Metodik material

FÖVQƏLADƏ HALLAR ZAMANI DAVRANIŞ

QAYDALARI 

Bir hadisənin qarşısını almaq, o baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır.

Heydər Əliyev 

Bu bir yaddaş kitabçası olaraq, ehtimal olunan fövqəladə hallarda fəaliyyət, ilk tibbi yardım və təhlükəsizlik qaydaları üzrə məlumatlar toplanmışdır.

Yaddaş kitabçası, bu sahədə çalışan mütəxəssislər, habələ struktur və təşkilatlarda rəhbər heyətə tədris vəsaiti və tanış olmaq istəyən oxucular üçün nəzərdə tutulub.

Mülki müdafiə haqqında Azərbaycan Respublikasının

QANUNU

Maddə 1. Mülki müdafiənin əsas anlayışları

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:

1. Mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.

2. Mülki müdafiə sistemi — mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur.

3. Fövqəladə hadisə — insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.

4. Fövqəladə hadisələrin qarşısının alınması — fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunması, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən tədbirlər sistemidir;

5.  Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması — insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı həyata keçirilən qəza-xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərdir.

 

Mmaddə 2. Mülki müdafiə haqqında qanunvericilik.

Mülki müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

 

Maddə 5. Mülki müdafiənin məqsədi

Mülki müdafiənin məqsədi aşağıdakılardır:

1. fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi;

2. fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması;

3. fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması.

 

Maddə 7. Mülki müdafiə sahəsində hüquqi şəxslərin vəzifələri 

Mülki müdafiə sahəsində mülkiyyət formasından asılı olmayan hüququ şəxslərin aşağıdakı vəzifələri vardır:

1) iqtisadi və sosial inkişaf proqramlarında mülki müdafiə sahəsində zəruri tədbirləri nəzərdə tutmaq və həyata keçirmək;

2) işçilərin (təhsil alan şəxslərin) fövqəladə hadisələrdən müdafiəsi üzrə tədbirləri maliyyələşdirmək;

3) fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatı yaratmaq;

4) fövqəladə hadisələr haqqında yerli xəbərdarlıq sistemini yaratmaq və onu daim saz vəziyyətdə saxlamaq;

5) işçiləri (təhsil alan şəxsləri), habelə bilavasitə yaxınlıqda yerləşən ərazidə yaşayanları, baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində xəbərdar etmək, insanları təhlükəsiz yerə köçürmək;

6) mülki müdafiə planlarına uyğun olaraq mövcud qüvvə və texnika ilə ilkin qəza-xilasetmə işlərini təşkil etmək və həyata keçirmək.

Hüquqi şəxslərin mülki müdafiə tədbirlərində iştirakı, fövqəladə hadisələrdən müdafiə olunma vasitələri ilə onların təminatı qaydasını, formasını və şərtlərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 8. Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının vəzifələri 

Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı vəzifələri vardır:

1) mülki müdafiə sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etmək;

2) fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bacarmaq;

3) fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənmək və bilmək;

4) fövqəladə hadisələr zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək;

5) ilk tibbi yardım göstərilməsi qaydalarını öyrənmək və onu tətbiq etməyi bacarmaq;

6) mülki müdafiə işarələrini bilmək və onlara uyğun hərəkət etmək;

7) baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində müvafiq dövlət orqanlarına və qonşulara məlumat vermək;

8) mülki müdafiə sahəsində onlara tapşırılmış vəzifələri vicdanla yerinə yetirmək.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər Əliyev.

Bakı şəhəri, 30 dekabr 1997-ci il.

№ 420-IQ.

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin

Mülki müdafiənin təmin edilməsi haqqında 193 №-li

Qərarı

 

IV. İşçilərə və işləməyən əhaliyə mülki müdafiə biliklərinin öyrədilməsi

 

4.1. İdarə, müəssisə, təşkilat və digər obyektlərdə işləyən, lakin mülki müdafiə dəstələrinin, xidmətlərinin heyətinə cəlb olunmayan əhaliyə mülki müdafiə bilikləri hər il iş yerində, istehsalatdan ayrılmadan öyrədilir. Bu əhali qrupu üçün hazırlığın aşağıdakı növləri müəyyən edilir:

4.1.1. mülki müdafiə məsələlərini müstəqil surətdə öyrənmək və hər ay sex, sahə, şöbə və digər bölmə rəhbərlərinin keçirdiyi MM məşqlərində iştirak etmək;

4.1.2. tədris qrupunun tərkibində, xüsusi hazırlanmış qrup rəhbərlərinin, yaxud bilavasitə öz rəhbərinin başçılığı ilə müntəzəm məşğələ keçmək.

4.2. Obyektin ştatlı mülki müdafiə işçiləri belə məşğələ rəhbərləri ilə və ya təlimatçılarla tədris ilinin əvvəlində bir iş günlük metodik toplanış keçirirlər. Ştatlı mülki müdafiə işçiləri olmayan obyektlərdə belə toplanışlar zona, şəhər, rayon mülki müdafiə icra orqanlarında və kurslarında təşkil edilir.

4.3. İstehsalat və xidmət sahələrində işləməyən əhaliyə mülki müdafiə bilikləri yaşayış yerlərində, kütləvi informasiya vasitələrinin, mənzil idarələrində yerli icra hakimiyyəti orqanlarının yaratdığı məsləhət məntəqələrinin yardımı ilə müstəqil surətdə və təsərrüfat müəssisələrində, mənzil istismarı orqanlarında keçirilən əməli məşğələlərə, MM məşqlərinə cəlb edilməklə öyrədilir.

 

Azərbaycan Respublikasının Baş Naziri

Artur Rəsi-zadə.

Bakı şəhəri, 25 sentyabr 1998-ci il.

I. ZƏLZƏLƏ VƏ ONA QARŞI MÜHAFİZƏ ÜSULLARI

 

Zəlzələ zamanı və ondan sonra hər bir vətəndaş özünümüdafiə məqsədilə düzgün hərəkətlərə dair biliyə malik olmalıdır. Belə vəziyyətlərdə ən böyük prioritet insanların təhlükəsizliyidir.

Azərbaycan Respublikasının ərazisi dünyanın seysmik cəhətdən ən aktiv qurşaqlarından biri olan Alp-Himalay qırışıqlıq qurşağının mərkəz hissəsində yerləşir.

Dünya təcrübəsi göstərmişdir ki, əhalinin zəlzələ təhlükəsizliyi yalnız seysmik xidmət sahəsində çalışan mütəxəssislərin keyfiyyətli işindən asılı deyildir. Ümumiyyətlə, bu sahədə görülən işlərin səviyyəsindən, yəni əhalinin zəlzələ haqqında olan biliyindən və onların psixoloji cəhətdən bu hadisəyə nə dərəcədə hazır olmalarından asılıdır. Zəlzələyə məruz qalan ərazilərdə əhalinin təhlükəsizliyi, müəyyən mənada ən çox elə onların özlərindən asılıdır.

Yeraltı təkanlar bina və qurğuları silkələdikcə daş və kərpiclərin, şüşə qırıntılarının və ev əşyalarının tökülməsinə, divar və tavanların dağılmasına və s. səbəb olur ki, bu da insanların xəsarət alması ilə nəticələnir. Təcrübə göstərir ki, əksər hallarda insanlar ləng tərpəndiklərinə görə binanın silkələnməsi zamanı tavandan, divardan və s. tökülən əşya və qırıntılardan xəsarət alırlar.

Beləliklə, zəlzələ ilə harada və nə vaxt üzləşəcəyinizdən asılı olmayaraq aşağıdakıları bilmək və yadda saxlamaq vacibdir:

Zəlzələyə hazırlıq mərhələsi

Hər bir insan evdə, işdə, kinoda, teatrda, nəqliyyatda və küçədə olan zaman özünü necə aparmaq qaydalarını, eləcə də edə biləcəyi və etməli olduğu hərəkətləri bilməlidir. Hazırlıq işlərinin bir necə gün ərzində aparılması qeyri-mümkündür. Lakin bu istiqamətdə atılan hər bir addım çox vacibdir.

Zəlzələyə hazırlıq mərhələsində bütün ailə üzvlərinin iştirakı ilə yığıncaq keçirilməli, zəlzələdən əvvəl aparılacaq hazırlıqlar, zəlzələ vaxtı və ondan sonra görüləcək işlər müzakirə olunmalıdır. Bu zaman mənzilin hər bir otağı nəzərdən keçirilməli və zəlzələ zamanı hansı əşyaların uçaraq, aşaraq və ya sürüşüb düşərək təhlükə yarada biləcəyi müəyyən edilməlidir. Ailə üzvlərinin yatdığı, yemək yediyi və işlədiyi otaqlar nəzərdən keçirilməli, görülməli işlər siyahıya alınmalı və yarana biləcək təhlükə əvvəlcədən tam aradan qaldırılmalıdır.

