Noy 28, 2023 | 15:24
30 noyabr 2023-cü il tarixində saat 10.30-da akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun ED 1.15 Dissertasiya Şurasının nəzdində olan 2303.01 – “Qeyri–üzvi kimya” ixtisası üzrə Elmi Seminarın yığıncağı keçiriləcəkdir.
Gündəlik məsələ
Akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 19 saylı “Dəmir və titan tərkibli filiz xammalının emalı” laboratoriyasının elmi işçisi, fəlsəfə doktoru hazırlığı üzrə doktorantı Şərifova Ülviyyə Novruz qızının 2303.01–“Qeyri–üzvi kimya” ixtisasında “Acınohur titanmaqnetit konsentratlarının vanadat və titanat fraksiyalarının işlənməsi, litium polititanatları və polivanadatlarının sintezi və termodinamiki tədqiqi” mövzusunda dissertasiya işinin müzakirəsi.
Elmi rəhbər: k.e.d., prof. Asif Məmmədov
Rəyçilər: k.e.d. Nağı Yaqubov; k.ü.f.d. Fidail Cəlaləddinov
İclas İnstitutun böyük akt zalında keçiriləcəkdir (3-cü mərtəbə).









