Elanlar
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 90 illik və Azərbaycanın görkəmli kimyaçı alimi Toğrul Şahtaxtinskinin 100 illik yubileylərinə həsr olunmuş elmi konfrans keçiriləcək
Sen 12, 2025 | 03:15
Oxunub 711 dəfə

B İ L D İ R İ Ş

22-23 Oktyabr 2025-ci il tarixlərində akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 90 illik və Azərbaycanın görkəmli kimyaçı alimi Toğrul Şahtaxtinskinin 100 illik yubileylərinə həsr olunmuş elmi konfrans keçiriləcəkdir.

Konfransa materialların qəbul qaydaları aşağıdakı kimidir:

-  Materialın həcmi A5 formatında (hər tərəfdən 1,5 sm olmaqla) 1 səhifə olmalıdır. Mətn 1 intervalla, Times New Roman və 11 şriftlə azərbaycan və ya ingilis dilində yazılmalıdır.

Materialların tərtib olunma nümunəsi aşağıdakı kimidir. 

 
 

MÜXTƏLİF METODLARLA SİNTEZ OLUNMUŞ KATALİZATORLARIN PROPİLENİN ÇEVRİLMƏSİNDƏ TƏTBİQİ

 

Məmmədov E.M1, Əliyev S.Ə2

1Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Bakı, Azərbaycan

2Gəncə Dövlət Pedaqoji Universiteti, Gəncə, Azərbaycan

mammadov@mail.ru

 

Mətn (Times New Roman, 11 şriftlə, A5 formatında)

 

Şəkil və ya cədvəl (Times New Roman 10 şriftlə)

Ədəbiyyat - 10 şrift

 

Nümunə: 1. İsayev V.M. https://kqki.az., Seolitlərin sintezi // Azərbaycan Kimya jurnalı, 2022. №1, s. 60-65.

 

Qeyd: Əsas müəllifin adının altından xətt çəkilməlidir.

 

Konfransda iştirak etmək üçün tezislər 10 oktyabr 2025-ci il tarixə qədər [email protected] elektron ünvanına göndərilməlidir. 

Qeyd: Konfransa tədqiqat xarakterli məqalələr qəbul olunur. Texniki tələblərə uyğun gəlməyən materiallar təşkilat komitəsi tərəfindən baxılmayacaqdır. Tezislərin orijinallığına müəlliflər məsuliyyət daşıyır. Seçilmiş tezislərin məqalələrinin Respublika elmi jurnallarında çapı nəzərdə tutulur. 

Əlaqə telefonu:  0505922663; 012 5107442 Esmira Quluzadə

E-mail: [email protected]

JURNALLAR
Faydalı linklər