 

Yadda saxlayın:

- mənzildə yuxarıda yerləşdirilmiş ağır əşyalar ən qısa boylu ailə üzvünün boyundan aşağı bir yerə endirilməlidir;

- mebellər (mətbəx şkafları da daxil olmaqla) divara kip şəkildə bərkidilməli, zəlzələ zamanı mebel və mətbəx şkafının qapılarının açılmaması üçün onlar qıfıllanmalı və ya kilidlənməlidir;

- ağır əşyalar, qaz balonları və suqızdırıcılar möhkəm bərkidilməlidir;

- pəncərənin qarşısında yerləşən yataq mebellərinin yerləri dəyişdirilməlidir;

- işıqlandırma avadanlıqları tavana möhkəm bərkidilməlidir;

- divarlara asılan çərçivələr vintlə möhkəm bağlanmalıdır;

- təhlükəli (zəhərli, yana və partlaya bilən)  maddələrə nəzarət edilməli və etibarlı yerdə saxlanılmalıdır.

 

Vacib sənədlər

Fəlakətdən sonra evinizə bir müddət girə bilməyəcəyinizi nəzərə alaraq vacib sənədlərin (doğum haqqında şəhadətnamə, vəsiyyətnamə, şəxsiyyət vəsiqəsi, diplom, pasport, kredit kartı və digər lazım bildiyiniz sənədlər) itməməsi üçün onların surətləri əvvəlcədən çıxardılmalıdır.

Qeyd edilən sənədlərin sürətlərini yaşadığınız yerdən kənarda, digər regionda yaşayan qohumlarınızda və ya münasib bildiyiniz sukeçirməyən torbada, çantada, həmçinin avtomobillərin baqajında (arxa yük hissəsində) saxlaya bilərsiniz.

 

Su və Yemək

Bu su içmək, yemək hazırlamaq, diş yumaq, az miqdarda qab yumaq üçün sərf olunmalıdır. Yığılan su ehtiyatının qabı şüşədən olmalı, ağzı kip bağlanmalı və günəş şüalarının birbaşa düşdüyü yerdən kənarda saxlanılmalıdır.Zəlzələ zamanı su boruları sıradan çıxa bilər. Bu da insanların susuz qalması ilə nəticələnər. Bunun qarşısını almaq üçün zəlzələdən sonra (bir adam üçün gün ərzində 4 litr) su ehtiyatı yığmaq lazımdır.

Su qədər ərzaq məhsulları da insanların gündəlik tələbatını ödəmək üçün vacib hesab olunan şərtlərdən biridir. Bir insan üçün 3 günlük ərzaq tədarükü olmalıdır. Ərzaq tədarük etdikdə əsasən onun kalorisinə və daha uzun müddət saxlanılmasına diqqət yetirmək lazımdır. Ərzaq quru və qaranlıq yerdə saxlanılmalıdır.

 

Lazımı avadanlıqlar

Zəlzələdən sonra çıxış yolunu tapmağa çalışarkən əllərinizi və ayaqlarınızı qorumalısınız. Bunun üçün çarpayınızın yanında fənər, iş əlcəyi, ayaqqabı saxlamalısınız. Bütün bu əşyaları plastik torbada çarpayınızın yanında elə bir yerdə saxlayın ki, zəlzələni hiss etdiyiniz anda əliniz çata bilsin.

 

Təhlükəsiz yer seçin

Zəlzələ təhlükəsi ehtimal olunan məkanda ilk öncə təhlükəsiz yerləri müəyyən etməlisiniz. Pəncərə və aynabəndin yanından, asılı olan böyük və ağır işıqlandırma vasitələrindən, aşma ehtimalı olan və yanğına səbəb ola biləcək əşyalardan kənarda dayanın.

Özünüzü qorumaq üçün gizlənə biləcəyiniz daha təhlükəsiz yerləri (möhkəm masanın altı, kreslo, divan və ya yatağınızın küncü, ara divarların yanı) müəyyən edin:

- təhlükəsiz bir yer tapıb diziniz üstə yerə oturun;

- başınızı və boynunuzu qoruyacaq şəkildə bağlayın;

- möhkəm bir yerdən tutun;

- dərindən nəfəs alaraq sakitləşməyə çalışın;

- yeraltı təkan keçənə qədər yerinizdən tərpənməyin.

Əgər hər hansı bir məkandasınızsa: dayanıqlı bir masanın, ya da ki, hər hansı bir əşyanın yanına və ya altına çökün. Sizə xəsarət verə biləcək şüşələrdən kənarda dayanın. Yeraltı təkan keçənə qədər gözləyin və çölə qaçmayın.

Əgər çöldəsinizsə: üzərinizə düşə, tökülə biləcək əşyalardan, elektrik kabellərindən və ağaclardan qorunmaq üçün açıq bir sahəyə gedin.

Əgər avtomobilin içindəsinizsə: avtomobili  açıq sahəyə sürün və orada təhlükə sovuşanadək gözləyin. Körpülərdən, alt keçidlərdən və elektrik dirəklərindən uzaq olun.

Əgər dar bir küçədəsinizsə:  belə küçələrdə təhlükəsiz yerlər çox azdır. Düşən əşyalara diqqət yetirin. Binaların içi çölündən daha etibarlı ola bilər.

 

Görüş yeri

Bəzi hallarda zəlzələ baş verdikdə ailə üzvlərinin hamısı bir yerdə olmur. Bunu nəzərə alaraq görüş yerinizi əvvəlcədən təyin edin ki, bir-birinizi harada tapa biləcəyinizi fikirləşməyəsiniz.

Təyin etdiyiniz yer bina və qurğulardan aralı, açıq sahədə olmalıdır. Ayrı-ayrı yerlərdə olarkən ailə üzvlərinizi xəbərdar etmək məqsədilə məlumat verə biləcəyiniz və bundan yalnız ailə üzvlərinizin xəbər tuta biləcəyi yerləri müəyyən edin.

 

Təxliyə yolları

Zəlzələ baş verdiyi anda sakit olmağa çalışın:

- pilləkənlərə və ya çıxışlara qaçmayın;

- balkona çıxmayın;

- balkondan və ya pəncərədən tullanmayın;

- liftdən istifadə etməyin.

Olduğunuz yerdən asılı olaraq mənzil, təhsil ocağı, zavod, müəssisə və s. obyektlərdə əvvəlcədən qısa və təhlükəsiz çıxış yollarını, həmçinin ilk təkandan sonra yaranan qısa vaxt ərzində ağlınıza gələn çıxış (arxa qapı) yollarını müəyyən edin. Çıxış yollarında maneə yarada biləcək hər hansı bir əşya (qapı arxasında bükülmüş xalça, tozsoran, ütü masası və s.) vardırsa, onu kənara çəkin.

Zərurət olmadan telefondan istifadə etməyin.

Zəlzələdən sonra telefon kömək çağırmaq üçün açıq olmalıdır. Lakin çox vaxt həddindən artıq yüklənmə nəticəsində telefonlara zəng çatmır, həm ev, həm də mobil operatorlar məşğul olur. Mobil telefon şəbəkəsinin çox zəif tutmasına baxmayaraq zəlzələ zamanı mobil telefonun SMS xidmətindən istifadə edərək qısa mesaj göndərmək mümkündür. Bunu nəzərə alaraq başqa ölkədə yaşayan tanışlarınızla əlaqə saxlayın və bu insana sizə yaxın olan qohum və dostlarınızın nömrəsini verin.

Sağlamlığınızla bağlı hər hansı bir məsələ xaricində telefondan istifadə etməyin. Çünki telefon xətti məşğul olacaq və köməyə ehtiyacı olan insanlara xidmət edə bilməyəcəkdir. Ola bilsin ki, bu zaman kiminsə köməyə ehtiyacı vardır.

Telefonun dəstəyi kənara düşmüşdürsə, onu telefonun üzərinə qoymaq lazımdır ki, işlək vəziyyətdə olan telefonla rabitəçilər əlaqəni tezliklə yarada bilsinlər.

 

Təbii qaz və qaz balonlarından sızma

Zəlzələdən sonra yanğın ciddi təhlükə yarada bilər. Ən böyük təhlükə qaz sızmasıdır. Qaz sızma ehtimalına qarşı çox diqqətli olun. Əgər qaz iyi gələrsə operativ şəkildə qaz açarını bağlayın, pəncərələri və qapıları açıb binanı dərhal tərk edin.

 

Zəlzələnin nəticələrinin ləğvi

Zəlzələ nəticəsində baş verən uçqun və dağıntıların ləğvi, eləcə də uçqun altında qalmış insanların xilas edilməsi məqsədilə xüsusi və peşəkar hazırlığı olan xilasedicilərin köməyindən istifadə olunmalıdır.

Bu zaman şəraitdən asılı olaraq ən az zəhmət tələb edən və asan üsul seçilməlidir. Uçqun altında qalmış insanların xilas edilməsinə uçmuş sahənin ya üst və yaxud yan tərəfindən sökmək işlərini aparmaqla başlamaq lazımdır.

Mənbəə:

FHN Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsi

 

II. YANĞIN TƏHLÜKƏSİZLİYİ ÜZRƏ

TƏLİMAT

 

1. Ümumi   müddəalar.

