Sen 16, 2025 | 14:12
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən, 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu baxımdan, cari il həm ölkəmiz, həm də elmi ictimaiyyət, o cümlədən M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu üçün əlamətdar hadisələrlə yadda qalacaqdır.
Belə ki, bu il İnstitutun yaradılmasının 90 illiyi və İnstitutun inkişafında misilsiz xidmətləri olmuş görkəmli alim, akademik Toğrul Şahtaxtinskinin anadan olmasının 100 illiyi qeyd olunacaqdır.
Yuxarıda göstərilən mühüm hadisələrlə əlaqədar olaraq, İnstitutun illik tədbirlər planı çərçivəsində 35 yaşadək olan, elmi fəaliyyəti ilə seçilən gənc alimlər arasında müsabiqə elan olunur. Müsabiqədə namizədlərin 1 yanvar 2023-ci il – 15 oktyabr 2025-ci il tarixləri arasında əldə etdikləri elmi nailiyyətlərə əsasən qiymətləndirmə aparılacaq və qaliblər müəyyən ediləcəkdir.
İştirak üçün tələb olunan sənədlər:
- Doldurulmuş bal-reytinq cədvəli
- Şəxsiyyət vəsiqəsinin surəti
- Qeyd 1-də əks olunan digər sənədlər
Sənədlər 15 oktyabr 2025-ci il tarixinədək Gənc Alimlər Şurasına (otaq 321) təqdim olunmalıdır.
Müsabiqənin qalibləri 22 oktyabr 2025-ci il tarixində elan ediləcəkdir.









