Sen 02, 2024 | 15:00
27-28 sentyabr 2024-cü il tarixlərində Azərbaycan Texniki Universitetinin “Kimya texnologiya, təkrar emal və ekologiya” kafedrasının təşkilatçılığı ilə “Azərbaycanda su resursları: Problemlər və yeni çağırışlar” mövzusunda ali məktəb müəllimləri , elmi işçilər, doktorantlar, magistrlər və tələbələrin Respulika elmi texniki konfransı keçiriləcəkdir.
Konfrans 27 sentyabr tarixində Azərbaycan Texniki Universitetində (Bakı, Hüseyn Cavid prospekti 25 ünvanında), 28 sentyabr tarixində isə bölgələrdən qoşulan iştirakçılar üçün onlayn formatda keçiriləcəkdir.
Konfrans aşağıdakı bölmələri əhatə edir:
I-Ətraf mühit və su resursları
- Daşqın və qurağlığın su hövzələrinə təsiri;
- “Drenaj sahələrinin qrunt sularının su obyektlərinin ekoloji vəziyyətinə təsiri;
- “Çay – mənsəb – dəniz” tranzit zonasında su ekosistemlərinin fəaliyyət xüsusiyyətləri;
- Su sistemləri və təbii və texnogen xarakterli təhlükəli proseslərin qarşısının alınması və proqnozlaşdırılması üsulları;
- Bərpa olunan su ehtiyatlarının və ekoloji faktorların kənd təsərrüfatının inkişafında rolu;
- Rəqəmsallaşma su ehtiyatlarının effektiv idarə olunması üçün bir vasitə kimi;
- İqlim və ətraf mühit üçün su: biomüxtəliflik, iqlim, davamlılıq və fəlakət riskinin azaldılması;
- Ekoloji dəyişikliklərin aşkar edilməsində və aqrar təsərrüfatın inkişaf etdirilməsində yeni nailiyyətlər;
- Çay və su anbarları vadilərində meşələrin və təbii landşaftlarınekoloji vəziyyəti;
- Su hövzələrində müxtəlif mənşəli ekoloji fövqəladə halların risklərinin qiymətləndirilməsi və proqnozlaşdırılması üzrə elmi-metodiki bazanın və mövcud texnologiyaların müasirləşdirilməsi;
II- Suyun təmizlənməsundə kimyəvi texnoloji proseslərin rolu
- Müasir elmi-tədqiqat üsullarının su hövzələrinin qorunmasında tətbiqi;
- Təbii su obyektlərində suyun keyfiyyəti;
- Suyun keyfiyyətinin qorunması, monitorinqi və məlumat mübadiləsi
- Suyun keyfiyyətinin, su və suya yaxın ekosistemlərin vəziyyətinin bərpası proseslərinin modelləşdirilməsi
- Su ehtiyatlarının və torpaq-su rejimlərinin tənzimlənməsində metod və texnologiyalar;
- Antropogen təsir və iqlim dəyişikliyi şəraitində yerüstü və yeraltı su ehtiyatlarının keyfiyyəti.
- Sularının keyfiyyətinin qiymətləndirilməsi, tənzimlənməsi və monitorinqinin müasir problemləri;
- Ölkə ərazisində əkinə yararlı torpaqların soranlaşmasında sudan qeyri-rasional istifadənin rolu;
- Bir sıra biotestlərdən istifadə edərək suyun keyfiyyətinin qiymətləndirilməsi üsulları;
- Respublikanın su anbarlarında suyun keyfiyyətinin cari vəziyyəti;
- Su təsərrüfatının layihələndirilməsi, tikinti və mənzil-kommunal təsərrüfatı sahəsində müasir texnologiyalar
III-Hidrobiologiya
- Su hövzələrində hidrobioloji və hidroloji tədqiqatlar
- Su hövzələrinin mikrobioloji çirkləndiri ciləri;
- Su hövzəsi (dəniz, göl, çay, nohurlar, su anbarları) canlılarının müasir problemləri;
- Kimyəvi və bioloji göstəricilərdən istifadə etməklə su anbarlarında çirklənmənin məkan-zaman dinamikasının qiymətləndirilməsi;
- Limnologiyanın bəzi aktual problemləri və onların həlli yolları;
- Sahil prosesləri və ətraf mühitin keyfiyyətinin tədqiq edilməsində limnologiya, okeanoqrafiya, ekohidrologiyanın qarşısında duran vəzifələr;
- Çay axınlarında dəyişikliklərin yaranması XXI əsrin qlobal hidrologiya problemi kimi;
- Su hövzələrində təsərrüfat fəaliyyətinin hidroloji nəticələri;
- Su anbarlarının lillənməsi və onun yaratdığı problemlər;
- İçməli su və məişət məqsədləri üçün istifadə edilən su anbarlarının monitorinqi
- Su anbarlarında patogen mollyüskaların yayılmasının ekoloji nəticələri;
- Ağır metallarla çirklənmiş suların təmizlənməsi texnologiyaları
- Şirin suların və buzlaqların qlobal ekoloji vəziyyətinin monitorinqi;
- Su bioloji məhsullardan qida istehsalı sistemlərində ustifadə.