 

1. Yanğından müdafə sistemi texniki, konstruktiv, yanğın əlehinə tədbirlər və ilkin yanğınsöndürən avadanlıqlarla təchizdən ibarətdir.

2. Yanma prosesi böyük miqdarda istiliyin, alovun, ərimənin, işığın və tüstünün ayrılması ilə müşayət olunur.

3. Yanğın əlehinə tədbirlərin səmərəliyi yanma prosesi haqqında biliyə və necə fəaliyyət göstərməkdən çox aslıdır.

4. Yanğın baş verməsi üçün aşağıdakı şəraitin olması kifayətdir: a) yanan maddələr,      b) yanma mühiti, c) yandırma mənbəyi. Bu üç amildən biri olmadıqda yanğın baş verə bilməz.

5. Yanğın baş verməsi üçün mütləq onu törədə bilən mənbə olmalıdır. Bu açıq alov, elektrik enerjisindən qısa qapanma, qızdırıcı cihazlardan ayrılan istilik, mexaniki yolla əmələ gələn qığılcım, şimşək, öz-özünə alışan maddələr ola bilər.

6. Yanğın əlehinə tədbirlərin əsasını yanğın törədə biləcək mənbənin aşkar edilməsi və onun zərərsizləşdirilməsidir.

7. Maddələrin aqreqat halından aslı olaraq yanğınlar 5 sinfə bölünür:

A - bərk maddələrin yanğını (əsasən təbii mənşəyli maddələr-taxta kağız, tekstil və s.);

B - yanan mayelərin və əriyən bərk maddələrin yanğını;

C - qazların yanğını;

D - mettaların, tərkibində metal olan maddələrin yanğını; 

E - elektrik qurğularında baş verən yanğınlar.

8. Yanğının söndürülməsi dedikdə - bu yanğın zonasında yanğınsöndürən vasitələrlə (mexaniki, fiziki, kimyəvi) yanğına fəal təsir göstərilməsi başa düşülür.

9. Yanğının ilkin başlanma anında ilkin yanğınsöndürmə vasitələri ilə (məs: odsöndürən, keçə və s.) qısa müddətdə onun böyük əraziyə yayılmasının qarşısının alınmasına və söndürülməsinə nail olmaq olar.

10. Yanğından müdaifə olunmaq üçün ilk növbədə yanğın təhlükəsizliyi qaydalarına əməl etmək lazımdır.

11. Yanğın təhlükəsizliyi qaydaları - bu yanğın təhlükəsizliyini və tələblərini gözləməyi təyin edən kompleks tədbirlərdir.

 

2. Yanğın partlayış təhlükəsizliyini təmin edən tədbirlər.

 

2.1. Bütün obyektlər, sahələr, qurğular, iş yerləri, təmiz və səliqəli vəziyyətdə saxlanılmalıdır.

2.2. İdarənin obyektlərinin, otaqlarının tez alışan mayelərlə, zibillərlə, sənaye tullantıları ilə çirkləndirilməsinə yol verilmir. Obyektlər yanan tullantılardan, zibillərdən, qurumuş otlardan təmizlənməli, yanan mayelər tökülmüş sahələr təmizləndikdən sonra həmin yerlərə qum səpilməlidir.

2.3. Yanğın qidrantlarına su hovuzlarına, yanğın əlehinə avadanlıqlara aparan yolları, keçidləri xammal, material və avadanlıqlarla bağlamaq olmaz.

2.4. Qidrantların yanında onların harada yerləşməsini təyin etmək üçün sxem asılmalıdır. Gecə vaxtı bu sxemlər işıqlandırılmalıdır.

2.5. Qidrantlara, su hovuzlarına aparan yollar bərk örtüyə (asfalt, daş) və müəyyən qədər mailliyə (suyun yığılmaması üçün) malik olmalıdır.

2.6. Ancaq əvvəlcədən yanğın xidməti ilə razılaşdırılıqdan sonra su xətlərinin ayrı-ayrı hissələrini, yanğın qidratlarını, su kranlarını bağlamaq və ya su xəttində təzyiqi aşağı salmaq olar.

2.7. Obyektlərə aparan yolların, keçidlərin hər hansı bir səbəbdən bağlanılmasına, səbəblərini, dəqiq təmir  vaxtını göstərməklə yanğın mühafizə xidməti ilə razılaşdırıldıqdan sonra icazə verilir.

2.8. Obyektlərə aparan yolların qazılması zamanı yanğın avtomobillərinin hərəkətini təmin etmək üçün yolun ən azı 3,5 metrini saxlanılmalı, əgər yol tamam qazılarsa xəndəyin üzərində körpü düzəldilməlidir. Əgər bunları etmək mümkün olmazsa onda obyektə qədər başqa istiqamətlərdən eni ən azı 3,5m olan yol düzəldilməlidir.

2.9. Yanğına və partlayışa həssas olan obyektlərdə, sexlərdə, otaqlarda və onların ərazilərində siqaret çəkmək qadağandır. Belə yerlərdə “Siqaret çəkmək qadağandır” xəbərdar edici nişanı asılmalıdır.

2.10. İdarənin və onun obyektlərinin ərazisində tonqal və quru otların yandırılmasına icazə verilmir.

2.12. Yanğına həssas olan yerlərə daxıl olan avtonəqliyyat vasitələrinin tüstü boruları qığılcımsöndürənlərlə təmin olunmalıdır.

2.13. Yağ, benzin, ağ neft, alışan mayelər hopmuş silgi materialları qapağı olan dəmir qutulara yığılmalı və qapağı bağlanılmalıdır. İş gününün sonunda həmin qutu yanğına həssas olmayan yerə aparılmalı və həmin silgi materialları basdırılmalı və ya yandırılmalıdır. (obyekt rəisinin əmri və yanğın mühafizəsi ilə razılaşdırıldıqdan sonra).

2.14. Sürtkü materialları istehsalat sahələrində bir günlük təlabat qədər  qapağı olan və kip bağlanan dəmir qutularda dəmir şkafda saxlanılmalıdır.

2.15. Ehtiyat sürtkü-yanacaq materialları daxili yanacaq mühərrikləri işləyən qurğulardan ən azı 20 metr məsafədə yerləşdirilməlidir.

2.16. Obyektlərin yanmaya həssas olan hissələri oda davamlı rənglə (kraska) rənglənməli və ya yanmayan maddələr hopdurulmalıdır.

2.17. İş paltarı (xüsusi paltarlar) onlara ayrılmış xüsusi otaqlarda fərdi şkaflarda saxlanılmalıdır. Paltarların cibində yağlı əsgilər, silgi materialları saxlamaq qadağandır.

2.18. Neft sürtkü yağları hopmuş iş paltarlarını qurutmaq üçün onları radiatorun üstünə qoymaq, elektrik və ya qaz peşələrinin yanından asmaq qadağandır. 

2.19. Benzin və tezalışan mayelərlə döşəmələri, divarları, avadanlıqları silmək, paltarları yumaq qadağandır.

2.20. Yanğın baş verən zaman yanğın hissəsinə zəng etmək üçün, hər bir telefon aparatının yanında yanğın hissəsinin telefon nömrəsi yazılan cədvəl asılmalıdır.

2.21. İdarə rəhbərinin əmri ilə “Yanğın təhlükəsizliyi qaydalarına” uyğun olaraq yanğın əlehinə iş rejimi tətbiq edilməlidir, o cümlədən:

- yanğın əlehinə təlimat və yanğın texniki minimum məşğələrinin keçirilməsi qaydaları və bu işlərin görülməsi üçün məsul şəxsin təyini;

- yanğın zamanı işçilərin özlərini necə aparmaq  qaydaları  təyin etmək;

- odlu və digər təhlükəli yanğın və partlayış törədə bilən  işlərin görülməsi qaydaları;

- alışan tullantıların silgi materiallarının yığışdırılma qaydaları;

- siqaret çəkmək üçün yerin təyin olunması;

- iş qurtardıqdan sonra iş yerinə baxışın keçrilməsi və yağlı, xüsusi geyimlərin saxlanılması qaydaları;

- elektrik xətlərində yanğın baş verən zaman elektrik avadanlıqlarının şəbəkədən ayrılması qaydaları.

2.22. Yanğının yayılmasının qarşısını almaq üçün aşağıdakı tədbirləri görmək lazımdır:

- yanğın əlehinə çəpərlər qoyulmalı;

- qəza zamanı avadanlıqlarln dayandırılması və söndürülməsi qurğularının tətbiq 
edılməsinin nəzərdə tutmaq;

- odsöndürən qurğuları və avadanlıqları tətbiq etmək.

2.23. Yanğın söndürən vasitələr, texniki yanğın qurğuları və invertarlar tam komplektləşdirilməli və yanğını söndürməyə hazır vəziyyətdə olmalıdır.

