzulara uyğun jurnalları seçmək, məqalələr qarşısında qoyulmuş tələblər, yırtıcı jurnalları və nəşriyyatları necə tanımaq və digər məsələlərlə bağlı informasiyanı iştirakçıların nəzərinə çatdırmışdır. Məruzəçiyə verilmiş suallar cavablandırılmışdır. İştirakçılar bu cür təlimlərin vacib olduğunu və tez-tez keçirilməsini təklif etmişlər.
İnstitut Yaponiya, Almaniya, Fransa, İspaniya, İtaliya, İsveç, Hollandiya, Danimarka, İsveçrə, Türkiyə, Rusiya və s. ölkələrin 40-dan artıq, həmçinin Respublikanın bir sıra elmi-tədqiqat müəssisələri və universitetləri ilə elmi əməkdaşlıq edir.
Bu il İnstitutda İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəsi ilə "Kvant Kompütinq və Spintronika üçün Qabaqcıl Materiallar" və Almaniyanın Berlin Texniki Universiteti, Böyük Britaniyanın Haddersfild Universiteti və Belarusiyanın Minsk İstilik və Kütlə Dəyişməsi İnstitutu ilə "Neft mənşəli kaustobiolitlərdən alınan nanokarbon materialları əsasında katalizatorların sintezinə və tətbiqinə dair fundamental tədqiqatlar" (İNTERLABCAT) beynəlxalq laboratoriyaları yaradılmışdır.
- 2012-2013- cü illərdə Ukrayna Elmi Texnoloji Mərkəzinin Azərbaycan Hökuməti ilə Tərəfdaşlıq Proqramı çərçivəsində “Development of controlled technology of special synthetic iron- Xüsusi sintetik çuqunun alınmasında idarə olunan texnologiyanın işlənməsi” mövzusu üzrə işlər yerinə yetirilmişdir.
- 2012- ci ildən Moskva Energetik İnstitutunun Milli-Elmi Tədqiqat Universiteti ilə elektrokimya sahəsində elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulmuşdur;
- 2011- ci ildən Misir Ərəb Respublikasının Sahok Universiteti ilə yarımkeçirici nazik təbəqələrin və nanohissəciklərin elektrokimyəvi yolla alınması istiqəmətində (iş 2014-cü ilin sonuna kimi davam etdiriləcək);
- 2010-2012-ci illərdə Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzi (Səudiyyə Ərəbistanı) ilə -“Metanın etilenə və asetilənə katalitik oksidləşdirici konversiyası” və “Qaz hidrat üsulu ilə dəniz suyunun şirinləşdirilmə texnologiyasının işlənib hazırlanması” mövzularında tədqiqat işləri aparılıb və yerinə yetirilmişdir;
- 2008-2012-ci illərdə Türkiyə Cümhuriyyətinin Sakarya Universiteti ilə Məişət tullantıların makro-mikroelement tərkibli birləşmələrin əlavəsi ilə zərərsizləşdirilməsi texnologiyasının işlənib hazırlanması üzrə;
- 2007-2012-ci illərdə İran İslam Respublikası Ali Təhsil üzrə Texniki Mərkəzi ilə kompleks əmələgətirən sintetik və təbii polimerlərlə civə və kadmium ionların sorbsiyası üzrə;
- 2007-2012- ci illərdə Alanya (Türkiyə) Bələdiyyəsi ilə -Bərk məişət tullantıların sızıntı suyunun yerli dolomit və seolit iştirakı ilə təmizlənməsi texnologiyası üzrə;
- 2006-2012- ci illər ərzində Samsun (Türkiyə) Azot fabrikasında fosfat turşusunun Mn, Br mikroelementlərin əlavəsi ilə ekstraksiya istehsalı texnologiyasının təkmilləşdirilməsi;
- 2007-2010-cu illərdə Metalkompleks sorbentlərin sintezi, onların sulfidlərin oksidləşməsi reaksiyalarında tədqiqi və biosensorlar kimi istifadəsi üzrə “Sci Tesh Link” şirkətinin (İsveç), Ruhr Universiteti (Almaniya), Ukrayna MEA-nın Hüceyrə Biologiya İnstitutunun (Lvov), Molekulyar Biologiya və Genetika İnstitutu (Kiyev) və A.Bax adına Rusiya EA Biokimya İnstitutu ( Moskva), alimləri ilə elmi-tədqiqat layihəsi yerinə yetirilmişdir;
- 2005- ci ildə Ukrayna Elmi Texnoloji İnstitutu ilə birlikdə -“ Kiçik güclü klatrat şirinləşdirmə qurğusu” və “Avtonom külək hidrogen stansiyası” mövzuları üzrə araşdırma və tədqiqat işləri aparılmışdır;
- 2003-2006- cı illərdə Lund Universiteti (İsveç), Bohum Universiteti (Almaniya), Moskva Dövlət Universiteti (Rusiya) Rusiya Elmlər Akademiyasının Farmokologiya İnstitutu və Tiflis Dövlət Universiteti (Gürcüstan) alimləri ilə birlikdə daha bir Beynəlxalq İNTAS birliyinin qrantı üzrə elmi- tədqiqat layihəsi yerinə yetirmişlər;
- 1999-cu ildə NATO-nun “Elm sülh naminə” proqramı çərçivəsində Mərmərə Elmi-Tədqiqat (Mərmərə, Türkiyə) və akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu ilə birlikdə qrant almış və “Katalitik seolitlərin sintezi” layihəsi üzrə elmi işlər yerinə yetirilmişdir;
- 1997-2001-ci illərdə Polimer sorbentlərin alınması və sorbsiya proseslərin tədqiqi üzrə Piza Universiteti (İtaliya), Kral Texnologiya İnstitutu, (Stokholm, İsveç), Bremen Universiteti (Almaniya), Rusiya EA-nın Üzvi Sintez İnstitutu və Ural Meşə- Texniki Akademiyası (Rusiya, Yekaterinburq) alimləri ilə birlikdə Beynəlxalq İNTAS birliyinin qrantı üzrə müvəffəqiyyətlə elmi iş yerinə yetirmişdir;
- 1994-1995-ci illərdə Mərmərə Universiteti ilə (Türkiyə) koordinasiya olunmuş liqandların oksidləşdirici dehidrogenləşdirilməsi ;1994-1997- ci illərdə “Heterogen biomimetik sistemdə hidrogen –peroksidlə propilenin əlaqəli epoksidləşməsi və hidroksilləşməsi” mövzusu üzrə ABŞ-ın Soros qrantı üzrə