Sen 17, 2024 | 15:00
20 sentyabr 2024-cü il tarixində saat 1030-da AR ETN akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək.
Gündəlik məsələ
AR ETN akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Oksidləşdirici heterogen kataliz” şöbəsinin 1 saylı “Katalizatorların hazırlanması” laboratoriyasının elmi işçisi, sabiq doktorant Günel Ramiz qızı Əzimovanın 2316.01–«Kimyəvi kinetika və kataliz» ixtisasında “Ferrit katalizatorlarının karbon monooksidin aşağı temperaturlu oksidləşməsi üçün zol-gel yanma və mikrodalğalı şüalanma ilə sintezi və tədqiqi” mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir.
İclasın sədri: k.ü.e.d., Fəxrəddin Mahmudov
Elmi katib: k.ü.f.d., Nuranə Məlikova
Elmi rəhbər: k.ü.f.d., dosent Sima Zülfüqarova
Elmi məsləhətçi: akademik Dilqəm Tağıyev
Rəyçilər: 1. k.ü.f.d., dos Ulduz Məmmədova
2. k.ü.f.d., dos Gülmirə Əlizadə