Bunun üçün:

- keçə və asbest ağzı bağlı dəmir yeşiklərdə saxlanılmalı və  3 ayda ən az bir dəfə tozdan təmizlənməli və qurudulmalı;

- qum saxlanılan yeşiklərin konstruksiyası  elə olmalıdır ki, yeşiyin ağzı bağlanan zaman otmosfer çöküntüləri (yağış, qar) onun içərisinə keçməsin;

- yeşiklərdə olan qumu vaxtaşırı yoxlamaq, lazım gələrsə onu ələmək və qurutmaq lazımdır. Hər qum qutusunun yanında bel olmalıdır;

- yanğın şlanqları quru vəziyyətdə saxlanılmalı, yaxşı bükülməli, krana və lüləyə birləşən vəziyyətdə olmalıdır;

- qol və kran şkafda yerləşdirilməli, şkaf isə blomlanmalıdır.

- ildə iki dəfə kranlarda olan daxili təzyiq yoxlanılmalı, yoxlamanın nəticələri isə xüsusi jurnalda qeyd olunmalıdır;

- bütün istehsalat binaları və qurğuları yanğına və partlayış-yanğına həssas kateqoriyalara bölünməli, həmçinin onların yanğına partlayışa həssasıq sinfi göstərilməlidir.

- yanğına həssas tikililərin, avadanlıqların yanında standart təhlükəsizlik nişanları olmalıdır.

2.24. Yanğının baş verməməsinin qarşısını almaq üçün operativ sürətdə aşağıdakı tədbirləri görmək lazmdır:

- yanğın sinfinə uyğun olaraq odsöndürənlərlə təchiz edilməli;

- normalara uyğun odsöndürənlər ehtiyyatına (köpüklü, qazlı, tozlu və s.) malik olmalı;

- yanğın  təhlükəsizlik qaydalarına riayət etməklə,  yanğının baş verməsinə  yol verməməli.

 

3. Yanğın baş verən zaman rəhbər və cavabdeh şəxslərin hərəkətləri

 

3.1. Yanğın baş verən zaman rəhbər və yanğın təhlükəsizliyinə cavabdeh şəxs öz vəzifə borclarını əmək mühafizəsi, yanğın  təhlükəsizliyinin normativ aktlarına və tələblərinə uyğun yanğınsöndürmə işlərini təşkil etməli, insanları və əmlakı xilas etmək üçün tədbirlər görməlidirlər.

3.2. Yanğından mühafizə qaydalarına uyğun olaraq yanğın baş verən zaman hər bir işçi aşağıdakı tədbirləri görməlidir:

- təcili telefonla yanğın baş verməsi barədə yanğından mühafizə xidmətinə xəbər verməli;

- insanları evakuasaiya etmək, yanğını söndürmək, qiymətli malları xılas etmək üçün tədbirlər görməli:

3.3. Yanğin baş verən yerə gələn idarə rəhbərinin borcudur:

- telefonla yanğından mühafizə xidmətinə təkrar zəng edib yanğının baş verməsini xəbər verməli, yuxarı (tabeçiliyində olduğu) təşkilata zəng edib yanğın barədə məlumatlandırmalıdır;

- insanların həyatı üçün təhlükə yaranarsa bütün qüvvə və vasitələri onların həyatını xılas etməyə yönəltməlidir;

- lazım gələrsə elektrik enerjisini kəsmək, nəqliyyat vasitələrinin işini dayandırmaq, aqreqatları, aparatları, komunikasiyaları (su, buxar, qaz) bağlamaq, ventilyasiya qurğuları yerləşən yerdə yanğın baş verərsə onun işini dayandırmaq, yaxınlıqda olan otaqlara yanğının yayılmaması üçün tədbirlər görmək;

- yanğının söndürülməsi ilə əlaqəsi olmayan bütün işləri dayandırmalı;

- yanğın söndürülməsində iştirak etməyən bütün işçiləri yanğın zonasından uzaqlaşdırmalı;

- yanğın söndürənlər gələnə qədər yanğınsöndürmə işlərinə ümumi rəhbərlik etməli;

- yanğının söndürülməsində iştirak edən bütün işçilərin təhlükəsizlik tələblərinin qorunmasını təşkil etməli;

- yanğının söndürülməsi ilə bərabər qiymətli  avadanlıqların xilas edilməsini təşkil etməli;

- yanğın söndürənlərin  qarşılanmasını, yanğın mənbəyinə qısa yolun seçilməsini təşkil etməli;

3.4. Bölmə rəhbərlərinin (şöbə, laborotoriya və s.) və digər rəhbər işçilərin yanğın baş verən yerə gəldikdə borcudur:

- yanğın söndürmə işləri ilə məşğul olmayan işçiləri binadan və ya təhlükəli zonadan çıxarmalı;

- insanların həyatı üçün təhlükə yaranarsa onların həyatını xilas etmək üçün bütün imkan və vasitələrdən istifadə etməli;

- yanğın söndürülməsi ilə əlaqəsi olmayan bütün işləri dayandırmalı;

- lazım gələrsə tibbi xilasedici xidmətini çağırmalı;

- elektrik enerjisinin (evakuasiya yollarının işıqlandırılması istisna olmaqla) verilməsini, nəqliyyatın hərəkətini, komunikasiya və hava tənzimləyici qurğuların fəaliyyətini dayandırmalı, yanğının yayılmasının qarşısının almaq üçün tədbirlər görməli;

- yanğının söndürülməsində iştirak edən işçilərin zəhərlənmədən, tikililərin dağılmasından (uçmasından), yanmadan və başqa təhlükəli amillərdən qorunmasını təşkil etməli.

 

4. Yanğın  zamanı insanların təhlükəsizliyini təmin etmək.

 

4.1. Hər bir obyekdə yanğın baş verən anda insanların məlumatlandırma sistemi olmalıdır.

4.2. Yanğın baş verəndə bütün insanların istehsal, idarə və digər binalardan evakusiyası təmin olunmalıdır.

4.3. İnsanları təhlükəsiz evakuasiya etmək üçün aşağıdakı tədbirlər görülməlidir:

- evakuasiya yollarının, ölçülərini, tikinti konstruksiyalarını və sayının məyyən edilməsi; 

- evakuasiya yolları ilə insanların təhlükəsiz hərəkət etməsini təmin etmək;

- lazım gələrsə insanların evakuasiya yolları ilə hərəkətini səs, işıq və ya başqa xəbərdarlıq edici siqnallar (işarələr) vasitələrlə təşil etməli.

 

5. İlkin yanğınsöndürən vasitələr.

 

5.1. Köpük yanğınsöndürənləri: Köpük yanğınsöndürənlərdən qələvi metallar və gərginlik altında olan elektrik qurğuları istisna olmaqla müxtəlif maddələri və materialları söndürmək üçün istifadə olunur.

5.2. Toz halında olan yanğınsöndürənləri: Toz halında olan yanğınsöndürənlərdən neft məsullarında, 1000v qədər gərginlik altında olan elektrik qurğularında, metallarda və nəqliyyatda baş verən yanğınları söndürmək üçün istifadə olunur.

5.3. Daxili yanğın kranları: Daxili yanğın kranlarından bərk materialların və yanan mayelərin söndürülməsində su vermək üçün istifadə olunur. Daxili yanğın kranı iki nəfər işçi tərəfindən işə salınır. İşçilərdən biri elastiki borunu (yanğın şlankını) açıb yerə uzadır və  yanan yerə su vermək üçün yanğın dayağını əlində hazır saxlayır. İkinci işçi borunun daxili kranın atqı lüləsinə birləşməsini yoxlayır və suyun elastik boruya daxil olması üçün siyirtməni açır.

5.4. Keçə-Kaşma yanğınsöndürənləri: Keçə-Kaşma yanğınsöndürənlərindən çox da böyük olmayan yanğın mənbələrində havanın (oksigen) daxil olmasının qarşısını almaq üçün istifadə olunur.

5.5. Qum: Qumdan alovu mexaniki surətdə qapamaq, yanan və ya közərən materialları ətrafdakı havadan təcrid etmək üçün istifadə olunur.

 

III. ELEKTRİK QURĞULARININ İSTİSMARI ZAMANI ƏMƏYİN MÜHAFİZƏSİ

 

1. Təhlükəsizliyin  ümumi  tələbləri.

 

1.1. 1000 volta qədər elektrik qurğularını istismar etməyə buraxılan şəxs tibbi baxışdan keçməli, bu zaman əks göstəriciyə malik olmamalı və iş yerində təlimat keçməlidir. Elektrotexniki qurğularının istismarına buraxılan şəxslərin elektrik təhlükəsizliyi üzrə bilik səviyyələri yoxlanmalı və bu yoxlanılma mütləq şəkildə “İşçilərin biliklərinin yoxlanmasının qeyd olunması” jurnalında qeyd olunmalıdır.

1.2. Elektrotexniki qurğuların istismarına buraxılan şəxs  İdarənin daxili əmək qaydalarını gözləməli, müəyyən olunmuş iş və istirahət rejimlərinə əməl etməlidir.

