Seminarların keçirilməsinə start verilir.
Fev 17, 2025 | 14:52
Fev 17, 2025 | 14:52
Oxunub
454 dəfə
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmin populyarlaşdırılması, elmin gələcəyi və düşündürücü elmi fenomenlər ətrafında fikir mübadiləsi və müzakirələr aparmaq məqsədilə seminarların keçirilməsinə start verilir.
İlk seminar 24 fevral 2025-ci il tarixində saat 11: 00-da keçiriləcək. Seminarda AMEA- nın müxbir üzvü, professor Məhəmməd Babanlı “Entropiya- miflər və reallıqlar” mövzusunda məruzə ilə çıxış edəcək. Seminar Azərbaycanda elmin görkəmli populyarlaşdırıcılarından olan AMEA-nın müxbir üzvü Xudu Məmmədovun xatirəsinə həsr olunur.
Maraqlanan elmi işçilər, xüsusən də, gənc tədqiqatçılar seminarda iştirak edə bilərlər.
Ünvan: AR ETN Kataliz və Qeyri-üzvi Kimya institunun binası, H.Cavid pr.113, AMEA şəhərciyi, əlaqə- 050 503 57 36