IV- Su təsərrüfatlarında mühəndis qurğuları
- Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit;
- Çirkab suların təmizlənməsi və idarə olunması;
- Sənaye sularının və tullantı sularının idarə edilməsi;
- Transsərhəd su ehtiyatlarının idarə edilməsində səmərəli mexanizmlərinin yaradılması;
- Texnoloji tənzimləmə kontekstində su hövzələri üçün suyun mühafizəsi strategiyası;
- Məhsuldarlığı artırmaq üçün su və suvarma idarəçiliyində islahatların aparılması;
- Təbii fəlakətlər riskinin azaldılması və qarşısının alınması, qəzalar nəticəsində suyun çirklənməsinə hazırlıq və cavab tədbirlərinin işlənilməsi;
- Su təsərrüfatı kompleksinin inkişafı problemləri, bu sahədə müasir iqtisadi-riyazi üsul və modellərdən istifadə
- Suvarma və su idarəçiliyininin modernləşdirilməsi yolları;
- Hidroenergetika potensialından istifadə istiqamətləri;
- Sənaye və məişət tullantı sularının təmizlənmsində müasir üsulların tətbiqi;
- Kommunal-kanalizasiya sularının müasir təmizləmə texnologiyaları;
- Suyun təkrar istifadəsinə əsaslanan kombinə edilmiş hidroenergetika texnologiyaları;
- Su hövzələrində fövqaladə hadisələr və onların qarşısının alınması üsulları;
- Təhlükəsiz təkrar istifadə üçün üçün tullantı sularının idarə edilməsi;
- Tullantı sularının idarə edilməsi və təkrar istifadənin təkmilləşdirilməsi üsulları;
V- Xəzər dənizi və respublika ərazisində olan çayların problemləri
- Xəzər dənizi ehtiyatlarının idarə olunmasının iqtisadi-ekoloji aspektlərinin müasir vəziyyəti;
- Xəzər hövzəsində geoloji, coğrafi və ekoloji dəyişikliklərin xarakteristikası;
- Ekoloji və iqlim dəyişikliklərin Xəzərin ekosisteminə təsiri;
- Neft və neft məhsulları ilə çirklənmənin ekoloji nəticələri;
- Xəzərin çirklənməsinə məişət-sənaye tullantı sularının təsiri;
- Xəzərə tökülən çayların ekoloji problemləri;
- Çayların morfometriyasının və sululuğunun müasir dinamikası;
- Su hövzələrində sahil sularına biogen maddələrinin daxil olmasına antropogen təsirin xüsusiyyətləri
- İşğaldan azad olunmuş ərazilərdə çayların ekoloji vəziyyəti-Oxçüçay problemi
VI-Dayanaqlı inkişaf və su qıtlığı
- Qlobal su böhranı;
- Su ehtiyatları respublikanın iqtisadi inkişafı və rifahının əsası kimi;
- Davamlı inkişaf üçün su, suyun dəyəri, su-enerji-ərzaq əlaqəsi və davamlı iqtisadi və şəhər inkişafı;
- Su təsərrüfatı və su ehtiyatları: mövcud vəziyyət və iqtisadi problemlər;
- Transsərhəd regionda su əməkdaşlığının mövcud vəziyyəti;
- Su probleminin həllində bilik, təhsil və ünsiyyət səviyyəsinin yüksəldilməsi;
- Respublikanın su resurslarından istifadənin problemləri;
- Su rehtiyatlarının azalmasında urbanizasiyanın rolu;
- Su ehtiyatları üzərində dövlətlərin münaqişə riskləri;
- Su ehtiyatlarından optimal istifadədə elmi-texniki və iqtisadi istiqamətlər;
- Dünya su ehtiyatları probleminin regional aspektləri;
- Davamlı suvarma sistemlərini təmin edən investisiya strategiyaları;
- Su təsərrüfatı sahəsində hüquqi tənzimləmə;
- Transsərhəd əməkdaşlığın və hövzələrin idarə olunmasının müasir problemləri.