1.3. 1000 volta qədər olan elektrotexniki qurğuların istismarı zamanı mümkün ola bilən təhlükəli istehsalat amilləri aşağıdakılardır:

1.3.1. Cərəyan daşıyıcı hissələrə toxunma zamanı elektrik zədələnməsi;

1.3.2. Torpaqlama və ya izolyasiya ilə əlaqədar olan amillər.

1.4. 1000 volta qədər elektrik qurğularının istismarı zamanı aşağıdakı fərdi mühafizə vasitələrindən: dielektrik əlcək, dielektrik xalça, gərginlik ölçən cihaz, izolyasiyası olan alətlərdən istifadə edilməlidir.

1.5. 1000 volta qədər elektrik qurğularını istismar edən şəxs, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməli, ilkin yanğınsöndürmə vasitələrinin həmçinin gərginliyi söndürmək üçün elektrik açarının harada yerləşməsini bilməlidir.

1.6.  Baş vermiş bədbəxt hadisə zamanı xəsarət alan və yaxud hadisənin şahidi bu barədə rəhbərliyinə məlumat verməlidir. Elektrik qurğusunda nasazlıq olduqda işi dayandırmalı, elektrik qurğusunu gərginlik mənbəyindən ayırmalı, iş rəhbərinə məlumat verməlidir.

1.7. Elektrik qurğularını istismar edən personal fərdi mühafizə vasitələrindən istifadə qaydalarını bilməli ona və şəxsi gigiyena qaydalarına əməl etməli, iş yerini təmiz və səliqəli saxlamalıdır.

1.8. Əməyin mühafizəsi qaydalarını pozan və yerinə yetirməyən şəxs müəssisə üzrə daxili əmək qayda-qanunlarına uyğun olaraq  məsuliyyətə cəlb edilir, zərurət yarandıqda əməyin mühafizəsi və normaları uyğun bilikləri yoxlanılır.

 

2. İşə  başlamazdan  əvvəl  təhlükəsizlik  tələbləri.

 

2.1. İstifadə ediləcək elektrik qurğuların xarici səthində zədələnmələrin, nəzarət ölçü cihazlarının, xəbərdaredici səs cihazlarının, açarların və s. olub-olmaması və sazlığı yoxlanılmalıdır.

2.2. Elektrik rozetkalarının qoruyucu qapaqlarının, elektrik açarlarının, elektrik kabellərinin və elektrik çəngəllərinin saz vəziyyətdə olmasına əmin olmaq lazımdır.

2.3. Torpaqlama kabelinin sazlığı yoxlanılmalıdır. 

2.4. İstifadə ediləcək fərdi mühafizə vasitələrinin sazlığı, onlarda xarici zədələnmələrin olub-olmaması yoxlanmalıdır.

 

3. İş  zamanı  təhlükəsizlik  tələbləri.

 

3.1. Elektrik qurğusunun istismar olunma qaydalarına ciddi əməl edilməlidir.

3.2. Hər bir elektrik qurğusunda işə başlamazdan əvvəl qurğu torpaqlanmalıdır. Yerlə əlaqələndirmə bolt birləşməsi və ya qaynaq vasitəsi ilə aparılmalı və tez-tez yoxlanılmalıdır.

3.3. Elektrik qurğusunu gərginlik mənbəyinə qoşmazdan əvvəl ayaq altında dielektrik xalça olmalıdır.

3.4. Yaş və ya nəm əllə elektrik qurğusunu elektrik xəttinə qoşmaq qadağandır.

3.5. Elektrik qurğularının istismar qaydalarına uyğun olaraq, elektrik qurğusu mexaniki zərbədən və aşmadan qorunmalıdır. 

3.6. Fərdi mühafizə vasitələrindən istifadə etmədən elektrik qurğusunun gərginlik altında olan naqillərinə və hissələrinə toxunulmamalıdır.

3.7. Xətlərdə gərginliyin olub-olmaması və gərginliyin nə qədər olması yalnız gərginlik ölçən cihazla yoxlanılmalıdır. 

3.8. İş zamanı elektrik qurğusunun düzgün işləməsi, izolyasiyasının və torpaqlanmasının sazlığı daim nəzarətdə saxlanılmalıdır.

3.9. Növbəti yoxlanılma müddəti ötmüş elektrik alətləri ilə işləmək qadağandır. İnventar nömrəsi və növbəti yoxlanılma müddəti elektrik alətinin gövdəsində göstərilməlidir. 

3.10. Elektrik qurğusunda onun izolyasiyasında, torpaqlamasında nasazlıq baş verərsə iş dayandırılmalıdır. 

3.11. Elektrik qurğusunun cərəyan naqilinindən tutub dartmaq və burmaq, kabelin üzərinə yük qoymaq, mexaniki təsirə məruz qoymaq qadağandır.

3.12. Gərginlik altında olan elektrik qurğusunu cərəyan mənbəyindən ayırmadan qurğudan panelləri və hissələri ayırmaq qadağandır. Bunları etmək üçün elektrik qurğusu söndürülməlidir.

3.13. Elektrik qurğusunun elektrik xətlərinin qızdırıcı vasitələrlə birbaşa təmasda olmasına yol verilməməlidir.

3.14. Gərginlik mənbəyinə qoşulmuş elektrik qurğusunu əllə daşımaq, başqa yerə sürüşdürmək, itələmək olmaz.

3.15. Elektrik cərəyanı kəsildikdə və ya işdə fasilə yarandıqda elektrik qurğusu gərginlik mənbəyindən ayrılmalıdır.

3.16. Elektrik qurğusunun tozunu təmizləməzdən əvvəl qurğu gərginlik mənbəyindən ayrılmalıdır.

3.17. Özbaşına qurğunun elektrik hissələrinin təmir etmək qadağandır.

3.18. Səhhətnizdə hər hansı bir pisləşmə baş verdikdə (ürək döyüntüləri artdıqda, baş ağrıları baş verdikdə və s.) iş dayandırılmalıdır.

 

4. Qəza  vəziyyətində  təhlükəsizlik  tələbləri

 

4.1. Elektrik qurğularında işləyən zaman qurğuda qığılcım baş verdikdə, naqillərin izolyasiyalarında nasazlıq və ya torpaqlama kabelidə qırılma olduqda iş dayandırılmalı və bu barədə iş rəhbərinə məlumat verilməlidir. İş yalnız nöqsan və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra davam etdirilməlidir.

4.2. Qırılıb sallanmış və ya yerə düşmüş elektrik naqili gördükdə ona yaxınlaşmamalı, bu barədə rəhbərliyə məlumat verməli, özün orada dayanıb başqa şəxsləri təhlükə barədə məlumatlandırmalısan.

4.3. Elektrik qurğusunda yanğın baş verdikdə ilk növbədə qurğu elektrik xəttindən ayırmalıdır. Yanğını söndürmək üçün qumdan və karbonlu odsöndürənlərdən istifadə edilməlidir.

4.4. Elektrik cərəyanının vurması ilə əlaqədar bədbəxt hadisələr zamanı ilk növbədə zədələnmiş şəxs gərginlikdən azad edilməli, ona həkiməqədər ilk tibbi yardım göstərilməlidir. Təcili tibbi xidmət çağırılmalı və ya zədələnmiş şəxsi tibb məntəqəsinə göndərilmək üçün tədbirlər görülməlidir. 

 

5. İşin  sonunda  təhlükəsizlik  tələbləri.

 

5.1. Elekrtik qurğusu elektrik xəttindən ayrılmalıdır. Qurğunu rozetkadan ayırma zaman qurğunun elektrik kabeldən tutub dartmaq olmaz.  

5.2. İş yerində səliqə-sahman yaradılmalıdır.

5.3. İstifadə olunan fərdi mühafizə vasitələri yığışdırılmalı, onlar üçün nəzərdə tutulmuş yerlərə qoyulmalıdır.

5.4. Əllər ilıq su və sabunla yuyulmalıdır.

5.5. İş prosesində aşkarlanmış nöqsan və çatışmazlıqlar barədə iş rəhbərinə məlumat verilməlidir.

  

IV. QAZ CİHAZLARINDAN İSTİFAƏ QAYDALARI

 

1. Ümumi tələblər.

1. Ayda bir dəfədən az olmamaq şərti ilə, qaynaq yerlərinin və başqa birləşmələrin texniki sazlığı və qaz şəbəkələrinin kipliyi sabunlu su ilə yoxlanılmalıdır.

2. Qaz sizmasmı aşkar edən işçi təcili bütün qurğuları bağlamalı, iş rəhbərinə xəbər verməlidir.

3. Yanan məşəli və yaxud fitili odluğa salandan sonra qaz buraxılmalıdır.

4. Odluğda qazm kəsilməsi zamanı təcili vintil, kran, surgular bağlanmalıdır.

 2. Qaz cihazlarından istifadə qaydaları

 

1. Qazı alışdırmamışdan 2-3 dəqiqə əvvəl odluqun qapağını açmalı və otağın havası dəyişdirilməlidir.

2. Piltə və sobanı alışdırmamışdan əvvəl qaz odluğuna yanan kağız qoymalı və sonra odluğun açarını (vintelini) azacıq açmalıdır.

