Sen 02, 2024 | 10:56
Elm və ali təhsil müəssisələrinin rəhbərlərinə
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bioresurslar İnstitutunun (Gəncə) təşkilatçılığı ilə 9-10 oktyabr 2024-cü il tarixlərində "TƏBİİ EHTİYATLAR VƏ TULLANTILAR/N ALTERNATİV ENERJİ MƏNBƏYİ KİMİ EMALININ AKTUAL PROBLEMLƏRİ” mövzusunda respublika elmi kontransı keçiriləcəkdir.
Konfransın keçirilməsində məqsəd təbii ehtiyatların və tullantıların təkrar emalı vasitəsilə ətraf mühitin qorunması, enerji ehtiyatlarına və xammala qənaət etmək üçün alternativ enerji mənbələrinin tədqiqidir.
Bu sahədə elmi-tədqiqat işləri aparan tədqiqatçıları konfransda iştirak etməyə dəvət edirik.
Konfransın proqramında aşağıdakı istiqamətlər üzrə plenar və şifahi məruzələrin dinlənilməsi nəzərdə tutulur.
KONFRANSIN İSTİQAMƏTLƏRİ:
1. Təbii ehtiyatların (neft, təbii qaz, bitki örtüyü və s.) emalı və tətbiqi
- Təbii ehtiyatların və tullantılarının alternativ enerji mənbəyi kimi təkrar istifadəsi
- Təbii ehtiyatlar və tullantılarının ekologiyası
- Aqrosənaye tullantılarının zərərsizləşdirilməsi və təkrar emalı
- Təbii resursların bərpa olunan enerji mənbəyi kimi tədqiqi
Hörmətlə
ETN Bioresurslar İnstitutunun ( Gəncə) direktoru, k.ü.f.d., dos. İmran Qasımov









