ELAN
Yan 29, 2024 | 15:00
Yan 29, 2024 | 15:00
Oxunub
849 dəfə
Cari ilin 18-19 aprel tarixlərində ADNSU PHŞ-nin “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının yaranmasının 60 illik yubileyinə həsr olunmuş “Makromolekullu birləşmələr texnologiyasının müasir problemləri” mövzusunda Beynəlxalq Elmi-Texniki konfrans keçiriləcəkdir.
Konfransın əsas məqsədi- makromolekullu birləşmələrin, o cümlədən də polimerlərin sintezi, tətbiqi istiqamətində tədqiqat aparılan ölkəmizin və regionun nüfuzlu alimlərini bir araya gətirmək, təcrübə mübadiləsi aparmaq, eləcə də kimya və qida sənayesi müəssisələrinin nümayəndələri ilə müasir texnologiyaların tətbiq imkanlarını müzakirə etməkdir.
Konfransın saytına daxil olmaq http://mpmc2024.asoiu.edu.az/index