3. Qaz yandıqdan sonra qazm verilməsi tənzimləməlidir.

4. Qaz forsunkasını yandırarkən alov sıçrayışı zamanı yanıq yarası almamaq üçün qaz pltəsindən yan dayanılmalıdır..

5. Yandırma qurtardıqdan sonra əvvəlcə qaz şəbəkəsində yoxlama açarını və sonra odluğun açarını bağlamaq lazımdır.

 

Qadağndır:

1. İstifadə olunan qaz cihazı və qurğuları nəzarətsiz qoymaq;

2. Qaz cihazlarından, və odluq qurğularından nasaz halda istifadə etmək;

3. Qaz şəbəkəsində, və qurğularda qaz axınım təyia etmək məqsədi ilə alovdan istifadə etmək.

 

 V. ELEKTRİK QIZDIRICI CİHAZLARDAN İSTİFADƏ ZAMANI TƏHLÜKƏSİZLİK QAYDALARI

 

1. Elektrikqızdırıcı cihazlar yanmayan altlıqlar üzərində yerləşdirilməlidir.

2. Elektrikqızdırıcı cihazları şəbəkəyə qoşarkən elektrik xəttinin və birləşdirici hissələrin (vilka və rozetka) sazlığına əmin olmaq lazımdır.

3. İş vaxtının sonunda elektrikqızdırıcı cihazlar elektrik şəbəkəsindən ayrılmalıdır.

 

Qadağandir:

 

1. Şəbəkəyə qoşulmuş elektrikqızdırıcı cihazları nəzarətsiz qoymaq.

2. Tez yanan maddələri elektrikqızdırıcı cihazların yaxınlığında saxlamaq.

3. Elektrik qızdırıcı cihazları divara yaxın yerdə yerləşdirmək.

4. Elektrokomfortun qızmasmı əl toxundurmaqla yoxlamaq.

 

 VI. BƏDBƏXT HADİSƏLƏR ZAMANI ZƏRƏRÇƏKƏNƏ İLK TİBBİ YARDIM

 

GİRİŞ

 

Bədbəxt hadisələr zamanı zərərçəkənə düzgün ilk tibbi yardımın göstərilməsində naliyyətin qazanılması, köməklik göstərən şəxsin bacarığından, tez və düzgün köməklik göstərməsindən aşlıdır. Bu isə o zaman mümkündür ki, köməklik göstərən şəxs daim öz biliklərini artırsın və ilk tibbi yardım göstərmək üçün məşğələlərdə təcrübə yığsın.
Zərərçəkənə bu işdə mütəxəssis olmayan şəxs tərəfindən göstərilən ilk tibbi yardım, ancaq həkim gələnə qədər ki, yardımdan ibarət olmalıdır.

 

1. Yaralanma zamanı ilk tibbi yardım.

 

İlk növbədə qanaxmanı saxlamaq, yaranı infeksiyadan qorumaq lazımdır. Yaralanma zamanı ilk tibbi yardım göstərən şəxs aşağıdakı qaydalara əməl etməlidir:

a)   ilk tibbi yardım göstərən əllərini sabunla təmiz yumalı və ya barmaqlarını yodla silməli;

b)   yaranı su və dərman maddələri ilə yumaq, yaraya toz dərman tökmək və maz sürtmək olmaz;

c) yarada olan qumu, torpağı və s. yumaq olmaz;

ç) yarada əmələ gəlmiş bərkimiş qam (qasnağı) qopartmaq olmaz.
Yaralama zamanı yaranın üzərinə steril sarğı materialı qoyub sarımaq lazımdır. Əgər hadisə yerində belə ləvazimatlar yoxdursa onda yaranın üzərinə təmiz əl dəsmalı qoyub bağlamaq lazımdır. Əl dəsmalını yaranın üzərinə qoymazdan əvvəl dəsmalın üzərinə bir neçə damcı yod əlavə etmək lazımdır.

 

2. Elektrik cərəyanı ilə zədələnmə zamanı ilk tibbi yardım.

 

Elektrik cərəyanı vuran insanın həyatını xilas etmək çox zaman zərərçəkəni vaxtında cərəyandan azad etməkdən və ilk tibbi yardımın düzgün göstərilməsindən asılıdır. Bu işdə yubanmaq, elektrik cərəyanı vuran adamın Ölümü ilə nəticələnə bilər. Əgər elektrik cərəyanı vuran adam (zərərçəkən) hələ də gərginlik altındadırsa ilk növbədə onu elektrik cərəyanından azad etmək lazımdır. Bu zaman yadda saxlamaq lazımdır ki, elektrik gərginliyi altında olan adama təhlükəsizlik qaydalarına əməl etmədən toxunmaq, köməklik göstərənin özü üçün də təhlükəlidir. Bununla əlaqədar olaraq köməklik göstərən adam, ilk növbədə tez zərərçəkənin elektrik cərəyanı ilə təmasda olan qurğunun cərəyanını söndürməlidir.

Bu zaman aşağıdakıları nəzərə almaq lazımdır:

  • Əgər zərərçəkən hündürlükdədirsə, onun yerə təhlükəsiz düşməsi tədbirlərini görmək.
  • Hadisə havanın qaranlıq vaxtı baş verərsə elektrik qurğuları söndürüldüyündən xəsarət alana köməklik göstərmək üçün başqa işıqlandırma mənbəylərindən (fənər, şam, qəza işıqlandırması, akkumulyator fonarı və s.) istifadə etmək lazımdır.
  • Yadda saxlamaq lazımdır ki, yüksək gərginlikli xətləri (1000 voltdan yuxarı) söndürüldükdən sonra da xəttdə tok ola bilər.
  • Zərərçəkəni elektrik cərəyanından azad etmək üçün quru paltardan, ipdən taxtadan və başqa elektrik cərəyanı keçrirməyən əşyalardan istifadə etmək olar. Bu məqsəd üçün dəmirdən və yaş (nəm) əşyalardan istifadə etmək qadağandır.
  • Zərərçəkəni elektrik cərəyanından azad etmək üçün onun (zərərçəkənin) paltarından o vaxt tutub dartmaq olar ki, paltar quru və bədənindən aralı olsun;
  • Zərərçəkəni elektrik cərəyamnan azad etmək üçün köməklik göstərən adam əlinə dielektrik əlcək geyinməlidir. Əgər bu mümkün deyilsə əlcək yerinə şərfdən, pencəyin, paltonun ətəyindən istifadə etmək olar. Köməklik göstərən adam özünü qorumaq üçün ayağının altına quru taxta, tok keçirməyən əşya (bu özünün üst paltarı da ola bilər) qoymalıdır. Elektrik cərəyanı vuran adamı tokdan azad edən zaman imkan daxilində bir əllə fəaliyyət göstərmək lazımdır.
  • Elektrik cərəyanı vuran adamı elektrik cərəyanından ayırmaq çətinlik yaradarsa cərəyan xəttini balta (sapı taxtadan və quru olmalıdır) və başqa izolyası olan kəsici vasitələrdən istifadə etməklə kəsmək lazımdır.
  • Zərərçəkəni yüksək gərginlikli (lOOOv yuxarı) cərəyandan azad etmək üçün köməklik göstərən adam əlinə dielektrik əlcək, ayağına isə rezin çəkmə geyinməli, bu gərginliyə hesablanmış vasitələrdən istifadə (ştanq və ya kəlbətin) etməlidir. Zərərçəkəni elektrik cərəyanından azad etdikdən sonra əgər o huşunu itirməyibsə onu rahat yerə uzadmalı, üstünü örtməli, həkim gələnə qədər sakit şərait yaradmalı, nəbzinə və nəfəs almasına nəzarət etməlidir.
  • Əgər zərərçəkən huşunu itiribsə, çətin nəfəs alırsa, nəbzi pis vurursa, onda onu düz və rahat yerə uzadmalı, yaxasını açmalı, onu təmiz hava axını ilə təmin etməli, naşatır spirti iylətməli, üzünə su səpməli və tam sakitlik yaradılmalıdır. Əgər zərərçəkənin nəbzi vurmursa, nəfəs almırsa və ya o çox çətin və gec-gec nəfəs alırsa, iflic vəziyyətindədirsə onda ona süni nəfəs verməli və ürəyini masaj etmək lazımdır. Buna zərərçəkənin elektrik cərəyanından azad edilməsindən dərhal sonra başlamalı və həkim gəlincə fasiləsiz davam etmək lazımdır.