VII-Sağlamlıq və su
- Suyun insanların sağlamlığında rolu;
- Əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi problemi;
- Su ehtiyatları və ərzaq təhlükəsizliyi;
- Su və mədəniyyət, sivilizasiya, etika, təhsil;
- Sağlamlıq üçün su: təhlükəsiz içməli suya çıxış, gigiyena və kanalizasiya;
- Şəhər və kənd yerlərində su ehtiyatlarının davamlılığının yaxşılaşdırılması;
- Cəmiyyətdə sudan istifadə mədəniyyətini
- Su obyektlərinin istirahət üçün əlçatanlığı;
- Termal sulardan istifadə təcrübəsinin istifadəsi və yayılması;
- Su ilə əlaqəli xəstəliklərin yayılmasının qarşısını almaq və nəzarət etmək üçün suyun keyfiyyətinin yaxşılaşdırılması;
- Sağlam qidaların hazırlanmasında keyfiyyətli və təhlükəsiz suyun təmin edilməsi;
- Kənd təsərrüfatında təmizlənmiş şəhər tullantı sularının təhlükəsiz istifadəsi;
- Buzlaqların qorunması zərurəti- buzlaqlar ən mühüm şirin su mənbələrindən biri kimi;
- Müalicəvi mineral sulardan istifadə imkanları;
- Turizm və rekreasiyanın inkişafı üçün respublikasının su potensialından daha dolğun istifadə imkanları;
- Su turizmi və rekreasiyanın səmərəli tənzimlənməsi üçün iqtisadi alətlərdən istifadə.
Konfrans materialları
Konfransda iştirak etmək istəyənlər məruzə materiallarını https://aztuconference.aztu.edu.az/redact/conf_detail/27 sayta daxil olub qeydiyyatdan keçməklə göndərə bilərlər. Məruzə materialları konfransın məqalələr toplusunda çap olunacq və iştirakçılar sertifikatla təltif ediləcəklər.
Məqalə və tezislərin tərtibi qaydaları
Müəlliflər tezis və məqalələrini https://aztuconference.aztu.edu.az/redact/conf_detail/27 saytında qeydiyyatdan keçməklə göndərən zaman mütləq aid olduğu konfrans bölməsini qeyd etməlidir.
Konfransa tezis və məqalə göndərildikdə müəllif haqqında aşağıdakı məlumatlar qeyd edilməlidir: müəllifin tam adı (soyadı, adı, atasının adı), elmi dərəcəsi, elmi adı, iş yeri, vəzifəsi, telefon nömrəsi, məqalənin adı, konfransın bölmə nömrəsi və adı elektron formada təqdim olunur.
Məqalə azərbaycan, rus və ya ingilis dilində təqdim olunmalıdır. Məqalənin əvvəlində 3 dildə (məqalənin təqdim edildiyi və digər 2 konfrans dilində) xülasə (50 – 100 söz) və açar sözlər (3 - 5 sayda) verilməlidir.
Məqalə MS Word proqramında A4 formatında (sol və sağ – 2,5 sm, yuxarı və aşağı – 2,5 sm), Times New Roman şrifti ilə 12 pt ölçüdə, 1,0 sətirlərarası intervalla və mətndaxili yazıda abzas 1 sm buraxmaqla eninə hazırlanmalıdır.
Məqalə aşağıdakı ardıcıllıqla hazırlanmalıdır:
məqalənin adı – ortada, böyük hərflərlə, qalın şriftlə, sonda 6 pt interval,
müəllif(lər)in tam adı və soyadı– ortada; qalın şriftlə, sonda 6 pt interval, çıxış edən müəllifin adının yuxarı sol küncündə ulduz (*) işarəsi qoyulmalı və həmin müəllif elektron formada qeydiyyatdan keçməlidir.
elmi dərəcəsi və elmi adı, təmsil etdiyi təhsil müəssisəsi adi şiriflə sonda 6 pt interval,
şəhər və ölkə – ortada, adi şiriflə sonda 6 pt interval,
ORCİD kodu– ortada, kursivlə, sonda 6 pt interval
e-mail ünvanı– ortada, kursivlə, sonda 6 pt interval.
Ədəbiyyat siyahısı: hər bir istinad olunan mənbənin adı tərcümə olunmadan, məqalədə istifadə olunma ardıcıllığına uyğun olaraq nömrələnir. Ədəbiyyat siyahısında son 5-7 ilin elmi məqalə, monoqrafiya və s. istinadlara üstünlük verilməlidir.
Məqalədə cədvəl və şəkillər nömrələnir: cədvəl – cədvəlin yuxarısında, sağdan (məs., Cədvəl 1), şəkil – şəklin altında, ortadan (məs., Şəkil 1) və mətn hissədən (yuxarıdan və aşağıdan) 1 boş sətir buraxmaqla göstərilir.
Riyazi ifadələr MS Word proqramının düstur redaktoru (Equation) ilə tərtib olunur. Yalnız mətndə istinad olunan düsturlar nömrələnir. Düstur sətrin ortasında, nömrəsi isə sağda mötərizədə yazılır.
Məqalə bir sütunlu mətn formatında təqdim edilməli və 3-6 səhifə aralığında olmalıdır.
Konfransın keçirilmə tarixi: 27-28 sentyabr 2024-cü il
Konfrans materiallarının qəbulu üçün son tarix: 20 sentyabr 2024