 

3. Süni nəfəs vermək üsulları.

 

  •  Daha effektli və əksər hallarda münasib sayılan süni nəfəs vermə üsulu “ağızdan- ağıza” və “ağızdan - buruna” hava verilməsidir.
  •  Orqanizm nəfəs almadıqda ona süni nəfəs verilir. Bu zaman zərərçəkənin ağzını açaraq, əgər ağzında selik maddəsi varsa təmiz burun dəsmalı, və ya tənzif ilə qurutmaq və çıxarıla bilən diş protezlərini çıxarmaq lazımdır.
  •  Zərərçəkəni arxası üstə uzadaraq onun çıxarılması mümkün olan paltarlarını çıxarmaq və başını arxaya əymək lazımdır ki, dili qırtlaq yolunu tutmasın.
  •  Zərərçəkənin burun deşiklərini tıxayıb, dərindən nəfəs alaraq öz ağzınzı tənzifin üstündən onun ağzına bərk sıxın və sinəsi qalxana qədər güclü nəfəs verin. Özünüzün bütün ehtiyyat nəfəsinizi verəndən sonra dərindən nəfəs alm. Bu zaman zərərçəkəndə zəif nəfəs verməyə başlayır.
  •  Zərərçəkənin alt çənəsi yaralandıqda və ya çənələri kip bağlandıqda “ağızdan- buruna” süni nəfəs vermək üsulundan istifadə olunur.

 

4. Ürəyin zahiri masajı

 

  • Əgər zərərçəkənin təkcə nəfəsi deyil, həm də yuxu arteriyası, nəbzi dayanmışsa bu zaman yalnız süni nəfəs verməklə ilk tibbi yardım göstərmək mümkün deyil, belə ki, oksigenin miqdarının azaldığından qanın digər orqanlara və toxumalara ötürülməsi mümkün deyil. Belə hallarda qan dövranının süni yolla bərpa edilməsi üçün ürəyin zahiri masaj edilməsi vacibdir. Bunun üçün zərərçəkəni bərk səthin üzərində arxası üstə uzadmaq lazımdır, çünki, yumşaq səthdə döş qəfəsinə olan təzyiqlər heç bir nəticə vermir.
  • Zərərçəkənin yan tərəfində dizlərinizin üzərində oturaraq onun döş qəfəsinin aşağı qurtaracağını əlinizlə tapın, iki barmaq yuxarı ovçunuzun içini və onun üstündən o biri əlinizin ovcunu düz bucaq altında yerləşdirin. Bu zaman barmaqlar döş qəfəsinə toxunmamalıdır. Gövdənizin ağırlığının köməyi ilə ritmik təkanlı təzyiqlər edin. Təzyiqlər arasındakı vaxt 0,5 saniyə olmalıdır. Hər təzyiqdən sonra qollarınızı boşaldın, lakin əllərinizi zərərçəkənin döş qəfəsinin üstündən götürməyin.
  • Yardım göstərən şəxs dəqiqədə 60 təzyiq etməlidir. Bu zaman ürək döş qəfəsi ilə onurğa sütunu arasında sıxılaraq qanı ürək nahiyəsindən digər toxumalara ötürərək qan dövranı prosesini tənzimləyir.
  • Şimşək vuran zaman ilk tibbi yardım, elektrik cərəyanı vurmada olduğu kimidir.

 5. Qanaxma zamanı ilk tibbi yardım.

 

  •  Ətraflardan qanaxma zamanı yaralı ətrafı yuxarı qaldırmalı, yaraya sarğı materialı qoyub yaranın yuxarı hissəsindən 4-5 dəqiqə sıxmaq lazımdır. Əgər qanaxma dayanarsa yaraya qoyulan sarğını götürməmək şərti ilə sarğının üstünə pambıq qoyub yaranı sanmaq lazımdır. Əgər qanaxma güclü olarsa yuxarıdakı üsul kömək etməzsə yaraya gələn qan damarlarım dərz bağı (jqut) vasitəsi ilə sıxmaq, qanaxma ətraflardan olarsa, ətrafları diz və ya dirsək yerlərindən bükmək lazımdır.
  •  Bədənin ayrı-ayrı hissələrindən axan qanı saxlamaq üçün yaradan yuxarıda yerləşən damarı barmaqla sümüyə sıxmaq lazımdır:

- üzün aşağı nahiyəsindən axan qanı saxlamaq üçün çənə arteriyasını alt çənənin qırağına sıxmaq;

-  qicgah və aim nahiyəsi yaralananda qulağın qabağında olan arteriyanı sıxmaq; v) başın və boyunun böyük yaralanmasında axan qam saxlamaq üçün yuxu arteriyasını boyun fəqərəsinə sıxmaq;

- qoltuğaltı və çiyin yaralanmasında axan qanı saxlamaq üçün körpücük altı arteriyam körpücük sümüyün üstündə olan batığa sıxmaq;

- bazu önünün (çiyinin boyna yaxın hissəsi) yaralanmasında axan qanı saxlamaq üçün çiyin arteriyasını çiyinin ortasına sıxmaq;

- əlin və əl barmaqlarının yaralanmasında axan qanı saxlamaq üçün iki arteriyanın aşağı 1/3 bazu önündən (qol dirsəyi ilə pəncə arasındakı hissə) qolu sıxmaq;

- Ayaq yaralanmasında axan qam saxlamaq üçün omba arteriyasını çanaq sümüyünə sıxmaq.

- pəncə yaralanmasında axan qam saxlamaq üçün pəncənin arxa tərəfi ilə gedən arteriyam sıxmaq;

- qan axan damarı barmaqlarla kifayət qədər bərk sıxmaq lazımdır. Dərz bağı (jqut) ilə bağlanmalıdır ki, qanaxma dayansın.

Qoyulmuş dərz bağını 1,5-2 saatdan artıq saxlamaq olmaz bu ərtraflarda (əl-ayağ) toxumaların cansızlaşmasma gətirə bilər. Hər saatdan bir 5-10 dəqiqə dərz bağını açmaq lazımdır ki, qan dövranı bərpa olunsun.

Dərz bağım (jqut) tədricən açmalı, bu zaman arteyanı barmaqla sıxmalı.

Burundan qan axan zaman zərərçəkəni oturtmalı və ya uzandırmalı, başım arxaya əyməli, yaxasını açmalı, burununun üstünə yaş dəsmal qoymalı, burunun aşağı hissəsindən sıxmalı.

 

6. Sınıqlar, çıxıqlar, əzilmələr zamanı ilk tibbi yardım.

Sınıq və çıxıq zamanı zərərçəkəni onun üçün rahat olan vəziyyətdə rahatlayıb, tam hərəkətsizliyini təmin etmək lazımdır.

Kəllə qapağının sınığı zamanı - zərərçəkənin başına soyuq əşyalar (soyuq su, içərisində buz olan rezin yastıq) qoymaq lazımdır.

Onurğa sütunun sınığı zamanı - zərərçəkəni yerindən qaldırmadan onun altına taxta qoymalı və ya onu üzü üstə çevirməli, gözləmək lazımdır ki, bədən qattalanmasm.

Körpücük sümüyünün sınığı və çıxığı zamanı:

a)   zədələnmiş yer tərəfindən qoltuq altına yumurlanmış halda pambıq və ya əsgi qoymalı;

b)   qolu duzbucaq formasında qatlamalı və bədənə sarımalı; v) qolu dirsəyin altından yaylıqla boyuna bağlamalı.

Qol sınıqları və çıxıqları zamanı - həmin yerə lövhəcik (şina) qoymaq lazımdır. Əgər lövhəcik yoxdursa qolu yaylıqla bağlayıb boyundan asmalı, qoltuq altma heçnə qoymadan qolu bədənə sarımalı.

Qolun və ya əl barmaqlarının sınığı və çıxığı zamanı - qolu enli lövhəciyin (şinanın) üzərinə qoyub sanmaq lazımdır. Lövhəcik dirsəkdən barmaqlann ucuna qədər olmalıdır. Zədələnmiş qolun əlinin içərisinə pambıq və ya bint topası qoymaq lazımdır ki, barmaqlar bir qədər qatlanmış vəziyyətdə olsun.

Aşağı ətrafların sınığı və çıxığı zamanı - ağrıyan ətrafı lövhəciyə, fanerə, kartona və ya digər əşyaya bağlamaq lazımdır. Ətrfa (ayağa) bağlanan əşyanın uzunluğu çanaq sümüyündən qoltuq altına, digər ucu isə dabana qədər olsun.

Qabırğa sınığı zamanı - zərərçəkən nəfəsini buraxan anda onun sinəsini bint və ya dəsmalla möhkəm sıxıb bağlamaq lazımdır.

Bütün sınıq və çıxıqlar zamanı - çıxan və ya sınan yerə soyuq kompress qoymaq lazımdır.

Əzilmə və zədələnmə zamanı - əzilən və ya zədələnən yerə soyuq əşya qoyub bintlə bağlamaq lazımdır.

Qarın nahiyəsindən zədələnən zaman - huşunu itirrilməsi, üz rənginin dəyişməsi, kəsgin ağrıların olması, həmçinin hündürlükdən yıxılan zaman kəsgin ağrıların olması zamanı təcili tibbi yardıma müraciət etmək lazımdır.

Toxumaların (əzələlərin) burxulması (dartdması) zamanı - burxulan yerə soyuq kompress qoyub bağlamaq lazımdır.

7. Kənar əşyaların bədənə daxil olması zamanı ilk tibbi yardım.

Dəriyə daxil olan hər hansı bir əşyanı (taxta qırıntısı, dəmir qırıntısı, daş qırıntısı və s.) dərhal çıxarmağa səy göstərməyin. Tam əmin olduqda ki siz həmin əşyanı ağrısız tam çıxara biləcəksiz ancaq onda bunu etməyə çalışın. Əşyanı çıxartdıqdan sonra həmin yerə yod sürtüb, üstünə steril sarğı qoyun. Gözə düşən hər hansı bir əşyam çıxartmaq üçün gözü bor turşusu və ya təmiz su ilə yumaq lazımdır. Yuyulma, gözün gicgaha tərəf olan hissəsindən buruna tərəf olmalıdır. Gözün içini silmək olmaz.

 8. Donvurma zamanı ilk tibbi yardım.

Ətraf mühitin temperaturunun aşağı olması və mayeləşdirilmiş karbohidrogen qazlarının bədənin açıq hissəsinə düşməsi nəticəsində donma halları baş verə bilər. Əgər zərərçəkən mühitin temperaturunun aşağı olması nəticəsində donmaya məruz qalıbsa, bu zaman bədənin donan hissəsini quru mahlıc barmaqlıq, yun əlcək və s. ilə qızarana qədər ovxalamaq lazımdır. Donan hissəni qar ilə ovuşdurmaq olmaz. Otaq şəraitində, donmuş ətrafı otaq temperaturunda suya qoymalı, sonra isə suyun temperaturunu tədricən bədən temperaturuna qədər artırmaq lazımdır. Donan hissə qızarandan sonra onu piy (yağ, borlu maz) ilə yağlamaq və isti şal və ya yun şərflə sarımaq lazımdır. Bədənin açıq hissəsinə mayeləşdirilmiş karbohidrogen qazlan (propan, butan və s.) düşərsə, bu zaman donan hissəni güclü su axını ilə yumaq və həmin yerə yanğına qarşı maz sürtmək lazımdır. Daha ağır donvurmalarda (qabarcıqlann əmələ gəlməsi, dərinin cansızlaşması, bədənin qaralması və s.) dərini ovuşdurmalı təmiz steril sarğı qoymalı və zərərçəkəni tibb məntəqəsinə çatdırmalı.

 9. Yanıqlar zamanı ilk tibbi yardım.

Ağır yanıqlar zamanı ilk növbədə zərərçəkənin paltar və ayaqqabılarını çıxarmaq lazımdır. Dərinin yanan hissəsinə (ağır yanıqlar zamanı) əl ilə toxunmaq, maz, vazalen sürtmək olmaz. Yanan hissədə əmələ gələn suluqları, deşmək, yaraya yapışmış kənar əşyaları (həmçinin paltarı - əgər paltar dəriyə yapışıbsa paltarı kəsib çıxarmaq lazımdır.) qoparmaq olmaz. Yanmış yerə təmiz steril sarğı, sarğının üzərinə isə pambıq qoyub bağlamaq lazımdır. Dəridə olan bütün yanıqlar zamanı (buxardan, elektrik qövsündən, isti qətrandan, konifoldan və s.) ilk tibbi yardım göstərmək üsulu eynidir.

Termiki yanıqlar 4 qrupa bölünür:

I dərəcəli (yüngül) yanıq zamanı - dərinin qızarması və ağrılarla səciyyələnir. Bu zaman yanan yerə yanmaya qarşı maz və ya vazalen sürtmək və tibb məntəqəsinə müraciət etmək lazımdır.

II dərəcəli (orta ağır) yanıqlar zamanı - yanan yerdə içərisi maye ilə dolu qabarcıqlar əmələ gəlir.

III dərəcəli yanıqlar zamanı - bütün dəri qatı keyləşir.

IV dərəcəli (ən ağır) yanıqlar zamanı - yalnız dəri deyil, daha dərin toxumalar (əzələlər, vətərlər, sümüklər) zədələnir.

II, III, və IV-cü dərəcəli yanıqlar zamanı - yanan yerə steril sarğı qoymaq və zərərçəkəni tez tibb məntəqəsinə çatdırmaq lazımdır.

Kimyəvi yanıqlar - qatı turşularla, qələvilərlə və digər aşmdırıcı maddələrlə yanma zamanı zədələnən bədən hissəsini əvvəlcə 10-15 dəqiqə güclü su axını ilə sonra isə həmin yeri 10%-li çay sodası ilə yuyub zərərçəkəni təcili olaraq tibb məntəqəsinə çatdırmaq lazımdır.

Gözün elektrik qövsü ilə yanması zamanı - bor tutşusu ilə kompres edib təcili həkimə çatdırmaq lazımdır. Turşular və ya onların buxarları gözə və ya ağıza düşdükdə - gözü çay sodası ilə yumaq, ağızı isə çay sodası ilə yaxalamaq lazımdır.

 10. Halsızlıq və gün vurması zamanı ilk tibbi yardım.

Halsızlıq zamanı (başgicələnməsi, ürəkbulanması, döş qəfəsinin sıxılması, hava çatışmaması, göz qabağının qaralması) zərərçəkəni başı aşağı, ayaqları bir balaca yuxarı qaldırılmış vəziyyətdə uzatmaq, içməyə su vermək və naşatır spirti iylətmək lazımdır. Başa soyuq əşya və ya buz qoymaq olmaz. Günəş və isti vurması zamanı - zərərçəkəni' işdən azad etməli, təmiz havaya çıxartmaq lazımdır.

 11. Zəhərlənmə zamanı ilk tibbi yardım.

Zəhərli qazlardan zəhərlənmə zamanı - (dəm qazı, asetilen, təbbi qaz, benzin buxarı) zərərçəkəni təcili təmiz havaya çıxarmaq, nəfəs almaq üçün oksigen vermək lazımdır. Əgər oksigen vermək mümkün deyilsə (yoxdursa) onda zərərçəkəni yerə uzadmaq (başı aşağı, ayaqlan bir qədər yuxarı) içməyə süd vermək lazımdır.

Xlorla zəhərlənmə zamanı - yuxarıda göstərilənlərdən başqa zərərçəkənə nəfəs almaq üçün güclü ammiak (su ilə qarışdırılmış) vermək lazımdır.

Qurğuşun və ya onun birləşmələrindən zəhərlənmə zamanı - təcili surətdə zərərçəkənin mədəsini 0,5 - 1%-li ingilis duzu ilə yumaq lazımdır.

Civə və ya onun birləşmələri ilə zəhərlənmə zamanı - zərərçəkənin mədəsini əhəngli su ilə yumalı və süd içirtmək lazımdır.

12. Neftli qazlarla zəhərlənmə zamanı ilk tibbi yardım.

Tərkibinə hidrogen sulfıd birləşmələri daxil olan neftli qazlardan zəhərlənmə daha təhlükəlidir. Çünki belə qazların iyi ya zəif, ya da demək olar ki, olmur.

Hidrogen sulfid ilə zəhərlənmə zamanı - zərərçəkəni təmiz havaya çıxarmaq, əynindən ust və nəfəsalmaya maneyəçilik törədən paltarfarı çıxarmaq, bədəni isti yorğanla bükmək, ayağının altına isti qrelka qoymaq, tünd çay və ya süd vermək lazımdır. Əgər imkan varsa qısa fasilələrlə amma uzun müddət oksigen verməli, hiss olunsa ki, nəfəs alması çətinləşir onda süni nəfəs vennək lazımdır.

 

13. Huşun itrilməsi zamanı ilk tibbi yardım.

Zərərçəkən şəxs huşunu itirən zaman - onu təmiz hava axını ilə təmin etmək, rahat nəfəs almasını çətinləşdirən geyimlərdən azad etmək, üzünə su çiləmək və naşatır spirti iylətmək lazımdır. Nəfəsalma kəsildikdə zərərçəkənə təcili olaraq süni nəfəs vermək lazımdır.

 14. Zərərçəkənin daşınması qaydaları 

Zərərçəkənin daşınması (xərək, nəqliyyat vasitələri) zamanı - çalışmaq lazımdır ki, zərərçəkən əlavə narahatlıq və ağrı hiss etməsin. Zərərçəkəni xərəklə daşımaq lazımdır. Bunun üçün onu yerdən bir az qaldırıb (çox ehtiyatla) altına xərək qoymaq lazımdır. Bu əsasən sınıq zamanı vacibdir.

Əgər xərək yumşaqdırsa - onurğa sütununun, həmçinin alt çənənin sımqı zamanı (əgər zərərçəkən nəfəs ala bilmirsə) boğulma baş verərsə, zərərçəkəni xərəyə üzü üstə uzatmaq lazımdır. Zərərçəkən ağır vəziyyətdədirsə onu nəqliyyat vasitəsi ilə aparan zaman yaxşı olar ki, xərəktə olan zərərçəkəni nəqliyyat vasitəsinə qoymazdan əvvəl, xərəyin altına küləş döşənsin. Zərərçəkəni daşıyan zaman ehtiyatlı olmalı, silkələməyə yol verməmək lazımdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

JURNALLAR
Faydalı linklər